"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"

"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"


eynəyinin üstündən üzümə xeyli baxdı. Axır ki, asta-asta, təəssüflənərcəsinə:
- Qızım, sənə ilkin olaraq, bu dərmanları yazıram. Amma sən bunlara ümid olma. Sənin böyük qardaş-bacından, ata-anadan kimin var?
- Evin böyük uşağı özüməm. Ata-anam var amma.
- Ay sağ ol. Uyğun bir vaxtda yanıma onlarla gəl.
- Doktor, psixiatrlar da valideyn iclası keçirir?
Həkim hövsələsinin son damlalarını xərcləyir...mənsə kişini dəli eləməyi qarşıma məqsəd qoymuşam:
- Həkim, bu dərmanları atandan sonra spirtli içki içmək olar?
- Nə?! Sən spirtli içki də içirsən?!
- Eşşək kimi)))
Həkim bir neçə dəqiqə duruxur.
- Sənin hələ ciddi tərbiyə problemin də varmış. Nə danışığını bilirsən, nə hərəkətlərini.
- Doktor, məni danlamayın! Bura ona görə gəlməmişəm.
Yumşalır:
- Yaxşı, incimə. Görürəm yaxşı qızsan, ərk eləyirəm. Valideynlərin bilir?
- Əlbəttə.
Həkimin gözləri bir az da irilir:
- Bəs, bunu necə qarşılayırlar?
- Əşi, normal!
- Qızım, sən gəl, belə elə. Valideynlərini gətirmə. Özünə də indi bir həkim nömrəsi verəcəm.


Masanın üstündəki hazır kağızlardan birini götürüb, həkimin adını, soyadını, ünvanı və nömrəsini yazır. Təəssüf və istehzalı baxışlarını üzümə zilləyib, kağızı mənə uzadır.
- Al, zəngləş, get onun yanına. O, belə vəziyyətlər üzrə ixtisaslaşıb. Özün də bu dərmanları atanda, heç nə içmə. Bir həkim kimi sənə məsləhətim - heç içmə. Birincisi olan-qalan ağlın da başından çıxar. İkincisi nəzər al ki, biz rus, alman, fransız deyilik, azərbaycanlıyıq.
- Doktor, xəstəliyin də milləti olur. Bunun məsələyə nə dəxli var?
- Özünü çox ağıllı hesab eləyirsən? Ruslar, nə bilim sizin kimi gənclərin müasir dediyi o millətlər içən qadınlara normal baxırlar. Ona görə də orada içən qadın
<< 1... 3 4 [5] 6 >>
Cəmi 2311 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024