Sevgi ve zaman | Hekayələr
Geniş Kitabxana
Sevgi ve zaman
Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular adanı tərk etmək üçün hazırlaşır. Sevgi adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

— Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer yoxdur. deyir.

Sevgi, çox gözəl bir yelkənli gəminin içindəki Paxılı görüb kömək istəyir.

— Paxıl, nə olar mənə kömək et !

— Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir.

Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.

— Kədər, səninlə gəlim ?

– Of, Sevgi o qədər kədərliyəm ki, tək qalmağa ehtiyacım var. deyə Kədər dillənir.

Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt olur ki, Sevginin səsini eşitmir.

Sevgi birdən bir səs eşidir.

— Gəl Sevgi! Səni yanımda apararam. Sevgi o qədər xoşbəxt olur ki, onu kömək edənin kimliyini öyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır. Digər duyğulardan soruşur.

— Mənə kömək edən kim idi?

— O, Zaman idi. deyə cavab alır.

– Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə Sevgi soruşur. Aldığı cavabsa çox sadə olur.

– Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər….
Cemi 399 nefer oxuyub
Beyen(86) | Beyenme(63)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Silent.Az, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması
Tatli.Biz | Silent.Az

[sitemap xml][sitemap html][ror xml][urllist]
©Tatli.Biz 2010-2017