Həyat 1 təsadüf deyil | Hekayələr
Geniş Kitabxana
Həyat 1 təsadüf deyil
Bir gün ata oğlu ilə meşədə gəzintiyə çixmışdı.Birdən oğlanın ayağı ilişib yıxılır və «OFF» deyə qışqırır. Qarşıdakı dağın zirvəsindən «OFF» səsi eşidən uşaq təəccüblənir. «Sən kimsən» deyə qışqırır. Aldığı cavab sən kimsən olur. Qəzəblənən oğlan «Sən bir qorxaqsan » deyə yenidən qışqırır. Dağın cavabı oğlanın sözləri ilə eyni olur. Nə baş verdiyini anlamayan uşaq atasından bunun nə olduğunu soruşur. Atası «Oğlum dinlə və öyrən» söyləyir. O dağa tərəf çevrilib, «sənə heyranam, sən möhtəşəmsən» deyə qışqırır. Dağdan gələn səs təbii ki, atanın sözləri ilə eyni olur. Oğlan nə baş verdiyini yenə də anlamamışdı. Ata oğluna izah edir: «Oğlum, insanlar buna əks-səda deyirlər. Əslində isə bu həyatın özüdür. Həyat daima sənə sənin ona verdiklərini verir. O, davranışlarımızın aynasıdır. Daha çoc sevgi istədiyin zaman daha çox sev. Daha çox qayğı gözlədiyin zaman, daha çox qayğı göstər. Hörmət istəyirsənsə, insanlarfa daha şox hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə, o zaman sən daha səbirli olmağı ötrən. Bu qayda həyatımızın bir parçasıdır və hər kəs üçün gərəklidir. Həyat bir təsadüf deyil, etdiklərimizin aynadakı əksidir.»
Cemi 776 nefer oxuyub
Beyenen (145) | Beyenmeyen (123)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018