Məzarda dəhşətli bir gecə

Məzarda dəhşətli bir gecə


hündürlüyündə qaya parçası var idi. Deyilənə görə, İmam Əli burada olmuş, susadığından Zülfüqar qılıncını çıxararaq qayanı iki parçaya bölmüş və içərisindən su içmişdi. Yolda gedərkən, uşaqlığımı xatırlayırdım. Bu qayaların yanında bir seyid ocağı da var idi. Uşağı olmayanlar, xəstəlikdən əziyyət çəkənlər, hətta Rusiyadan belə bura gəlib ocağa qoyun bağlayır, ehsan verir, biz də qoyunları tövləyə salan kimi bura gəlib ehsandan yeyib, uşaqlarla ora-bura qaçırdıq. Nəziri olanlar, ocağın başında duasını edə-edə 3 dəfə fırlanır, daha sonra tüstüləyən somavardan çay içib söhbət edirdilər.
Maşınla dağın düzənliyindən keçirdim. Çox hündürə qalxmışdım. Xına dərəsi ayağımın altında idi.Hər yan qaya parçası idi. İlk dəfə bura öz maşınımla gəlirdim. Əslində, bu yollarda heç kim maşın sürmür. Çünki, çox təhlükəlidir. O vaxtlar, hətta bura gələn maşınlar, döngələrdə aşaraq qəza edirdilər. Ancaq, mən yolları əlimin içi kimi bildiyimdən, döngələri rahatlıqla sürürdüm. Bir dəfə atam, kəndimizə gələn şəhərliləri bulaq başından maşını "Vilis"-ə doldurub, qarşılıqsız Haçaqayaya aparırdı. Mənə demişdi ki, piada get, gəlib səni götürəcəyik. Məndə, əlimə çomaq alaraq, dırmaşa-dırmaşa gedirdim. Uzaqdan maşın gələndə bir qaya parçası üzərində oturaraq, atamın saxlamasını gözlədim. Ancaq o saxlamadı, çünki maşının içi şəhərlilərlə dolu idi. Mən soyuq, ancaq günəşli havada piada getməli olmuşdum. Günəş bərq etdiyindən, başım hərlənirdi və mən də paltarımı çıxarıb, başıma dolamışdım ki, Günəşin təsirindən özümdən keçməyim. Piada söylənə-söylənə gedərkən, uzaqdan canavar sürüsünün mənə yaxınlaşdığını görmüşdüm. Az qala ağlımı qaçırım. Çox çətinliklə qaça-qaça gəlib Haçaqayaya
<< 1 [2] 3 4...8 >>
Cəmi 2330 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024