Napoleon Bonaparte-nin sirli məhəbbəti

Napoleon Bonaparte-nin sirli məhəbbəti


Ordumun qarşısında özümü səlis, rahat və gümrah hiss edirdim. Hər kəs susmuşdu. Həm mənim ordum, həm də düşmən ordusu. Topların nişangahı düşmən ordusu tərəfə ünvanlanmışdı. General Fransua atından düşərək, mənim yanıma qaça-qaça gəldi və mənə həyəcanla dedi:
- Cənab Bonapart, düşmən ordusu 80 minlikdir. Bizdə isə məlum taun xəstəliyinə görə 60 min qalıb. Geri çəkilmək lazımdır. Necə məsləhət bilirsiniz? – Əlimdəki durbindən düşmən ordusuna baxaraq, yavaşca Fransuaya dedim:
- General, mən bura qələbəyə gəlmişəm, məğlubiyyətə deyil. Ya bura da hər kəs öləcək, ya da qalib gəlib Vyanaya gedəcəyik.
- İmperatorum Bonapart, ordumuz buna hazır deyil!
- Mən indi hazır edəcəyəm. – Morenqo adlı bəyaz atımın belinə oturaraq, orduya ən yüksək səsimlə müraciət etdim: ” Bizim ordumuz məğlub edilməzdir, dünyanı viran salan taun da bizə təsir etmədi. İndi biz düşmənlə üzbə-üzəyik. Biz buradan bir-başa Vyanaya gedəcəyik. Sizin kimi igidlərin qarşısında 80 minlik Avstryalılar heç bir şey ifadə etmir. Sizin ordunuzun generalı, dövlətinizin İmperatoru olduğum üçün bunu sizin kimi mən də hiss edirəm. Mən də sizin kimi bir əskərəm, indi isə döyüşə mən özüm ən öndə gedəcəyəm. Mən əskər kimi ölmək istəyirəm, çünki "mən Fransayam, Fransa mənəm”. – Yanımdakı əskərlərdən birinin bayrağını qolumun altına qoydum, bir qolumun altına da tüfəngi dəstəklədim və atı ən önə verdim. Əskərlərdən biri möhkəmdən qışqırdı ki, İmperatorumuz belə ürəklidirsə, biz də elə olmalıyıq. Birdən birə 60 minlik ordunun səsi Avstrya ordusunu lərzəyə saldı. Və hücüm əmri verdim.Atımı sürətlə düşmən cəbhəsi tərəfə çapmağa başlamışdım. Ətrafımdada süvari alayı sürətlə gəlirdi. Mən atımın sürətini yavaşlatdım və süvarilər mənim önümə
[1] 2 3...9 >>
Cəmi 2284 nəfər oxuyub
Bəyənən (542) | Bəyənməyən (364)
Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024