Napoleon Bonaparte-nin sirli məhəbbəti | Hekayələr
Geniş Kitabxana
Napoleon Bonaparte-nin sirli məhəbbəti
Ordumun qarşısında özümü səlis, rahat və gümrah hiss edirdim. Hər kəs susmuşdu. Həm mənim ordum, həm də düşmən ordusu. Topların nişangahı düşmən ordusu tərəfə ünvanlanmışdı. General Fransua atından düşərək, mənim yanıma qaça-qaça gəldi və mənə həyəcanla dedi:
- Cənab Bonapart, düşmən ordusu 80 minlikdir. Bizdə isə məlum taun xəstəliyinə görə 60 min qalıb. Geri çəkilmək lazımdır. Necə məsləhət bilirsiniz? – Əlimdəki durbindən düşmən ordusuna baxaraq, yavaşca Fransuaya dedim:
- General, mən bura qələbəyə gəlmişəm, məğlubiyyətə deyil. Ya bura da hər kəs öləcək, ya da qalib gəlib Vyanaya gedəcəyik.
- İmperatorum Bonapart, ordumuz buna hazır deyil!
- Mən indi hazır edəcəyəm. – Morenqo adlı bəyaz atımın belinə oturaraq, orduya ən yüksək səsimlə müraciət etdim: ” Bizim ordumuz məğlub edilməzdir, dünyanı viran salan taun da bizə təsir etmədi. İndi biz düşmənlə üzbə-üzəyik. Biz buradan bir-başa Vyanaya gedəcəyik. Sizin kimi igidlərin qarşısında 80 minlik Avstryalılar heç bir şey ifadə etmir. Sizin ordunuzun generalı, dövlətinizin İmperatoru olduğum üçün bunu sizin kimi mən də hiss edirəm. Mən də sizin kimi bir əskərəm, indi isə döyüşə mən özüm ən öndə gedəcəyəm. Mən əskər kimi ölmək istəyirəm, çünki "mən Fransayam, Fransa mənəm”. – Yanımdakı əskərlərdən birinin bayrağını qolumun altına qoydum, bir qolumun altına da tüfəngi dəstəklədim və atı ən önə verdim. Əskərlərdən biri möhkəmdən qışqırdı ki, İmperatorumuz belə ürəklidirsə, biz də elə olmalıyıq. Birdən birə 60 minlik ordunun səsi Avstrya ordusunu lərzəyə saldı. Və hücüm əmri verdim.Atımı sürətlə düşmən cəbhəsi tərəfə çapmağa başlamışdım. Ətrafımdada süvari alayı sürətlə gəlirdi. Mən atımın sürətini yavaşlatdım və süvarilər mənim önümə keçdi. Bütün ordunu cuşa gətirməyi bacardığımdan özüm getdim kənarda mənim üçün qurulan çadırın yanında dayandım və orduya əmrləri ordan verdim. Müharibədə məntiqlə psixologiyanı ələ almağı bacarmaq lazımdır. Xoşbəxtlikdən mən də 60 minlik qoşunu 80minlik qoşuna qarşı vuruşmağa güc yaratmışdım. İndi isə sadəcə planı həyata keçirməli idik. 5 minlik süvari plana uyğun olaraq guya geri çəkilirdi, Avstrya qoşunları süvariləri təqib etməyə başladı. Demək olar ki, Avstrya ordusu bütün süvarilərini mənim kiçik dəstəmin üzərinə hücuma göndərdi. Elə məndə bunu gözləyirdim. Mənim atlılarım yerlərinə çatar çatmaz avtomat tüfəng topları ilə atəşin açılmasını əmr etdim. 7-8 dəqiqə içərisində hər bir düşmən atlısı gəlib cəbhəmizə çata bilmədən gülləyə tuş gəlirdi. Onların sağ və sol qanadı olan Süvarilərini məhv etməyimiz Avstrya orusunu sarsıtdı. Çox keçmədən durbinimdə ağ bayrağın yellənməyini gördüm .
Qələbə mənim idi. Qarşılıqsız qalib gəlmişdim. İmperatorluğumu daha da gücləndirəcəkdim. Bunun üçün çox sevinirdim. 1805-il İngiltərə ilə ittifaq öz bəhrəsini verməmişdi. Əlbəttə sıra bir gün İngiltərəyə də gələcək.
Avstrya qoşununun generalı Karl Makı əlində ağ bayraq tutaraq mənə yaxınlaşır və 70 minlik qoşunu təslim edir. Beləliklə Vyanaya müdaxiləsiz irəliləməyi bacarıram. 26 dekabr 1805 də Avstrya ilə Pressburgda müqavilə imzalayaraq, uğurla Parisə dönürəm.
Parisin girəcəyində hər kəs mənim üzərimə güllər atır, hər kəs ” Yaşasın İmperator” deyə qışqırır. Bir xalqın sevimli qəhrəmanı olmaq çox gözəl bir hissdir.

***
Bu axşam Paris qızıl gül qoxuyurdu sanki. Sarayımda ziyafət təşkil etmişdim. Bütün zadəganlar, generallar öz xanımları ilə təşrif buyuracaqdı. Mən yavərim Rüstəmə yaxınlaşıb dedim:
- Jozefina hardadır?
- O… Kraliçamız Strasbourga anasının dəfn mərasimi üçün gedib.
- Hm.. Təhlükəsizliyi təmin olunur?
- Gözünüz arxada qalmasın əfəndimiz, özüm hər şeyə nəzarət etmişəm.
- Özün bilirsən ki, sənə çox inanıram. Jozefina ilə Misirə yürüşüm zamanı yaranan problemləri yalnız sən bilirsən. İkinci dəfə aldadılmaq istəmərəm. Ona görə bu yürüşümdə sən sarayda idin. Ailəmi sənə tapşırmışdım.
- Əfəndimiz, siz heç nəyə görə narahat olmayın. Mən sizin tək köləniz deyil, həm də sizin yaxın dostunuzam. İndi isə qonaqlarla bir az söhbət edin. – Rüstəm paşa sözünü bitirdi və birdən bir qızın əlindən şərab şüşəsi yerə düşdü və parçalandı. Sarayın böyük zalındakı hər kəs o qıza baxdı. Onun gözəlliyi xüsusi xoşuma gəldi. Həyəcandan bilmirdi nə etsin. Ovçundan qaçan ceyrana bənzəyirdi. Yerə əyilib şüşə qırıqlarını yığırdı. Dar qulluqçu geyimi geyindiyindən əyilincə gözlərimi arxasından və sinəsindən çəkə bilmirdim. Qıza baxa-baxa Rüstəmə yavaşca söylədim. Bu qız kimdir?
- İtaliyadan kölə kimi gətirmişik. Yeni başlayıb sarayda işinə. Belə ortalığı təmizləməklə məşğuldur.
- Onu yuxarı otağa qaldırın, əmr verirəm o qızı yarım saat içərisində kraliçaya bənzədin. Jozefina burada yoxdu. Baloda kiminləsə oynamalıyam. Tələsin!!!
- Baş üstə , əfəndimiz. – Rüstəm qızın qolundan tutub çölə çıxaranda, qız hönkür-hönkür ağlayırdı. Yəqin düşünübdü ki, etdiyi səhvə görə o həbs və ya edam olunacaq. Kənardan Müsyo Taleyran axsaya-axsaya qarşıya çıxıb dedi ki, bunu içək Fransanın Avstriyaya daxil olmağına və möhtəşəm Napoleonun sağlına! – Hər kəs badələri qaldırıb şərəblarını aram-aram içdilər. Taleyran Xarici İşlər Naziri kimi möhtəşəm bir diplomatik biliyə sahib idi. Sonra Taleyran davam elədi:
- Əziz dostlar. hörmətli generallar… Fransanın bu gün ki, inkişafına görə hər şeyi İmperatorumuz Bonaparta borcluyuq. Onun sayəsində 1800-cü ildə ilk dəfə Fransda bank sistemi yarandı və müttəfiq ölkələrə verdiyimiz borclardan gələn faizlər müharibədən də çox bizə qazanc verir. Mən imperatorumuzu tək sərkərdə kimi yox, həmçinin də güclü iqtisadiyyatçı kimi tanıyıram. Yox.. Yox… Nəinki İqtisadçı, bu yaxınlarda həyata keçiridiyi "Vətəndaş Hüquqları ” haqqında qəbul etdiyi qanunda şahidi oluruq ki, həm də o mükəmməl hüquqşünasdır. Mən öz təcrübəmlə məəttəl qaldığım möhtəşəm imperatorumuzun sağlına bir daha içmək istəyirəm.
- Müsyö Taleyran, məni utandırırsınız?! Hər şey Böyük Fransa üçün…. Hər bir Franız bunu edərdi. Birdən birə hər kəsin səsi kəsildi və hər kəs pilləkənin yuxarısına baxmağa başladı. Başımı çevirəndə o qızın gözəlliyi qarşısında heyran oldum. Əyninə uzun don geyinmişdi, sinəsi açıq idi, saçları hündürdən yığılmışdı. O hər dəfə bir addımını aşağı atdıqca mənim ürəyim əsirdi. Sanki yenidən aşiq olurdum. O qıza yaxınlaşdım və əlini əlimə alıb dodaqlarıma apardım. Əlində dirsəyə qədər uzanan bəyaz əlcək,digər əlində isə yelpənək vardı. Hər kəs bizə baxırdı. Döşlərinin arasını sanki qələmlə cızmışdılar. Bədəninin fiqurasına söz ola bilməzdi. Qələmlə çəkilmiş qaşları, şabalıdı saçları və çiyələkə bənzər dodaqları vardı. Burnu sanki memar tərəfindən yonulmuşdu. Bəyaz buxağından, açıq boynundan indiyə kimi hiss etmədiyim parfüm qoxusu gəlirdi. Ona üzümü tutub dedim:
- Gözəl xanım, sizin adınız nədir?
- Mən Fransızca bilmirəm. – çətinliklə bu cümləni fransıca qurdu.
- O zaman İtaliyanca danışarıq. Unutmayın, atam Karlo italiyan olubdur.
- Sizin çox gözəl ləhcəniz var, imperatorum…
- Sizə hər kim qulluqçu vəzifəsini veribdirsə o insanın boynunu vurduracağam!
- Niyə əfəndimiz? Heç kimin bir günahı yoxdur.
- Adınız nədir, xanım?
- Adım Laradır.
- Bura necə gətirilmisiniz?
- Əfəndimiz, mən kölə kimi saraya satılmışam.
- Daha kölə deyilsiniz, gözəl xanım… Mənə deyə bilərsiniz siz niyə belə gözəlsiniz? Bu dodaqlar, bu qaşlar, bu gözlər…? Hardandır sizdə belə? Allaha inansaydım sizin bir möcüzə olduğunuza inanardım… Allahın yaratdığı bir möcüzə…
- Ahh əfəndimiz, məni utandırırsınız… – Onun yanaqları bir an içində qıp-qırmızı qızardı. Burnumu yaxınlaşdırıb boynunu qoxuladım. Başımı camaata çevirib dedim: ” Gecə Balosu başladı, Maestro musiqini verin”. – Maestro "Vals de miror” əsərini ifa etməyə başladı. Sonra Laraya üzümü tutaraq dedim:
- Mənimlə rəqs etməyə lütf edə bilərsiniz?
- Böyük məmnuniyyətlə əfəndimmiz… – Laranın əlini tutaraq zalın orta hissəsinə getdik və mən bir əlimi belimə qoydum, sağ əlimlə Laranın əlindən tutmuşdum, Lara sol əlini çiynimə qoymuşdu. Valsın ritmi ilə hərəkət edirdik.Dayanmadan oynayırdıq. Ətrafda sanki dövrə vururduq. İçəri çox işıqlı idi, gecəni mənim üçün aydınladan Laranın işıl-işıl parlayan gözləri idi. Ətrafımızda insanlar oynayırdı, lakin onları gözlərim görmürdü. Müharibənin bütün yorğunluğu, gördüyüm bütün qanlar yaddan çıxırdı. Hələ də fırlanırdıq, çöldə ildırım çaxdı və çox keçmədən göy guruldadı. Göyün gurultusu mənə topun səsi kimi gəldi və bir anlığa özümdən keçdim. Gözlərimi açanda, Rüstəm məni divara bitişik olan odun sobasının yanına uzatmışdı, həkim mənim təzyimin düşdüyünü, həddən artıq yorğun olduğumu söylədi və çıxması üçün əmr etdikdən sonra getdi. Sonra üzümü Rüstəmə tututb dedim:
- Rüstəm, Laranı gətir bura…
- Əfəndimiz, bəlkə dincələsiniz?
- Rüstəm. sözümü iki etmək istəmirəm.
- Dərhal əfəndimiz.
Qapı döyüldü və içəri Lara girdi. Mənim üzərimdə gecə yatmaq üçün nəzik geyim var idi. Amma Lara hələ əynini dəyişməmişdi. Lara həyəcanlı-həyəcanlı. ağır-ağır barmaqlarını ovucunda sıxaraq gəlirdi.Ona yaxınlaşdım və dedim:
- Nədən qorxursunuz?
- Əfəndim, sizinlə göz-gözə gəlmək məni həyəcanlandırır.
- Mən sənin həyəcanlanmağını istəmirəm.- Barmağımla onun qulağının dibini, boynunu sığallayırdım. Onun nəfəsi gedib-gəldikcə, döşləri irəli-geri hərəkət edirdi. Gözlərini yumub, iri çiyələmə bənzər dodaqlarını dişləriyidi. Onunda məni istədiyini fərqindəydim. Dodaqlarımı onun dodaqlarına yaxınlaşdırdım. Burnundan gələn nəfəsi mənim dodaqlarıma sürtülürdü sanki. İçəridə bir az rütubət var idi. Sanki dekabr küləyi paltarımın altına girərək məni sığallayırdı. Külək bədənimdə gəzdicə də qarşımda duran Lara məni ehtiraslandıırdı. Mən də dodaqlarımı onun dodaqları ilə qovuşdurdum. Onun alt dodağı mənim iki dodağımın arasında əriyirdi sanki. Onun reaksiyasını öyrənmək üçün qəflətən aralandım ondan və kənara çəkildim. O isə tənginəfəs olmuşdu. Qorxa-qorxa mənə dedi:
- Əfəndim, birlmədən sizə qarşı nəsə qəbahətim oldu?
- Yox sadəcə yorğunam. Masaj elə məni…
- Baş üstə, əfəndim… – onun üzünün gülməyindən hiss etdim ki, o da məni istəyir.
Mən çırtıldayaraq yanan odunun yanında uzandım. Lara üzərimdəki geyimi çıxarırdı yavaş-yavaş. Qaranlıq otağı sadəcə işıqlandıran həmin bu alov idi. O mənim boynumun kökünə ehmalca toxnaraq, aram-aram ovxalamağa başladı. Dincəlirdim sanki… Bu hiss mənə Möhtəşəm Hökümdar Sultan Süleymanın işğal edə bilmədiyi, ancaq mənim Vyananı işğal etdiyim hissdən qat-qat şirin idi. Çünki, sevgi,məhəbbət, ehtiras hər bir qələbədən gözəldir. Beli üstə çönüb onun bədənindəki paltarı çıxarmağa başladım. İndi isə ikimizində bədənimiz çırıl-çıplaq qarşı-qarşıya idi. Onu özümə dartıb öpüşməyə başladım və….
***

Biz hər gecə görüşürdük. Ona da demişdim ki, sən mənim gizli məhbbətimsən… Onun yanında olanda özümü xoşbəxt hiss edirdim. Ta Çinə qədər yürüş etməyə hazır idim. Üzərindən 20 gün keçdi hər şeyin. Jozefina geri döndü. O qaralara bürünmüşdü. Mənim otağıma daxil olaraq, şahmat taxtasını açdı və fiqurları düzüb masanın arxasında əyəşdi və məni gözlədi. Mən də yerimə keçdim. Ağ firqurlar mənə aid idi. İlk gedişimi etdim. – bu vaxt içəri Joseph girdi.
- Cənab Bonapart, aylıq cinayət dəftərini gətirdim araşdırmaq istərsiniz deyə düşündüm.
- Təşəkkür edirəm Joseph, Masanın üzərinə qoy və get. – Josefina da öz gedişini edərək söhbətə başladı:
- Mənim qəhrəmanım, imperatorum, könlümün taxtının sahibi, Vyananı işğal edə bildiyin üçün çox sevindim. Lütfən məni bağışla, xoş günündə yanında ola bilmədim.
- Əzizim, sənin xəyalın zatən həmişə mənim yanımdadır, istər, səfərdə olum, istər sarayda…
- Yeni bir səfər planlayırsan?
- Yeni səfərlərimi, qurultayda açıqlayacam. Fransız xalqı qədər dinamik xalq yoxdur. İsti evlərində oturmaqdansa, müharibə istəyirlər…
- Ahh sevgilim, axı onların sənin kimi imperatorları var…
- Şah və Mat…
- Nə vaxt səni uda biləcəyəm cənab Bonapart?
- Bir az məşq et…

***
Bir həftədir ki, dövlət işləri ilə məşğulam, otaqdan çıxmırdım və heç kimin otağıma girməməsini deyirdim, heç nəyə görə narahat olmaq istəmirdim. Yeməyimi isə masaya gətirirdilər. Birdən-birə ürəyimə Lara düşdü. Onunla sevişməyimiz, ləziz dodaqları və s. Buna görə:
- Rüstəm…. Rüstəm….
- Buyurun əfəndimiz… – o qapını açaraq içəri girdi.
- Laranı gətirin otağıma.
- Əfəndim, o…
- Əmr edirəm, tez olun!
- O yatağında ölü tapılıb.
İnana bilmirdim, ayağa qalxdım nəfəsim kəsilirdi. Axı onu çox sevmişdim… Rüstəmin yaxasına yapışaraq, onun necə öldüyünü soruşdum:
- İzah et mənə hər şeyi…
- Əfəndimiz, həkimin dediyinə görə yeməyinə zəhər qatılıb. Birdə araşdırma zamanı ona aid bir məktub tapmışam. – o yaxasından çıxararaq mənə məktubu uzaddı.
- Hər kim öldürübdürsə, mənə denən, əks halda sarayada başı kəsilməmiş adam qalmayacaq! Əmr edirəm!!!
- Baş üstə , əfəndimiz.
- İndisə rədd ol get tap qatili!
Rüstəm otaqdan çıxdı. Mənsə böyük qlobusu əlimlə sındırdım və masa arxasına keçdim. Məktubu açıb oxumağa başladım:
” Mənim qəlbimin padşahı, kölə olmağıma baxmayaraq siz mənə yaşama sevinci verdiniz. Sizin sevginizə möhtac qılınmışam. Hər an sizdən otrü, isti nəfəsinizdən, qalın səsinizdən, yumşaq toxunmağınızdan, sərt bədəninizdən, ehtiraslı dodaqlarınızdan, məni məndən alan gözlərinizdən ötrü çox darıxmışam. 1 həftədir, sizinlə əlaqə yaratmaq istəyirdim. Ancaq heç kim otağınıza daxil olmurmuş. Sizə vacib xəbər çatdırmalı idim. Sizin övladınızı bətnimdə daşıyıram. Hər gün yuxuma girirsiniz, özümüzü ailəvi şəkildə görürəm. Siz, mən və balaca bir uşaq. Sonra bəyaz at bizi aparır. Sizsə mənə əl sallayırsınız… Lütfən sizə ehtiyyacım var, sizdən nigaranam, gəlin məni tapın. Bu məktubu sizə necə verəcəyimi də bilmirəm. Amma ana olacağıma çox sevinirəm. Mənimlə evlənməyinizi istəmirəm. Kraliçamızın hiddətinə səbəb olmaq istmərəm. Sadəcə siz mənə sevginizi verin ayrı heç nə istəmirəm, yalvarıram sizə.
Lara.”
Ah…. Lara… Sən ölə bilməzdin… Axı səni sevmişdim. Həm də mənim övladım olmurdu. İlk dəfə hamilə qalan biri olmuşdu. Əlimi bərkdən masanın üzərinə vurdum.
Hər şeyin üzərindən 1 həftə keçmişdi. Əsəbim soyumuşdu. Dövlət işləri mənə bu hisslərdən uzaq olmağı öyrətmişdi həmişə. Gecə çarpayıya Jozefina ilə birlikdə başımı qoyarkən, Jozefina mənə dedi:
- Əzizim, Rüstəmə de əziyyət çəkməsin, qatili heç vaxt tapa bilməz.
- Niyə elə fikirləşirsən ki ?
- Mən səni çox sevirəm… Bəs sən məni sevirsən?
- Mən sənə sonsuz məhbbətlə bağlanmışam… Səni sevməsəydim sən bu gün kraliça olmazdın.
- Onda mən də sənə bir şey deyim. Mən anamın üstünə gedəndə sən burada bir qulluqçu qız tapmısan və bütün gecələrini onunla keçiribsən. Adı da Lara idi hə?
- Bəli, Lara idi. Nəsə bilirsən?
- Mən səni heç vaxt itirmək istəmərəm. Sənin sevgin yalnız mənə aiddir, göz görə-görə səni itirmək istəmədiyim üçün, onun yeməyinə zəhər qatdırdım və aradan qaldırdım!
- Nə danışırsan sən?! Mən onu….
- Sən onu nə? Yoxsa sevirdin?- Jozefina hiddətlənmişdi. – Qulaq as "Cənab Bonapart”, sən ona bağlansaydın biz ayrılacaqdıq, bu da sənin imperatorluğuna ziyan vuracaqdı!
- Haqlısan… – onun sözündə haqq tapdım.
- İndi isə səninlə dəlicəsinə sevişmək istəyirəm…
- Mən də səni istəyirəm…

(Əziz oxuyucular, bu yazı tarixlə, yazıçı təxəyyülünü əsasında yazılmışdır…
Cemi 609 nefer oxuyub
Beyenen (204) | Beyenmeyen (86)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018