Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)

Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)


fəryad edirdi. İzdahamın təsirindən ürəyi sıxılmış olmalı idi. Kütləyə aralanmağını qışqırdım, mənim molla olduğumu görüb hər kəs kənara çəkildi. Üzünə su sərpib, qucağıma alıb apardım təcili tibbi maşına. Anası da ardımca gəlirdi. İlk tibbi yardım ediləndən sonra ayılmağa başladı. Mən də ” Ayətül- Kürsi” – ni açıb "şəfa” duasını oxudum. Qız gözlərini açanda birinci məni gördü. Dəniz mavisi gözləri imam Hüseynə ağlmaqdan şişmiş, püstə dodaqları suzuzluqdan saman kimi qurumuşdu. Qız özünə gəldikdən sonra anasını tapıb qucaqladı, anası da ona təsəlli verir, ürəyini rahatladırdı. Maşındakı həkim qızın burda qalmasını istəmədi və təcili evə aparmasını, dincəlməsini istədi. Qızın anası uşağının əlindən tutub çölə çıxdı. Hava soyuq olduğundan qızcığaz tir-tir əsirdi.
Qızını qucaqlayan ana, palçığın içində asta-asta körpüyə tərəf gedirdilər. Bir müddət ardlarınca getdim, bildim ki, onlar evə piada gedə bilməyəcək. Ona görə onların qarşısını kəsib dedim:
- Bu qızı piada apara bilməzsiniz..
-Molla qardaş, indi avtobuslarda işləməz, taksiyə verməyədə pulum yoxdu. Ayrı necə gedə bilərəm?
- İcazə versəniz mən apararam sizi.
- … – ana qızına baxdı.
- Gəlin, gəlin.. Ayıb deyilmi… Özü də belə gündə sizə kömək etməyəcəyik, kimə edəcəyik ki?! Mən Yezid deyiləm ki, Hüseyinə qıyan kimi, sizə də qıyım. Gəlin, gəlin… burda taksi var…
Onlar maşına mindilər, mən də sürücünün yanında əyləşdim. Qız başını anasının sinəsinə qoyan kimi yuxuya getdi. Qızın anası şofre Gəncəyə yaxın olan bir kəndə gedəcəyini dedi. Yol boyu səssiz durmaq, hiss edirdim ki, hamımızı narahat edir. Ona görə yola baxa-baxa səssizliyə son qoydum:
- Sizin də əhdiniz var idi bura gəlməkdə?
- Bəli var, Allah ölənlərinizə
<< 1 2 [3] 4 5...16 >>
Cəmi 2777 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024