Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)

Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)


Rəhman və rəhim olan Allahın adı ilə…
Kimlərsə mənə Kərbəlayi, kimlərsə də Məşədi Həsən deyir. Uşaq vaxtımdan İslam dininin elminə yiyələnməyə başlamışam, bu gün də Rəbbimin mənə verdiyi ağıl sayəsində çoxları dərk etməsə də, İrandakı alimlərdən geri qalmıram.
Gəncə şəhəri həqiqətən müqəddəs bir şəhərdir. Qafqazda ən iri həcmli Aşura günü məhz bu şəhərdə keçirilir. Ermənistanı istisna etməklə Qafaqaz regionun hər yerindən bu qədim şəhərə,kütlə axını olur. Azərbaycanın digər şəhərləri ilə yanaşı, Dağıstan, Gürcüstan və Rusiya da yaşayan müsəlmanlar məhz bu şəhərə gəlir. Aşura xatirələrində hər kəs, ehsan verər,şərbət paylayar və çalışdıqları qədər pis əməllərdən uzaq olar. Bura gələn bütün müsəlmanlar İmamzadə məqbərəsinin həyətinə toplaşar aşura gününü qeyd edər.
Həmin məqbərə məscid , karvansara , ziyarətgah, qəbrsanlıq kimi daim xalqın diqqətində olur və "İmamzadə”, yəni "imam övladlarının məskəni” adlanır. İmamzadənin kiçik qardaşı Mövlana İbrahimin məzarı isə Gəncədə basdırılıb. Nədənsə, bu illər ərzində Gəncədəki "İmamzadə”, yəni kiçik qardaşının qəbri olan məzar məşhurlaşır və bütün Azərbaycan xalqı ora ziyarətə getməyə başlayır..
Elə məhz bu gün də Aşura günü bu böyük məscidin ətrafında qeyd olunurdu. İnsanlar az-qala bir-birinin içinə girir, kənarda gənclər özlərini döyür və hönkür-hönkür ağlayır, digər kənarda kiçik səhnələr düzəldilib moizələr deyilir, səhnəciklər qurlaşdırılıb İmam Hüseynin şəhid olmasının faciəsini səhnələşdirmişdilər. Bu səhnələrə baxan hər kəs ağlayırdı.
Həmin gün mən də əbamı əynimə geyinərək, başıma da Kərbəladan aldığım çalma papağı qoyaraq, tez-tez səhnəyə çıxıb, ağlaya-ağlaya möziəmi deyib elə
[1] 2 3...16 >>
Cəmi 2750 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023