Valideynləri tərəfindən atılan məşhurlar

Valideynləri tərəfindən atılan məşhurlar


Stiv Cobs
1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble, atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və maşinist idi.

Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında saatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu “Apple” şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona da sonralar Amerikanın yazıçılarından biri olur. Nikol Riçi
Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızı olaraq tanınır. Amma həqiqət elə deyil. Nikol əslində Laynl Riçinin orkestrində çalışan bir cütlüyün qızıdır. Nikolun ailəsi onu üç yaşına qədər böyüdüb, daha sonra maddi durumları yaxşı olmadıqları üçün dostları müğənninin himayəsinə veriblər. Nikol 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəl rəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb. Con Lennon
Con dünyaya gələndən dərhal sonra valideynləri ayrılmışdı. Amma sonra yenidən evlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Çünki yolda kinoya baxmaq istəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağına söz verərək… Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir. Koko Şanel
Dünyadakı ən məşhur qadın dizayner 1883-cü ildə Samurda dünyaya gəlib. 5
[1] 2 >>
Cəmi 1181 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 29 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023