Naməlum kor

Naməlum kor


İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi
qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı.
Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq
duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir
qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə
görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:
-Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :
-Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə
cavab verdi.
Naməlum şəxs:
-Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı
arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına
gəldilər.Naməlum şəxs:
-Buyurun buda oteliniz.- dedi.
Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür
etdi,sonra da
-Görünür,siz belə dumanlara alışmısınız.Necə oldu ki, yolu tapdınız? -
deyə soruşdu.
Naməlum şəxs is bu cavabı verdi:
-Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur.Çünki mən koram...
Cəmi 2231 nəfər oxuyub
Bəyənən (487) | Bəyənməyən (444)
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023