Bədənimizin özünümüdafiə məqsədi ilə 9 qəribə hərəkəti | Qarışıq Məqalələr
Geniş Kitabxana
Bədənimizin özünümüdafiə məqsədi ilə 9 qəribə hərəkəti
Bədənimiz bizi bizdən qoruyur.Çətin anlarda bəzən her şeyi axarına buraxıb onun üzünümüdafiəsinə güvənmək lazımdır:

1) Əsnəmək
Əsnəməkdə əsas məqsəd beyini sərinlətmək, yorğunluğu ə əsəb gərginliyini götürmək, ağciyərlərdə havanı yeniləməkdən ibarətdir

2) Asqırmaq
Adətən insanlar burunlarına yad cizim daxil olduqda asqırırlar. Asqırmaqla orqanizm bədəndəki tullantılardan təmizlənir.

3) Gərnəşmək
Səhərlər instinktiv olaraq gərnəşməklə əzələlər gündəlik fəaliyyətə hazırlanır, bir növ isinmə əməliyyatı həyata keçirir, orqanizmdə qan dövranı sürətlənir və bu da öz növbəsində ovqatı yaxşılaşdırır.

4) Hıçqırıq
İnsan qidalanarkən mədəyə artıq miqdarda hava dolursa bunu orqanizm hıçqırıq vasitəsiu ilə kənarlaşdırmağa çalışır.

5) Yuxuda anidən yıxılma duyğusu
Yəqin hər insan bu halla rastlaşıb. yuxuda sanki boşluğa düşmüş kimi olur və yıxılırsan. Bu nə üçün baş verir? Dərin yuxuya dalarkən nəfəs və nəbz hiss olunmayacaq dərəcədə zəifləyir. Bu zaman orqanizmin öldüyünə qərar verən beyin insanı oyandırmaq üçün orqanizmə komanda verir.

6) Sudan çıxdıqdan sonra barmaqlarda yaranan büzüşmələr
Bu xüsusiyyət insanlara əcdadlarından keçib. Uzun mddət su ilə işlədikdən sona insanın əl və ya ayaqlarında büzüşmələr yaranır.Qədim insanların barmaqları belə qırışlarla örtülü olurdu, Yaş daşlarda və dağlarda bu şəkildə hərəkət etmək daha asan olurdu. Uzun müddət suda qaldıqdan sonra əl və ayaqlarda yaranan bu qırışlar bədənin yıxılmamasına yönəlmiş müdafiə xarakterli bir prossesdir.

7) Yaddaşın silinməsi
Adətən çox ağır faciələrdən və travmalardan sonra baş verən yaddaş itkisi əslində beyinin özü özünü blok edib acı çəkməmək üçün yerinə yetirdiyi funksiyadır. İnsan beyni acı xatirələri xoş xatirələrə nisbətən daha az xatırlayır.

8) Tüklərin biz-biz olması
İnsan çox həyəcan keçirdikdə və ya üşüdükdə tükləri biz-biz olur. Bu dərinin istiliyini itirməməsi üçün həyata keçirdiyi bir prosesdir.

9) Göz yaşları
Göz yaşları gzödəki yad cisimləri qovur, həmçinin emosional müdafiə xarakteri daşıyır.Güclü emosiyalar qarşısında orqaniz bizi çəkdiyimiz acıdan yayındırmaq üçün güclü qıcıqlanmma mənbəyi axtarır və bu göz yaşlarıdır. Göz yaşlarından sonra stress vəziyyətin keçməsi sirr deyil.
Cemi 423 nefer oxuyub
Beyen(95) | Beyenme(75)
Paylaş:
Qarışıq Məqalələr

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Silent.Az, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri
Tatli.Biz | Silent.Az

[sitemap xml][sitemap html][ror xml][urllist]
©Tatli.Biz 2010-2018