Oldugun kimi qal.. | Hekayələr
Geniş Kitabxana
Oldugun kimi qal..
İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur. Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. Mələk cüzamlıdan soruşur “ Sən ən çox nə arzu edərdin? Cüzamlı “Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir” deyir. Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur: “Hansı əmlakının olmasını istərdin? Cüzamlı “Dəvəm olmasını istərdim” deyir. Ona boylu dəvə verilir və mələk deyir: “Allah bununla sənə öz lütfünü göstərdi”.
Mələk keçəlin yayına gəlir və soruşur: “Sən ən çox nə arzu edərdin?” Keçəl “ Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir” Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur: “Hansı əmlakı isərdin?” O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir: “Allah bununla sənə lütfünü göstərir”.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir.

O deyir: “Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.” Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur: “Hansı əmlakı istərdin?” O deyir: “Qoyun”. Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir: “Allah sənə bununla rəhm etsin.”
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir. Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir: “Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm. Mənim ehtiyacımı Allah və sonra səndən baəqa heş kim qarşılaya bilməz. Sənə gözəl və yaxşı dəri və bu qədər var-dövlət vermiş Allahın rizası üçün mənə gedəcəyim yerə çatmaq üçün bir dəvə ver.”
Kişi cavab verir: “Mənim çox işlərim var, ona görə sənə heç nə verə bilmərəm.” Mələk deyir: “Sənin deyəsən yadından çıxıb ki, bir vaxt cüzam xəstəsi idin və insanlar səndən qaçırdı. Sən kasıb bir insan idin və bunları sənə Allah verdi.” O isə cavabında dedi: “Bunlar mənə ailəmdən miras qalıb.” Belə olanda mələk ona dedi: “Yalan deyirsənsə, Allah səni əvvəlki halına salsın.”
Sonra mələk keçəl adamın yanına getdi və eyni hadisə orda baş verdi. Mələk ona da eyni sözləri dedi: “Əgər yalan danışırsansa, Allah sani əvvəlki halına salsın.”
Sonra mələk kor qismində əvvəl kor olmuş adamın yayına gəlir və deyir: “mən kasıb bir adamam və səfərdəyəm. Səfərdə olduğum müddətdə bütün varımı itirmişəm. Allahdan, sonra da səndən başqa mənə kömək edən kimsə yoxdur. Sənin gözünə işıq veən Allahın rizasına mənə səfərimi sona çatdlrmaq üçün bir qoyun ver.” Kişi dedi: “Mən kor idim və Allah mənə gözümü qaytardı. Mən kasıb idim və Allah mənə var-dövlət verdi. Allah rizasına bu var-dövlətin hamısını götürsən də, heç nə deməyəcəyəm. Mələk dedi: “Var-dövlətin özünə qalsın. Allah siz 3 nəfəri imtahan edirdi. O, səndən razı qaldı, digərlərinə isə qəzəbləndi.”
Cemi 509 nefer oxuyub
Beyen(129) | Beyenme(103)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018