İlk seksin qorxuları

İlk seksin qorxuları


İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə
indi nisbətən asanlaşıb. İnternet əsrinin olduğunu
nəzərə alsaq, bu mövzuda gənclərin nə qədər
sərbəst olduğunu anlamaq elə də çətin deyil.
Amma bu məsələnin təhlükəli tərəfləri də
mövcuddur.
Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə
bağlı Modern.-a açıqlamasında bildirib ki, ilk
seksual təcrübə ilə əlaqədar gənclərin cinsi
yetişkənlik dövründə az maariflənməsi onları ağır
xəstəliklərə düçar edə bilər. “12-15 yaş arası
kişilərdə cinsi yetişkənlik dövrüdür. Bu dövrdə
qana çox miqdarda hormon sintez olunur və
kişilərdə cinsi həvəs oyanır. Bu dövrdə məlumatın
azlığı, savadsızlıq təsadüfi cinsi əlaqələrə gətirib
çıxarır. Əsas məsələ də budur ki, gənclər
tanımadığı insanlarla, bilmədiyi yerdə cinsi
əlaqədə olurlar. Əksəriyyət hətta qoruyuculardan
istifadə etmir, bu da infeksiyalara yoluxmaya
gətirib çıxarır. Bu infeksiyalar honoreya, siflis,
trixomoniaz və son dövrlərdə də geniş yayılan
hepatit C və AİDS kimi xəstəliklərdir”.
Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan
infeksiyalardan başqa, ilk cinsi əlaqədə baş verən
psixoloji problemlər sonradan psixoloji cinsi
zəifliyə də gətirib çıxarır.
“Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında
ona problemlər yaradacaq. Belə ki, növbəti
qadınla olan münasibətində və yaxud da ailə
həyatı qurandan sonra olan münasibətdə psixoloji
problemlər yaşanır. Bundan başqa, kifayət qədər
müxtəlif problemlər ola bilər. Təsəvvür edin ki,
lüğətdə nə qədər söz varsa, o qədər də müxtəlif
ola bilər. Bundan başqa hansısa faktor və səbəb
gənc kişinin xoşuna gəlməyə bilər. Məsələn,
qadının danışığı. Belə ki, beynində qurduğu qadın
obrazının onun fikrinə uyğun gəlməməsi, gördüyü
ilə
[1] 2 >>
Cəmi 2251 nəfər oxuyub
Bəyənən (473) | Bəyənməyən (401)
Dostlarınla Paylaş

Saytda 28 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023