Kimlər internet aludəçisidir? | Qarışıq Məqalələr
Geniş Kitabxana
Kimlər internet aludəçisidir?
Ankara Psixiatriya Klinikasında çalışan həkim Tuncer Okayın İnternet Araşdırma Komissiyasına "İnternet asılılığı" başlıqlı hesabat təqdim edib. Hesabatda bildirilir ki, "internet asılılığı" diaqnozu qoyulan şəxslərin maddə asılılığına olan meylliliyi psixiatriya klinikalarında başlıca araşdırma mövzusu olub. Psixiatr Kimberly Youngun "İnternetdən asılılığın meyarları" adlı yazısının dərc edildiyi hesabatda bu asılılığın növləri arasında pornoqrafik ehtirasın ilk sıralarda yer aldığı bildirilir. Ondan sonra oyun oynama, ictimai media fəaliyyətləri, internetdən alver etmə və qumar gəlir. Youngun başlıca meyarları Hesabatda Youngun başlıca meyarları belə sıralanıb: - Zehni daimi olaraq internetlə məşğul etmək (fasiləsiz olaraq interneti düşünmək, internetdəki fəaliyyətlərin xəyalını qurmaq, internetdə edilməsi planlanan bir sonrakı fəaliyyəti düşünmə və s.) - Həzz almaq üçün getdikcə internetdən daha çox istifadə etməyə ehtiyac duymaq. - İnternetdən istifadəyə nəzarət etmə, istifadəni azaltma və ya internetdən tamamilə imtina etməyə müvəffəqiyyətsiz cəhdlərin olması. - İnternetdən istifadəsinin azaldılması və ya tamamilə kəsilməsi vəziyyətində narahatlıq və ya əsəbi olmaq. - Planlaşdırılandan daha uzun müddət internetdə məşğul olmaq. -Həddindən artıq internetdən istifadə etmək səbəbiylə dostlarla, ailə, məktəb və ya iş yerində problemlər yaşamaq, təhsil və karyera ilə əlaqədar hər hansı şansı təhlükəyə atmaq, ya da itirmək. - Başqalarına (ailə, dostlar və s.) internetdə olma müddəti ilə əlaqədar yalan danışmaq. Xarakterizə edilən xəstələrin nisbətinin ümumi istifadəçilərin 1.98-3.5 %qədər olduğu, internet asılılığı baxımından risk altında ola biləcəyi düşünülən istifadəçilərin nisbətinin isə 8.68-18.4% arasında olduğu qeyd edilib. Hesabatda bir istifadəçinin orta hesabla təxminən həftədə 2.5-3 saat internetə bağlı qaldığı, bəzi vaxtlarda isə bu müddətin təxminən 8-40 saat arasında olduğu ifadə edilib. Həftədə 8-40 saatı kompüter başında keçirənlərin fasiləsiz 20 saata qədər kompüterdən kənarlaşmayacağı təqdirdə xəstəyə klinik müalicə üsullarının tətbiq olunması lazım olduğu izah edilib. Kişilər internetdən daha çox asılı olur Hesabatda qeyd edilir: "İnternet asılılığı gec yaşlarda başlayan psixoaktivmaddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır". Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğunun təsbit edildiyi vurğulanıb. İnternetdən asılı olanların38 %-dəmaddələrdən asılılıq müəyyən edildiyi, 33 %-dəduyğu pozğunluğu,25%-dəisə depressiya görüldüyü ifadə edilib.Aludəçiliyin əsas patologiyasının qumar olduğu qeyd edilib. İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilib. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.
Cemi 18 nefer oxuyub
Beyen(5) | Beyenme(5)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018