Alın bu kederin elinden meni | Nüsrət Kəsəmənli
Geniş Kitabxana
Alın bu kederin elinden meni
Gelmişem dünyaya alışam,
yanam,
Bir ünvan arayıb, ebedi qalam..
Meni keder üçün doğmayıb
anam!
Alın bu kederin elinden meni..
Hicran ağır yükdür,
qaldırammıram,
Derdim dil bilmeyir,
qandırammıram,
Sönmüş çıraqları
yandırammıram,
Alın bu kederin elinden meni..
Bir vida neğmesi yazıb qalmışam,
Adımı bir qelbden pozub
qalmışam,
Kederin içinde azıb qalmışam,
Alın bu kederin elinden meni..
Hara gediremse, qaranlıq baxır,
Bu qara buludlar axır, hey axır..
Hara qaçıramsa, qarşıma çıxır,
Alın bu kederin elinden meni..
Bir iyne ulduzu işığa möhtac,
Qaranlıq qismetim, işıq - ehtiyac!
Menden doymaq bilmir o gözleri
ac,
Alın bu kederin elinden meni..
Bir ümid yoxdur ki, onelli tutam,
Yuxum da gelmir ki, doyunca
yatam..
Hardasan ay anam, hardasan
atam?!
Alın bu kederin elinden meni..
Laldır bu kederim, ağlamır,
gülmür,
Derd verir, verdiyi derd nedir,
bilmir..
Niye gecelerin seheri gelmir?!
Alın bu kederin elinden meni!
Cemi 1486 nefer oxuyub
Beyenen (367) | Beyenmeyen (156)
Paylaş:
Nüsrət Kəsəmənli

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018