Məzarda dəhşətli bir gecə

Məzarda dəhşətli bir gecə


çatmışdım. Buna görə hələ də atamı bağışlaya bilmirəm.
2 ay sarılıq xəstəliyindən əziyyət çəkmişdim. Canavarlardan həqiqətən çox qorxurdum.
Sıldırım qayaların arasından parlayan günəş, mart ayı olmasına baxmayaraq istiliyini hələ də verməmiş, soyuqluğu adamı dondururdu. Maşını döngələrin birində dayandırıb, siqaretimi yandırıraraq, hündürlükdən aşağıları seyr edirdim. Kəndə yaxınlaşdıqca, ürək döyüntülərim artır, ancaq hələ də kədər hissinə bürünməmişdim.
Maşına minib yola davam etdim. Çox keçmədi ki, uşaqlığımı keçirdiyim, doğma kəndimdə idim. Kənd dəyişməmişdi. Əlində çomaq, başında qara papaq olan qoca kişilər, qapılarının ağzında oturub çay içib, söhbət edirdilər. Maşını öz qapımıza sürdüm. Darvazanın qarşısında Əbdüləli əmi dayanmışdı. Atamın ən yaxın dostu idi. O məni görər-görməz dedi:
- Bilirdim ki, gələcəksən, Vazeh. Gərək bir az tez gələrdin.
- Niyə ki?
- Son nəfəsində sənin adını çəkdi.
Məhləmizdə aş dəmlənmiş, ehsan verilirdi. Qara çadıraya bürünmüş nənələrin ağı səsləri evdən gəlirdi. Heç kim mənə baxmır, vəfasız oğul hesab edib, mənə salam da vermirdilər. Ayaqqabı ilə evə keçdim. Evimizin özünə məxsus qoxusu var idi. Ev taxtadan olduğundan nəm bir iy var idi. Amma bu iy doğma olduğu üçün, mənə xoş təsir bağışlayırdı. Qadınlar atamın başı üzərində oturub, sakitcə gözlərindən yaş axıdırdılar. Hətta məni görəndə, gözlərindəki yaş dayanaraq, nifrətlə əvəz olundu. Ağzımı açmadan, elə stuldaca oturub gözlədim. Sıxılırdım, elə tez-bazar Bakıya qayıtmaq istəyirdim. Əlimi-əlimi üstünə qoyub, divarakı fotolara baxırdım. Ağlı-qaralı fotolarda rəhmətlik anam, qucağında mən və başımızın üstünə atam dayanıb gülümsəyirdi. Digər fotoda atamın əlində tüfəng var
<< 1 2 [3] 4 5...8 >>
Cəmi 2336 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024