Cinsi əlaqədə ağrı | Cinsəllik (+18)
Geniş Kitabxana
Cinsi əlaqədə ağrı
Cinsi əlaqədə ağrı cutlüklərin ən ciddi
problemlərindən biridir. Bəzən Qadin bəzən kişi
bəzən də hər iki cütlük cinsi əlaqədə, əlaqədən
sonra ağrılardan əziyyət çəkirlər. Ağrı cinsi
əlaqənin aurasını korlayan faktordur. Bu
cütlüklərin bir birindən soyumasına və bir birindən
uzaqlaşmasına gətirib çıxarır. Bəzi cütlüklər bu
barədə həkimə müraciət etmədiklərindən problem
çözülməz qalır və illərlə bəzən on illərlə uzanır.
Qadin və kişi bunun normal olduğunu düşünərək,
mualicə edilə bilinməyəcəyini düşünərək illərlə bir
birində biganə və laqeyid qalırlar. Halbuki seksual
münasıbətin ilkin vaxtlarından həkimə müraciət
edilərsə problem öz həllini tapmış olar.
İlk əvvəl kişilərin seks zamani ağrilarına
toxunmaq istəyirəm. Kişilərdə bunun səbəbləri
müxtəlifdir. İlk anlaması lazım olan ünsür odur ki,
ağrı olmamalıdır və əgər varsa demək normal
olmayan proses, iltihab, damar problemləri və s.
Var. Bu da torənmə səbəblərinə görə müxtəlif
olur. belə ki əgər əlaqə vaxti cinsi orqanın baş və
baş hissəsinin ətrafında, cinsi kanalın uc
hissəsində olursa bu penisin dərisində, kanalda,
gedən iıltihab-infeksion prosesdən xəbər verir.
Uraplazma, xlamidia, herpes, dəri və selikli
qişaların kandidozu-göbələk xəstəlikləri,
qonorreya, trixomonada kimi infeksiyaları bura aid
etmək olar. Adətən belə halda ağrı ilə bərabər
kanaldan yaşıl, ağımtıl, sarı ifrazat da gəlir.
Əlaqədən sonra penisin başında dəri səpgiləri,
sıyrıntılar, qanaxma kimi əlamətlər də ola bilir.
Əgər əlaqə vaxti penisin öz əzələlərində yanı
orta hissəsində ağrı olarsa bu kavernoz
cisimlərdə olan problemdən ola bilər. Buna misal
penis əyrilik xəstəliyi- peyronini göstərmək olar.
Həddən artıq sərt və köbud seks də penisdə və
xayalarda ağrı verə bilər. Bu adətən travmanın
nəticəsidir. Cinsi əlaqə vaxi və sonra əgər
qasıqda qarının içində küt yayılmış ağrı olursa bu
sidik kisəsi, toxum kisəciklərı, prostat vəzi
zədələnməsi, iltihabı, prostat adenomasi, prostat
xərçəngi, sidik kisəsi və ətraf toxumaların iltihab
xəstəliklərı, bağırsaqlarda durğunluğun və s.
Əlaməti ola bilər. Bəzən cinsi əlaqədən sonra
ağrı xayalarda baş verir və qarının içinə doğru
yayılır. Adətən bu agrılar on onbeş dəq sonra
hərəkət etdikdən sonra azalır. Belə ağrılar
Varikosele elameti ola bilir. Bele ki xaya
damarlarında baş verən durğunluq ağrı əmələ
gətirir. Hər bir pasiyentə məsləhətimiz odur ki,
belə problem olduqda çəkinmədən bizə müraciət
edə bilərlər. Bütun prosedurlar tam gizli
saxlanılır.
Qadınlarda da ağri ciddi məsələdir və ən aktual
problemlərdəndir. Ağrı qadının özünü narahat
etdiyi kimi onun partniyoru-kişini də narahat edir.
Cinsi əlaqənin əvvəlində ortasında və ya axırında
baş verən ağrı diskomfort seks olduğu uçun kişi
narazı qalır. Təbii ki ailə daxilı etika olduğu üçün
bunu etiraf etməyədə bilər. Qadınlarda da cinsi
əlaqədə ağrı ferqli səbəblərdən ola bilir. Belə ki ilk
seksdə ağrı olması normal haldır. Xanımlar
bundan qorxmamalıdırlar. Ağrıdan nə qədər
qorxuıarsa o qədər ağrı artmış ola bilər. Ona görə
toy gecəsi də hər anı düşünüb dərd etmək lazım
deyil. İlk seksdə ağrı və selikli qan olduqda bu
qızlıq pərdəsinin açılmasını görsədir. Belə ağrı
cütlüklər cinsi əlaqədə olduqca vaxt hesabı iıə
tədricən aradan qalxır. Qadınlarda ağrının bir
səbəbi də uşaqlıq yolu selikli qişasının maye-selik
ifrazının azalmasıdır. Bu adətən psixoloji
gərginlışik üzündən baş verir. Qadın gərgin
olduqca vəzilər şirə ifrazını azaldır. Necə ki biz
həyacanlandıqda ağzımızda quruluq əmələ gəlir.
Vaginizm uşaqlıq və uşaqlıq yolu əzələlərinin
spastik neyrogen psixogen yiğılması nətıcəsındə
baş verən xəstəlikdir. Vaginizm nəticəsində qadın
qadın cinsi orqanı sıxılır. Və akt baş tutmur.
Ümumən quru və sıxılmış uşaqlıq yolu olduqda
surtunmənın artması və kobudlaşması ağrıya
səbəb ola bilər. Belə halda qadın və ya cütlük
həkimə müraciət etməlidir. Cünkü nəticə eyni
olsada hər ağrının bir səbəbı vardır. Psixoloji
qorxu. Qızlıq pərdəsi yırtılmasından yarana
biləcək ağri hıss qorxusu, düzgün olmayan, kobud
auralı ortam, birlikdə valideyinlərlə yaşamaq və
sosial məişət problemləri bu səbəblərdəndir.
İnfeksiyalı iltihab xəstəliklər, erroziyalar,
usaqlıq ,yumurtalıq xəstəlikləri, dəri və selikli qişa
xəstəlikləri, kontraseptivlərin verdiyi toksiko-
allergik reaksiyalar da ağrılara səbəb olur. Cinsi
infeksiyalar, bakterial vaginoz, xlamidia,
qonorreye, trixomonada SMV infeksiyaları,
kandidozlar da ağrı yaradan faktorlardır.
Bunlardan başqa hər bir cütlük bilməlidir ki,
qadının cinsi əlaqəsı üçün normal cinsi oyanma-
stimulyasiya lazımdır. Bele olduqda məsələn
sigal, opmək, toxunmaq, qadın cinsi əlaqəyə hazır
olur. Nəticədə hazır olmanı görsədən fizioloji
xususiyyətlər var. Bunlara: qadının tənəfusunun
sayının artması, ürək döyüntülərinin artması, üzün
və yanaqların qızarması, eyforiyya-həzz alma
hərəkətləri, gözün yumulması, cinsi orqanın
nəmlənməsi və isinməsi, süd vəzilərinin
sertləşməsi aiddir. Bundan sonra cinsi akta
başlamaq olar. Seksdə tələsmək və gecikmək
olmaz. İstenilən halda əhər problem çözülmürsə
dərhal həkimə müraciət edilməlidir.
Cemi 541 nefer oxuyub
Beyenen (123) | Beyenmeyen (64)
Paylaş:
Cinsəllik (+18)

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018