Hiyləgər qadın | Hekayələr
Geniş Kitabxana
Hiyləgər qadın
Havalar getdikcə yaman qızmağa başlamışdı.Nə də olsa yayın qızmar aylarının çağları idi.Məzuniyyətlər,xoş əyləncələr şəhərin səsli-küylü küçələrindən bir qədər uzaqlaşmaq, sakit dağlar qoynuna sərin güşələrə üz tutumağın vaxtı yetişmişdi.

Elə səhər açılan kimi dünəndən bəri hazırladığımız veş-vüşlərimizi yır-yığış edib yola düşdük.Vağzala tez çatmaq üçün maşın tutduq, nə də olsa gecikərik deyə yaman tələsirdik.Budur saat 9tamamdır yoldaşımla vağzalda sərnişinlər gözləyən yerdə oturacaqların birində əyləşmişdik.Qusara yola düşən avtobus saat 10yarsı yetişəcəkdi.Ətraf adamlarla dolu idi, görünür insanlar şəhərin cansıxıcı həyatınnan yorulub uzaq yerlərə istirahətə üz tuturdular.Birdən mən yoldaşıma sarı çevrilib: Əhməd, deyirəm yamanca darıxmışam oralar üçün artıq indidən burnumun ucu göynəyir-Hə Gülnar, gedirik axır ki dincələcəyik doyuncaq-deyib gülümsədi.Artıq xəbərdarlıq edən bir səs eşitdik və cəld qalxıb bilet almağa tələsdik.Rahat bir avtobus seçib içəri keçərək yerimizdə əyləşdik.Hələ adamlar doluşmamışdı deyə oturacaqların çoxusu boş idi.Birdən Əhməd mənə tərəf çönüb narahat bir halda:Gülnar, yerin rahatdımı?-soruşdu, hə yaxşıdı-cavab verdim.
Budur artıq oturacaqlar yavaş yavaş dolurdu.Bəyaqdan bəri qarşımızda əyləşən xanım mənim diqqətimi yamanca cəlb etmişdi.O, sarışın, bir qədər dolu, 40-45 yaşlı bir qadına bənzəyirdi ancaq geyinib keçimindən hiss olunurdu ki çox baxımlı birisidir.Onu diqqətlə süzdüyümü görüb nəcib bir tərzdə gülümsədi.Mən də sanki pərt olmuş kimi tez nəzərlərimi ətrafa yayındırdım.Qəfildən tələsə-tələsə bir kişinin avtobusa daxil olduğunu və dərhal keçib qarşımızdakı xanımın yanında əyləşdiyini görüb əvvəl elə düşündüm ki bunlar tanışdırlar sonra hərəkətlərindən bəlli oldu ki xeyr yad adamlar imiş.Bu kişi çox yaraşıqlı ucaboy səliqəli son dəbə uyğun geyinmiş birisi idi.Biz onlarla üzbəüz oturmuşduq.

Avtobus artıq yola düşmüşdü,Bakının qurtaracağında idik,şəhərin uca binalarını,çoxsaylı müxtəlif maşınlarını ən əsası səs-küylü küçələrini geridə buraxmışdıq.Əhməd yol boyu əlinə kitab alıb oxuyurdu, mən də arada maraqlanırmış kimi boylanıb baxardım.Amma mənə bu qəribə geyimli ümumiyyətlə xoşagələn xaricigörünüşə malik xanımın davranışları maraqlı idi.Onun əynində çəhrayı və qara zolaqlarla büzməli don vardı əllərinə də tül əlçəklər geyinmişdi başına da qara ama kiçik şlyapa qoymuşdu niyə yalan deyim çox gəşəng də yaraşırdı.Birdən xanım yol-yoldaşına çönüb:Siz də mi Qusardansınız?-soruşdu-Yox ama ailəm orda qalır-nəzakətli bir tərzdə cavab verdiMən yol boyu türklər demişkən onlara “kulak misafirliyi”etdim.Xanım birdən yenə: Siz Bakıda tək mi yaşayırsız?-Yox dostumla birgə qalıram kirayədə ev tutmuşuq əslində işlərimə görə bura gəlirəm.Ancaq yayda 1aylığına o da macal tapıb ailəmin yanına gedib biraz dincəlirəm bəs siz necə?-Elə mən də dincəlmək üçün çıxmışam qohumlarımıza qonaq gedirəm, başım da biraz qarışar.-Bakıda hardasa çalışırsız?- kişi maraqla soruşdu-Hə ticarətlə məşğulam, bir də qadın salonum var onu işlədirəm 3-5quruş pul qazanıram da.-Lap yaxşı onda belə başa düşdüm ki siz evli deyilsiz yəni istirahətə tək çıxmısız da ondan helə düşünürəmQadın bir qədər gülümsəyərək-xeyr yanılırsız ailəliyəm sizin kimi mən də ailəmlə görüşməyə gedirəm-dediBəyaqdan bəri qarşımdakıları maraqla dinlədiyimi görən yoldaşım: Gülnar, nə olub yaman diqqətlə qulaq asırsan ha?
-Kim mən?yo bir azz-Hə..hə yaxşı görək eyibdi-deyib qaşlarını sıxdı, mən yavaşca əyilib Əhmədin qulağına pıçıldadım: hələ sən bir bunlara bax hər ikisi evlidi gör necə bir dəqiqənin içində dostlaşdılar hələ necə şirin şirin danışırlar-dedim.Amma sonra da deməyimə peşman oldum Əhməd mənə helə ciddi və narazı bir sifətlə baxdı ki lap utandım və tez pəncərəyə sarı çevrilib yola ətrafa baxdım.

Bayır yaman isti idi hər tərəf od tutub yanırdı, ancaq yaxşı ki içəridə kondisaneri qoşmuşdular yoxsa bürküdən birtəhər olardıq.Yaman susamışdım əyilib çantamdan suqabını götürdüm birdən yenə nəzərim bunlara sataşdı.
-Bəlkə biz yaxından tanış olaq nə olsun ki evliyik dost qalarıq-kişi gülümsəyərək dedi-Biz artıq tanış olmuşuq, yeri gəlmişkən mən də bunu deyəcəkdim amma siz məni qabaqladınız-xanım gülə-gülə cavab verdi
Kişi dərhal əlini pencəyindəki cibinə atıb bir kağız çıxartdı-onda al bu da mənim nömrəm-dedi.Qadın da bunu görcək gülümsədi sonra kağızı götürüb çantasına qoydu.Bir anlıq nədənsə məni gülmək tutdu tez yoldaşımın əlindən tutub dedim: Əhməd dinmə gülməyim gəlir.Əhməd nə baş verdiyini anladı və pıçıltı ilə: Gülnar, bax indi şübhələnəcəklər və hər ikimizə də eyib olacaq-dedi.Bir qədər özümü ələ alandan sonra yerimdə biraz qurdalandım güya oturacağımı rahatlayırmışam kimi sonra yenə göz altı onlara baxdım.

Artıq Qusara çata-çatda idik şəhərin özünə yetişirdik.Biz Qusarın kəndlərinə gedəcəkdik odur ki çatmağımıza hələ 1saat var idi.Ancaq önümüzdəki bəyaqdan bəri xanımla şirin-şirin söhbətləşən cənab deyəsən artıq çatırdı(bunu artıq öz veş vüşlərini yığanda hiss etdim) o ayağa qalxıb dururdu ki birdən xanım ona: düşəndə mənim baqajda 2 böyük çamadanım var onları da qaldırıb gətirərsiz zəhmət deyilsə-deyib hiyləgərcəsinə gülümsədi.
-Əlbəttə qaldıraram narahat olmayın-deyib avtobusu saxlatdırdı və ağıryüklü bu veşləri dərin nəfəs ala-ala daşıdı və xanıma: mənə mütləq zəng edərsiniz gözləyəcəm-deyib xüdahafizləşdilər.
Xanım yanındakı yer boşaldığından elə şey-şüyünü də ora yerləşdirməklə məşğul idi.Sonra çantasına əl atdı və bəyaq kişinin verdiyi kağızı çıxarıb gülümsədi, bunu yoldaşım da gördü və mənə təəccüblü halda baxdı sonra daha maraqlısı isə nömrə olan kağızı cırıq-cırıq edib pəncərədən yola tulladı və gülə-gülə: sizin kimi şorgöz və axmaq kişilərə bax beləcə kələk gəlib veşlərimi daşıtdırıram-deyib mənə baxdı və göz vurdu. Bir qədər irəlidə isə avtobusu dayandırdı enib yoluna davam etdi mən yol boyu onun arxasınca pəncərədən boylandım.Əhməd birdən mənə tərəf qayıdıb dedi: “Eh Gülnar yaman hiyləgər qadın imiş ha” mən də gülümsəyərək başımı aşağı saldım.
Cemi 523 nefer oxuyub
Beyen(147) | Beyenme(95)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava indir, Bedava, Porno Bedava, indir Bedava, hot porno indir, sexy video indir, bedava porno indir, porna indir., video indir, türbanli porno, porno video, ucretsiz porno, Porno izle, tamil sex tube, www.you tüp, seks partisi porno, BASE64, URL-RFC1738, URL, CONVERT, DECHEX, MD5, CRC32, HEBREV, CRYPT, STR ROT13, STR REV, HEX, SHA1

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018