Xoşbəxtlik sizin öz əlinizdədir

Xoşbəxtlik sizin öz əlinizdədir


Ustad dərsdə əlinə 100 manat götürüb tələbələrə dedi: "Bu pulu kim istəyir?"
Tələbələr hamısı bir ağızdan dedilər: "Mən istəyirəm!!!" "Mən istəyirəm!!!"
Ustad əlindəki 100 manatlığı əzik-üzük etdi, sonra dedi: "Bu pulu kim istəyir?"
Tələbələr hamısı bir ağızdan dedilər: "Mən istəyirəm!!!" "Mən istəyirəm!!!"
Ustad əlindəki 100 manatlığı ayağının altına atdı, tapdaladı, çirkləndirdi... sonra dedi: "Hələ də bu pulu istəyən var?"
Tələbələr hamısı bir ağızdan dedilər: "Mən istəyirəm!!!" "Mən istəyirəm!!!"
Ustad dedi: Dostlar, siz hamınız bu gün çox böyük bir dərs öyrəndiniz.
Mən bu pulun başına nə gətirdimsə də, siz onu istəməyə davam etdiniz. Çünki mənim bu pula etdiyim müsibətlər pulun dəyər və qiymətini qətiyyən azaltmadı. Hərçənd ki əzildi, tapdalandı, çirkləndı...
Bəli, Biz çox vaxtlar öz həyatımızda verdiyimiz qərarlara, seçdiyimiz seçimlərə, atdığımız addımlara görə çətinliklərə məruz qalırıq, əzilirik, nələrisə itiririk, simamız nisbətən dəyişir...
Və bizə elə gəlir ki, biz daha heç kimə lazım deyilik, artıq həyatı uduzduq, yaşamaq bizim üçün mənasızdır, artıq dəyərsizik...
Amma bunlar səhv və yanlış fikirlər və puç hisslərdir.
Bilin ki, baş verən hadisələrin sizin dəyərinizə qətiyyən aidiyyəti yoxdur.
Məsələn, kimsə sizə pislik edibsə, məgər sizin dəyər və qiymətiniz o idimi ki, indi özünüzü dəyərsiz hiss edəsiniz?!
Məsələn, özünüzə yaxın bildiyiniz adam sizə xəyanət edibsə məgər sizin dəyər və qiymətiniz o idimi ki, indi özünüzü dəyərsiz hiss edəsiniz?!
Bilin ki, sizin dəyəriniz sizin özünüz, varlığınız, vücudunuz, insanlığınızdır.
Həyatda sizin başanıza gələn şeylər əyinə geyinilən paltarlar kimidir.
Siz çox dəyərlisiniz, siz çox qiymətlisiniz. Dünyada heç nə və heç kim
[1] 2 >>
Cəmi 2136 nəfər oxuyub
Bəyənən (472) | Bəyənməyən (426)
Dostlarınla Paylaş

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023