Hamının sevimlisi

Hamının sevimlisi


Əvvəlki xəbərimdə “Maşa və ayı” cizgi filminin necə yaranmasından yazmışdım. Bu dəfə isə Maşa və ayının həyatından, tanışlığından yazıram. Gələn şərhlərinizdən məlum oldu ki, Maşanı doğrudan da hamı sevir. Bu dəcəl qızın böyük enerjisi əksər ölkələrə səs salıb. Yəni Rusiyada, Azərbaycanda, Ukraniyada, İseçrədə, Moldovada və s. dövlətlərdə izlənilir.“Maşa”dan bütün meşə heyvanları qorxur. Eyni zamanda onlarla dostlaşmağı da sevir. Maşanın valideynləri haqqında heç bir məlumat yoxdur. Maşa dəmiryolu stansiyasında yaşayır. Valideyinləri şəhərə işə gedirlər və Maşaya meşədə oynamağa icazə verirlər. Və beləliklə ayı ilə dostluğu başlayır. Maşa çox tərsdir, hər şeylə maraqlanandır. Bütün seriyalarda əynində don və başında şalı ilə daha maraqlı görünür.Sakit həyat tərzi keçirən ayının həyatına rəng qatır. Ayı keçmiş əhliləşdirilmiş sirk ayısıdır. Hər şeylə maraqlanan Maşanın dostudur.Ayının evində bütün müasir kommunikasiyalar - elektrik avadanlıqları, telefon, poçt qutusu var. Ayı üçün meşədə həyat çox sakitdir. Ayı balıq tutmağı, arı saxlamağı, giləmeyvə və göbələk yığmağı çox sevir. Velosiped sürməyi, rolik və konkidə də hərəkət etməyi çox xoşlayır. Ayının Maşa ilə dostluğu çoxlu ekstremal macəralarla yadda qalıb.Ayı keçmişdəki kimi yaşaya bilməz, o başa düşür ki, Maşa onun sakit həyatına başqa bir rəng qatır.O, Maşasız darıxır. Maşa demək olar ki, ayının başına oyun açır. Maşa həm də qısqancdır. Bu dəcəl qızcığazda nə qədər enerji var? Ayının evinin divarlarında keçmiş artislik həyatından qalma təltifləri və elanları asılıb. Maşanı tufana bənzətmək olar. Ayının sakit həyatını bu balaca qızcığaz pozur.Onun bu dəcəl hərəkətləri cizgi filmini çox aktuallaşdırır. Onun bütün
[1] 2 >>
Cəmi 1145 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 274 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024