Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?


İlk çubuq təxminən 3000 il əvvəl yaranıb, onları çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlan 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar «xasi» adını alıb.

Quru yeməkləri taxta çubuqla yemək asandır. Tikəni iki taxtanın arasına qoyursan və udursan. Bəs yapn xalqı duru yeməkləri necə yeyir? Bəlkə yaponlar ümumiyyətlə, sup xörəkləri yemir? Yeyirlər, ancaq özünəməxsus şəkildə. Birinci quru yeməklər verilir, onlar quru tikələri supa batırıb çeynəyirlər, daha sonra isə bulyonu içirlər.

Yaponlar deyirlər ki, qaşıq və çəngəllərlə bundan sonra da istifadə etmək niyyətində deyillər. Çünki onlar ağzına dəmir əşyalar salmaq istəmir. Çubuq taxta isə daha təbiidir. Yeri gəlmişkən, bizim ulu babalarımız da taxta qaşıqlardan istifadə ediblər.

Ənənəyə görə, xasi ağacdan düzəldilir, material kimi bambuk, sərv, ağcaqayın, gavalı istifadə edilir. Xasi dəyirmi və ya kvadrat kəsimli ola bilər. Onları bəzən lak və sədəflə bəzəyirlər. Gözəl hədiyyə kimi bəzədilmiş xasi təqdim etmək ayıb deyil. Yeni evlənənlər belə hədiyyəni minnətdarlıqla qəbul edirlər, axı bu, onlarda ayrılmazlıq və birlik rəmzidir. Ənənəyə əsasən, çubuq şəxsi predmeti sayılır, onu istifadə üçün başqa bir insana vermək qəbul edilməyib. Bu məqsədlər üçün bircə dəfə istifadə edilən xasilər var. Xasilər xüsusi altlıqlarda saxlanılır.

Şərqlilər inkişafa yüksək meyili ilə həmişə fərqlənib,
[1] 2 >>
Cəmi 1443 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023