Maraqlı tortlar

Maraqlı tortlar


Hər bir əlamətdar gündə - ad günlərində, bayramlarda, toylarda tort bişirilir. Bu gün təqdim edəcəyim tortlar isə qeyri-adi görünüşə malik olan, maraqlı tortlardır. Bu tortları təbii ki, hamı bişirə bilməz, amma sifariş etmək olar. İnanıram ki, bu tortlar kimə hədiyyə edilsə, çox maraqlı və yaddaqalan ola bilər. Dəniz səyahətini sevənlər üçün gözəl tort ola bilər. Çox dadlı görünür. Bu da gözəldir. Əsasən xüsüsi əlamətdar günlərdə çox yerinə düşər. Şirin görünür. Şirin balalarımızın ad günlərində onları sevindirəcək ən gözəl hədiyyə olar. Maraqlı mücrüdür. Hər hansı xoş gündə bu tortu birinə hədiyyə etsəniz, məncə, çox sevindirici olar. Bu tort isə tənbəllər üçündür. Gözəl görünür, həm də çox maraqlıdır. Bu tort balacalar üçün həm maraqlı, həm də dadlı olacaq. Onları sevindirməyə dəyər. Üstündə gözəl qadın şəkli olan tortlar isə analarımız üçün ən gözəl həm bayram, həm də ad günü hədiyyəsidir. Maraqlı imarət. Bu tort içində yaşamaq üçün deyil yemək üçündür.Həm maraqlı həm də qeyri-adi. Bu isə əsl toy tortudur. Gəlin bəyi aparır. Əziz xanımlar, İNŞALLAH bəyənərsiniz. ALLAH hamımızın köməyi olsun!
Cəmi 1117 nəfər oxuyub
Bəyənən (197) | Bəyənməyən (203)
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023