Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi | Cinsəllik (+18)
Geniş Kitabxana
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Hamiləlik kimi psixoloji sarsıntıların sıx olaraq yaşandığı bir dövrdə cinsəlliyin duyğularla olan əlaqəsini daha dəqiq görə bilirik. Yaxşı, bəs qadında bu dövrdə cinsi istəksizlik yaradan səbəblər hansılardır?Qadınların hormon səviyyəsi hamiləlik dövründə fövqəladə dərəcədə dəyişir və qadın özünü tanımayacaq hala gələ bilər. Bu hormonal dəyişikliklərin çox halda cinsi istəyi artıracağı gözlənilir. Lakin bəzən gözlənilənin əksinə, hamilə qadında cinsi istəksizlik yaranır və bunu həyat yoldaşına bildirməkdə çətinlik çəkə bilər. Yaxşı, bəs qadına mənfi təsir edən amillər hansılardır?1. Hamiləlik hər qadın üçün müqəddəs olduğu kimi, bu dövrün qadının orqanizmində etdiyi bəzi istənməyən və gözəlliyinə mənfi təsir edən cəhətləri var. Qadın özünü əslində olduğundan daha az gözəl hiss edə bilər. Üz rənginin dəyişməsi, dəridə yarananləkələr, qarında çatlamalar, varikoz genişlənməsi kimi qadınların gözəlliklərinə mənfi təsir edən bir çox faktor ortaya çıxar.2. Hamiləlikdə döş ucları və xarici genital orqanlarda rəng tündləşmələri olur. Cinsi orqanların olduğundan daha fərqli görünməsi qadında yoldaşının bundan xoşlanmayacağı hissini oyandıra bilər. 3. Hamiləlik hormonlarının depressiv təsiri ola bilər. Bu da cinsi istəkdə azalmalara yol aça bilər. 4. Hamiləliyin 4-5 ayından etibarən diqqətəçarpacaq şəkildə ortaya çıxan sulu və şiddətli axıntıları çox qadın iyrəndirici kimi qəbul edir. Həyat yoldaşının da eyni fikirdə olacağı düşüncəsi qadını cinsi həyatdan uzaqlaşdırar.5. Körpə ana qarınında böyüdükcə, xüsusilə hərəkətləri ana tərəfindən hiss edilməyə başlandıqdan sonra sanki körpə o anda cinsi əlaqəni görürmüş, ya da hiss edirmiş kimi bir duyğu meydana gələ bilər.6. Analığa namizəd əlaqənin erkən doğuma, ya da açılışa yol aça biləcəyini düşünərək istəksiz davrana bilər. 7. Hamiləlik dövründə qoxu və dad duyğusu həssaslaşar və xüsusilə bəzi qoxulara qarşı iyrənmə meydana gələ bilər. Bu dövr ürəkbulanma hissinin yüksək olması da bu hissin yaranmasına səbəb ola bilər.8. Qadın orqazm əsnasındakı sıxılmaların hamiləliyə zərər verə biləcəyini düşünə bilər.9. Hamiləliyin müqəddəs bir dövr olduğu və bu dövrdə əlaqənin bu müqəddəsliyi azalda biləcəyi düşüncəsi cinsi həyatdan uzaqlaşma səbəbi ola bilər.10. Dini duyğulara əsaslanaraq əlaqənin bu dövrdə günah olduğunu düşünə bilər.
Cemi 451 nefer oxuyub
Beyenen (138) | Beyenmeyen (72)
Paylaş:
Cinsəllik (+18)

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2017, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018