Məzarda dəhşətli bir gecə | Hekayələr
Geniş Kitabxana
Məzarda dəhşətli bir gecə
Bu gün atam öldü. Bəlkə də dünən ölüb, mənə indi zəng eləyib dedilər. Artıq 12 ilə yaxın olardı ki, atamı görmürdüm. Çünki, hələ 18 yaşımda kənddən işləmək adı ilə Bakıya getdiyimdə, Nigarla tanış olmuşdum. Onu həqiqətən çox sevmişdim. İlk sevdiyim qız da məhz o idi. Şəhərli qızı sevmək çətin olsa da, tez bir zamanda işlədiyim barda onunla söhbət etmiş, könlünü qazanmışdım. Onun bar qızı olması məni maraqlandırmırdı, əsas odur ki, mən onu, o da məni sevirdi. Nigarı da götürüb kəndə gedəndə atam Nigarla evlənməyimə halallıq verməmiş, əgər onunla birlikdə olarsam, övladlıqdan çıxaracağını hiddətlə söyləmişdi. Sevginin hər şeydən üstün olmasını, zamanla atamın da yumşalacağını fikirləşib, Nigarla birlikdə olacağımı qərara aldım. Atam məndən üz döndərdi. Hər kəs uşaqlığımda mənə deyirdi ki, atana çox oxşayırsan. Həqiqətən elə idi. Nə istiyirəmsə onu edirdim. Atam kimi idim. Bununla atam fəxr edirdi, ancaq Nigarla ailə qurmaq istəməyimə etirazı hər şeyi dəyişdirdi. Elə o gündən Bakıya gedib, bir daha kəndə geri dönmədim. Qonşumuz Aybəniz xalanın telefonuma zəng etməyi və məni anda verib atamı son mənzilə yola salmaq üçün kəndə gəlməyimi söylədi.
3 il sonra Nigar məndən ayrılmışdı. Əslində, bir heç üçün atama üz döndərmişdim. Söz ağzından bir dəfə çıxar fikirləşib, atamın məni çağırmasına qədər heç vaxt ona yaxınlaşmadım və o da heç vaxt məni axtarmadı.
12 il bir-birimizi görməməyimizə səbəb, atamın ölümü məni sarsıtmadı. Ancaq, dəfn üçün kəndə getmək lazım olduğunu fikirləşib, maşınıma minib, kəndə tərəf sürməyə başladım.
Kəndimiz çox uzaqda, Gədəbəyin Zəyə vadisində "Haçaqaya" adlı kəndində yerləşirdi. Haçaqaya ona görə deyilirdi ki, ucqar dağın başında iki aralı 100 metr hündürlüyündə qaya parçası var idi. Deyilənə görə, İmam Əli burada olmuş, susadığından Zülfüqar qılıncını çıxararaq qayanı iki parçaya bölmüş və içərisindən su içmişdi. Yolda gedərkən, uşaqlığımı xatırlayırdım. Bu qayaların yanında bir seyid ocağı da var idi. Uşağı olmayanlar, xəstəlikdən əziyyət çəkənlər, hətta Rusiyadan belə bura gəlib ocağa qoyun bağlayır, ehsan verir, biz də qoyunları tövləyə salan kimi bura gəlib ehsandan yeyib, uşaqlarla ora-bura qaçırdıq. Nəziri olanlar, ocağın başında duasını edə-edə 3 dəfə fırlanır, daha sonra tüstüləyən somavardan çay içib söhbət edirdilər.
Maşınla dağın düzənliyindən keçirdim. Çox hündürə qalxmışdım. Xına dərəsi ayağımın altında idi.Hər yan qaya parçası idi. İlk dəfə bura öz maşınımla gəlirdim. Əslində, bu yollarda heç kim maşın sürmür. Çünki, çox təhlükəlidir. O vaxtlar, hətta bura gələn maşınlar, döngələrdə aşaraq qəza edirdilər. Ancaq, mən yolları əlimin içi kimi bildiyimdən, döngələri rahatlıqla sürürdüm. Bir dəfə atam, kəndimizə gələn şəhərliləri bulaq başından maşını "Vilis"-ə doldurub, qarşılıqsız Haçaqayaya aparırdı. Mənə demişdi ki, piada get, gəlib səni götürəcəyik. Məndə, əlimə çomaq alaraq, dırmaşa-dırmaşa gedirdim. Uzaqdan maşın gələndə bir qaya parçası üzərində oturaraq, atamın saxlamasını gözlədim. Ancaq o saxlamadı, çünki maşının içi şəhərlilərlə dolu idi. Mən soyuq, ancaq günəşli havada piada getməli olmuşdum. Günəş bərq etdiyindən, başım hərlənirdi və mən də paltarımı çıxarıb, başıma dolamışdım ki, Günəşin təsirindən özümdən keçməyim. Piada söylənə-söylənə gedərkən, uzaqdan canavar sürüsünün mənə yaxınlaşdığını görmüşdüm. Az qala ağlımı qaçırım. Çox çətinliklə qaça-qaça gəlib Haçaqayaya çatmışdım. Buna görə hələ də atamı bağışlaya bilmirəm.
2 ay sarılıq xəstəliyindən əziyyət çəkmişdim. Canavarlardan həqiqətən çox qorxurdum.
Sıldırım qayaların arasından parlayan günəş, mart ayı olmasına baxmayaraq istiliyini hələ də verməmiş, soyuqluğu adamı dondururdu. Maşını döngələrin birində dayandırıb, siqaretimi yandırıraraq, hündürlükdən aşağıları seyr edirdim. Kəndə yaxınlaşdıqca, ürək döyüntülərim artır, ancaq hələ də kədər hissinə bürünməmişdim.
Maşına minib yola davam etdim. Çox keçmədi ki, uşaqlığımı keçirdiyim, doğma kəndimdə idim. Kənd dəyişməmişdi. Əlində çomaq, başında qara papaq olan qoca kişilər, qapılarının ağzında oturub çay içib, söhbət edirdilər. Maşını öz qapımıza sürdüm. Darvazanın qarşısında Əbdüləli əmi dayanmışdı. Atamın ən yaxın dostu idi. O məni görər-görməz dedi:
- Bilirdim ki, gələcəksən, Vazeh. Gərək bir az tez gələrdin.
- Niyə ki?
- Son nəfəsində sənin adını çəkdi.
Məhləmizdə aş dəmlənmiş, ehsan verilirdi. Qara çadıraya bürünmüş nənələrin ağı səsləri evdən gəlirdi. Heç kim mənə baxmır, vəfasız oğul hesab edib, mənə salam da vermirdilər. Ayaqqabı ilə evə keçdim. Evimizin özünə məxsus qoxusu var idi. Ev taxtadan olduğundan nəm bir iy var idi. Amma bu iy doğma olduğu üçün, mənə xoş təsir bağışlayırdı. Qadınlar atamın başı üzərində oturub, sakitcə gözlərindən yaş axıdırdılar. Hətta məni görəndə, gözlərindəki yaş dayanaraq, nifrətlə əvəz olundu. Ağzımı açmadan, elə stuldaca oturub gözlədim. Sıxılırdım, elə tez-bazar Bakıya qayıtmaq istəyirdim. Əlimi-əlimi üstünə qoyub, divarakı fotolara baxırdım. Ağlı-qaralı fotolarda rəhmətlik anam, qucağında mən və başımızın üstünə atam dayanıb gülümsəyirdi. Digər fotoda atamın əlində tüfəng var idi. Şəkillərə baxıb, uşaqlığımda gəzərkən, birdən kəndimizin mollası Ceyhun və qonşu kişilər içəri girdi. Atamı bükülmüş kəfənindən tutub, xalçanın üzərinə qoydular. Bizdə tabut düzəldilən bir yer olmadığından, xalçaya büküb, altından da taxta tutunacaq düzəldib aparırdılar. Qarşıya keçib atamı çiynimə qoydum, sıra ilə hər kəs növbəni dəyişdirirdi. Çox keçmədi ki, artıq qəbrstanlığa yaxınlaşdıq. Atam illər öncə anamın qəbri yanında özü üçün sərdabə düzəltdiribmiş, atamı sərdabənin içinə qoyduq və girişini bağladıq. İndi atam və anam ikisi də birlikdə idi. Bədənimə üşütmə girmişdi. Oğlu olduğundan, sərdabənin içinə mən qoymuşdum. Gözümdən yaş axmadığı üçün bütün kişilər, üzümə tüpürmək istədiyini hiss edirdim. Dəmlənmiş aşdan yedim və daha sonra yas üçün gələnləri yola salırdım. Artıq axşam yaxınlaşırdı. Sabah yola düşməyi planlaşdırmışdım. Artıq evdə heç kim yox idi. Uşaqlığımda yatdığım taxta yatağa uzanıb, əlimi başımın altına qoyub, ləkəli tavana baxıb, siqaret çəkirdim. Qeyri-ixtiyari atamı düşünürdüm. Kəndin ən deyib-gülən kişisi, bükmə siqaretdən saralmış bığları, dalğalı saçları və hündür boyu. Uşaq vaxtı tarlada işləməkdən, bədəni də əsl idmaçı bədəni kimi idi. Siqareti çəkə-çəkə atamın şkafını açdım. Onun paltarları səliqə ilə qatlanılmışdı. Siqareti söndürüb, paltarı götürdüm. Çöldə yağış yağırdı. Burada yağış yağması çox dəhşətli görsənirdi, ildırım elə çaxırdı ki, az qala adamın beyni qopsun. Paltarı qoxladım. Atam iylənirdi... Sarılaraq, ona uzandım. Anam öldüyündə də, atama belə sarılıb yatırdım. Onun tütün qoxan əlləri, elə bədəni də belə iylənirdi. 30 yaşım var idi, ancaq indi özümü 8 yaşımdakı atamı qucaqlayıb yatarkən kimi hiss edirdim. Mən tanrı ilə uşaqlığımdan pis olmuşam. Çünki, anam öldüyündə, atamı qucaqlayıb ağlarkən o mənə dedimişdi:"Ağlama, anan daha yaxşı yerdədi. O Allahın yanına gedib. Hamımız bir gün ora gedəcəyik." Amma nə olsun, Allah anamı əlimdən almışdı. İndi isə məni sevməyən atamı..
Atamın yun paltarına sarılıb yuxuya getmişdim. Elə həmin gecə atamı yuxumda gördüm. Qəbrinin başında ağ kəfənə bürünüb məni çağırırdı. Gözlərində yaş var idi. Yuxudan qan-tər içində oyandım. Siqaretimi yandırıb, əllərim əsə-əsə qrafindən su doldurub içdim. Atamın məni çağrışında bir işarə olmalı idi. Dayanmadan ard-arda çaxan ildırımların, top kimi guruldayan göygurultusunun və şiddətlə yağan yağışın altında gecəyarısı qəbrstanlığa getdim. Təmamilə, su içində idim. Bədənim ya qorxudan, ya da soyuqdan tir-tir əsirdi. Ayaqları dizə qədər palçıq olmuşdu. Atamın qəbrinə çatmışdım, sanki qeyri adi bir qüvvə məni qəbirə çəkirdi. Sərdabənin ağır daşını açdım və içəri daxil oldum. Cibimdəki alışqanı yandırıb, atamı kəfənə bürünmüş halda gördüm. Necə qoymuşdumsa elə idi. Hönkür-hönkür ağlamağa başladımSərdabə hündür deyildi, dizlərimi yerə qoymuşdum. Atamı qucaqlayıb, elə ağlayırdım. Bilmirdim, niyə ağlayırdım. Birdən-birə sərdabənin daşı sərdabənin ağzını bağladı. İməkləyə-iməkləyə gedib qapısını açmağa çalışdım, ancaq bacarmadım. Bədənimi qorxu bürümüşdü. Sərdabə o qədər qalın idi ki, göygurultusu çox çətin eşidilirdi. Xeyli cəhddən sonra gücüm tükəndi, titrəyə-titrəyə dizlərimə sarılmışdım. Telefonu çıxardım ki, Aybəniz xalaya zəng etdim, ancaq şəbəkə tutmurdu. Bir anlığa ayağıma sanki, nəsə dəydi. Dərhal dik atıldım. Fikirləşdim ki, ayağıma dəyən ya ilandır, ya da siçovul. Ancaq, atamın cəsədindən başqa bir şey yox idi. Güc toplayıb, daşı itələməyə yenə cəhd etdim, ancaq alınmırdı. Sanki, arxasında kimsə durub, açılmasına icazə vermirdi. Yenidən ağlamağa başladım. Artıq qorxuda yavaş-yavaş keçirdi. Birdən çöldə ərəbcə dua və ağlaşma səsləri eşitdim. Səsi eşidər, eşitməz qışqırmağa başladım, ancaq heç kim eşitmirdi. Yoxsa mən də ölmüşdüm?! Atamın yanına dəfn etmişdilər məni?! Ağlımı qaçırırdım az qala. Bu molla Ceyhunun səsi idi. Səsə diqqətlə qulaq asanda belə bir səs eşitdim: " Fətəli oğlu Vazehə əl-fatihə". yerimdən dik atıldım, başım sərdabənin divarına dəydi. "Ölməmişə, mən ölməmişəəəəəəəəəəəəəəəm" - deyə fəryad etdim, ancaq cifayda. Qəflətən, qaranlıq sərdabənin içini işıq bürüdü. İşıq çox parlaq olduğundan gözlərim qamaşırdı. Gözlərim işığa alışdığında, atamın cəsədinin tərpəniyini gördüm. Dəyanmadan sirkələnirdi. Əlləri ilə kəfəni cırıb,içindən çıxdı. Elə hey qorxumdan qışqırırdım. Ağlımı qaçırırdım. Atamın üzü gömgöy idi. Mən qışqıra-qışqıra əlimlə daşı itələyirdim. Yenə də nəticəsiz qalırdı. Gözlərimi bərkdən yummuşdum. Atamın səsini eşitdim:
- Burdan çıxa bilməzsən. Məni tək qoymadığın üçün sağol.
- Necə olur bu, Allahım kömək elə. - Allaha inanmırdım, ancaq indi ondan imdad diləyirdim.
- Sən də ölüsən artıq.
- Mən ölməmişəm...ölməmişəm.
- Sağlığımda yanımda ola bilmədin, indi ölü olarkən birlikdəyik.
- Ata, səni çox sevirəm. Hər gün gözləyirdim ki, məni çağırasan. Ancaq, heç vaxt axtarmadın.
Atam sürünə, sürünə mənə yaxınlaşırdı, mən qışqırırdım. O məni qucaqlayırdı. Hələ də çöldən ərəbcə dua səsləri gəlirdi. Atam dizimdən tutub mənə sarıldı və dedi:
- Mən də səni sevirdim. Ancaq, haqqımı çeynədin.
- Yalvarıram, bağışla. Haqqını halal elə.
- ...- o parlaq işığın ardından mənə baxırdı.
Birdən-birə Haça-qayanın arasında peyda oldum. Daşın üzərində əl işarəsi var idi. Rəvayətə görə, İmam Əli bura gəlməyinə səbəb, Salsal adlı bir çox güclü bir pəhləvan olu. Bu yerlərdə heç kim onu İslama gətirə bilməyib. İmam Əli də onunla döyüşmüş, ancaq heç bir nəticə verməyibmiş.İmam Əli döyüşdən yorulub, əsəbindən Zülfüqarı çıxarıb bu qaya parçasını yarıya bölüb, içərindən axan suyu içib. Salsal pəhləvanın həyat yoldaşı imanlı qadın olubmuş və İmam Əliyə ərinin sirrini söyləyib. Guya Salsalın zirehi tilsimli imiş və onu çıxarmaq lazm imiş. İmam Əli də belə edib, zirehi bədənindən çıxarır və tilsimi qırır. Pəhləvanlıq qanuna görə məğlub olan ölməli idi. Salsalda, məhz İmam Əli tərəfindən boynunun vulmasını istəyib. Atasının dəfn olunduğu yerə aparıb və orada ölməsini istəyib. Haça qayanın daşlarından damcı-damcı qan axır və daşları qırmızı rəgdədir. Deyilənə görə, Salsalın qanlı göz yaşları imiş.
Birdən-birə, İçərində olduğum Haça qaya aralanmağa başladı. Mən qayanın düz içinə düşdüm. Qaya daha sonra öz-özünə bağlandı. Mən yerin altında idim. İçəri çox istiydi. Ayağımı yerə basa bilmirdim, qaynar daşlar ayağımı yandırırdı. İçəridən ah-nalə səsləri gəlirdi. Səs tərəfə getməyə başladım. İçəridə miliyonlarla insanlar alovun içində üzürdülər. Yoxsa mən Cəhənnəmdə idim?! Hə...Hə... Mən Cəhənnəmdə idim. Atam qarşımda peyda oldu. " Ata haqqını çeynəmisən"- deyərək əlinə bir kəmər aldı. Uşaq vaxtı dəcəllik edəndə atam belindəki kəmərlə məni döyürdü. Bu da məni çox qorxuzurdu.
O indi də, kəmərlə başımın üstündə durub məni qamçılayırdı. Hər qamçı, bədənimi deşir, qan fışqırırdı. Həm qaynar istidən, həm qamçıdan, həm də qorxudan bədənimi artıq hiss etmirdim. Birdən-birə göy guruldadı. Yuxudan dik atıldım. Atamın paltarına sarılıb yatmışammış və bu olanlar da yuxu imiş.
Yuxu o qədər gerçəkçi idi ki, saatlarla özümə gələ bilmədim. Səhər açılar-açılmaz mollanı özümlə aparıb dualar oxutdurdum. Maşına minərək gördüyüm yuxunu fikirləşərək, Bakıya sürətlə sürdüm. Boşanmaq qərarı aldığım həyat yoldaşım Fidanın evinin qapısını şiddətlə döydüm. Qapı açılar açılmaz, ona sarıldım və yalvardım ki,ayrılmayaq və ona söz verdim ki, artıq həmişə vaxtımı ailəmlə keçirəcəyəm. Fidanın üzü güldü və oğlum Şahinin otağına keçdim. O şirin-şirin yatırdı. Ona atalıq borcumu çox əsirgəyirdim. Heç üzünü də yaxşı görmürdüm. Yatan oğlumun yanında uzanıb, əlimlə saçını sığalladım və alından öpdüm. Oğlum istərdim ki, mən qocalanda da mənə sahib çıxsın. Atam mənə yuxumda bunu öyrətdi.
1 il sonra
Hər gün oğlumu dərsə aparıb gətirirəm, hər anımı oğlum və Fidanla keçirirəm. Artıq bizim çox gozəl və xoşbəxt ailəmiz var. İldə 4 dəfə ailəmi kəndə aparıram. Anamın və atamın doğum və vəfat gününü qəbrlərinin başında keçirirəm və kənddə böyük ehsan verirəm. Təki, atamın ruhu şad olsun. Mən haqqımı halal edirəm atama, ümid edirəm ki, o da mənə halal edir.
Ata sənə təşəkkür edirəm ki, ailəmi saxlamaqda mənə dərs verdin. Səni çox sevirəm. Bir gün görüşmək ümidi ilə...
Cemi 438 nefer oxuyub
Beyen(95) | Beyenme(67)
Paylaş:
Hekayələr

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Silent.Az, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler
Tatli.Biz | Silent.Az

[sitemap xml][sitemap html][ror xml][urllist]
©Tatli.Biz 2010-2018