İlk seksin qorxuları

İlk seksin qorxuları


düşündüyünün eyni olmaması, qadının ona
dediyi bəzi sözlər və fikirlər, qadın cinsi orqanına
qarşı olan ikrah hissi, iyrənmə və s. bu tipli
problemlər gələcəkdə psixoloji gərginlik yarada
bilər”.
H. Səmədov sovet vaxtı gənclərdə daha sürətlə
cinsi fəaliyyətə səy yox idi. “İndi isə cinsi
yetişkənliyə çatan uşaqlar bir-biri ilə bəhsə
girirlər ki, kim tez cinsi əlaqədə oldu və kim necə
oldu... Və hər kəsin özünəməxsus olan sözləri
artıq bir neçə nəfərin arasına bəhs və mübahisə
eləmək vasitəsi kimi istifadə olunur. Amma sovet
dövrü bu söhbətlər qapalı idi. Belə ki, o vaxt
gigiyena və epidemiologiya qaydaları daha yüksək
səviyyədə idi. İndi bəzən insanlar xəstələnir,
infeksiya daşıyıcısı olur və bununla bərabər onu
müalicə etdirmir. Hətta bilə-bilə bir-birinə
yoluxdururlar”.
Seksopatoloq sözlərinə görə, sovet dövrü ilə
müqayisədə indi gənclər seks və cinsi əlaqə
barədə düşüncələri gizli saxlamırlar. “Fahişələrlə
qeyri-ənənəvi cinsi əlaqə gənclərdə bir sıra
problemlərə gətirib çıxarır. Anal və oral sekslə
yoluxan elə infeksiyalar var ki, onlara hətta adi
dərmanlar təsir etməyə bilir”.
Həkim-mütəxəssis gənclərə öz məsləhətini
bildirib: cinsi əlaqədə olmaq həvəsinə düşəndə
tanımadıqları və bilmədikləri adamlarla cinsi
əlaqədə olmasınlar. “Qoruyucudan mütləq istifadə
edilməlidir, kim yoluxucu xəstəlik tapıbsa, dərhal
həkimə müraciət etsin”.
<< 1 [2]
Cəmi 2271 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 201 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024