Dünyada ən qiymətli şey vaxtdır | Qarışıq Məqalələr
Geniş Kitabxana
Dünyada ən qiymətli şey vaxtdır
"Zaman çapır öz atını!" Səməd Vurğun. Zaman dedikdə nəyi nəzərdə tuturuq?İnsan üçün ən zəruri olan anlayışlardan biri də zamandır. Biz deyirik: "Bu, dünən baş vermişdir, o sabah olacaq". Hadisələrin ardıcıllığı, onların əvəzlənməsi, bizim üçün zamanda əks olunur. Zaman-hər şeyi çəkib aparan axındır.İ.Hötenin "Faust" faciəsində "Dayan, ey anım, sən gözəlsən!" - deyə çağıran qəhrəman kimi, digər insanlar da zamanın axarını kəsmək, onu saxlamaq, arxaya döndərmək gücündə deyillər. Bizim dünyamızda zaman dönməz, birölçülü olub, keçmişdən gələcəyə doğru istiqamətlənmişdir. Lakin çox inanamaq istəyirsən ki, Kainatda dünyalar var ki, orada zaman bizdəki kimi axmır. Zamanın dönməzliyi problemi müxtəlif dövr mütəfəkkirlərini maraqlandıran ciddi məsələdir. Məsələn, qədim yunan filosofu Fales demişdir: "Zaman hər şeydən müdrikdir, çünki o hər şeyi aşkarlayır". Həqiqətən də biz zamanla yalan və yanlışlığı aydınlaşdırır, maskalar arxasında gizlənmiş rəzalət və şöhrət düşkünlüyünü dərk edirik. Bütün sirrlər gec-tez aydınlaşır. Zaman dostluğu, etibarı, həqiqəti, sadiqliyi sınaqdan keçirir, itkilərin yarasını sağaldır. Tez-tez belə sözlər işlədirik: " Hər şeyin zamana ehtiyacı var".Zaman biristiqamətli, dönməz bir varlıqdır. Zaman bir daha təkraralanmır. Lakin biristiqamətli zaman daxilində hadisələr təkrarlana bilər. Ona görə də Nizami yazır:Ən uca nöqtəni aşarsa bir xətt,Öz əski halına meyl edər, fəqət.Fikir nə zaman ki, son xəttə çatar,Dayana bilməyib geri qayıdar.Təkrar dolansa da öz dövrəsinə.Birinci nöqtədə dayanar yenə. Zaman ölçüsü. Təqvim.İlk təqvimlər uzaq keçmişdə meydana gəlmişdir. Onların vətəni qədim iki çayarası (Mesopotamiya) və Misirdir. Əvvəlki təqvimlər yöndəmsiz və təqribi idi. Çünki yaddaş və müşahidələr təbiət hadisələri əsasında qurulmuşdu.İlk təqvim Ay təqvimi olmuşdur. O, Günəş sutkasından daha böyük zaman kəsiklərini ölçməyə imkan verirdi. Başqa sözlə, yəni Aydan o biri yeni Ayın başlanmasınadək bir ay vaxt ölçmək - "otuz günəş" ölçməkdən daha asan idi. Qədim Şumer ölkəsində kahinlərin astronomik müşahidələri nəticəsində ilk Ay təqvimi yarandı. Bu təqvim üzrə ilin uzunluğu 354 gündür. Çatışmayan 11 gün ilin sonunda 13-cü ay kimi əlavə olunurdu. Bu təqvim çox mürəkkəb idi. Çünki təkcə Günəş və Ay hərəkətlərinə əsaslanmırdı. Başqa planetlərin hərəkəti haqqında bilikləri də əks etdirirdi. Şumer kahinlərinə beş planetin adı məlum idi. Ona görə də həftənin beş günü bu planetlərin adı ilə adlanırdı. Bir çox xalqların dillərində həftənin günlərini ifadə edən qədim planet adları indiyədək qalmaqdadaır. Qədim yunanalar və romalılar Ay təqvimindən istifadə etsələr də onlarda həftə yox idi. Çox sonralar onlar bunu şumerlərdən öyrənmişdilər.Şumerlərin Şabatı romalılırda Saturna çevrilmişdi. Bu planet iş görmək üçün yaxşı əlmət hesab olunmadığından romalılar şənbə günü istirahət edirdilər. İlk Günəş təqvimini Misir kahinləri tərtib etmişdilər. Bu təqviminə əsasən il 365 gün, hər dörd ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə və 12 aya bölünmüşdü. Təqvimdə artıq qalan 4 günü isə misirlilər bayramlar keçirərdilər. Ayin Yer, Yerinsə Günəş ətrafında dolanma vaxtı tam ədədlə ifadə olunmadığından təqvimlərdə həmişə dolaşıqlıq olurdu. Romada Qay Yuli Sezarın əmri ilə Yuli təqvimi adlanan təqvim tərtib olundu. Bu təqvim Misir təqvimi əsasında tərtib olunmuşdu. 1582-ci ilədə isə Roma papası XIII Qriqori tərəfindən Qriqori təqvimi tərtib edildi. İndi ilin ümümi uzunluğu Yerin Günəş ətrafında dolanma müddətinə daha dəqiq uyğunlaşdırılıb. Dörd ildən bir uzun ilin tətbiqi yanlışlığı aradan qaldırır. İlin başlanğıc tarixi isə şərtidir. Bu şərtilik bəzi adamlarda çaşqınlıq yaradır. Çoxları bilmir ki, niyə 2000-ci il üçüncü minilliyin başlanğıcı olmalıdı. Çünki onlar hər şeyin başlanğıcını sıfırdan götürməyə meyillidirlər. Biz indi təqvimdə öz dəqiqliyimizlə öyünürük. Ancaq qədim şumerlər Ayın dolanma dövrünü yarım saniyə dəqiqliklə hesablamışlar. Mayya kahinləri isə Günəş ilinin uzunluğunu heyratamiz dəqiqliklə müəyyən etmişdilər. Onlar yalnız 18 saniyə xətaya yol vermişdilər. Təqvim bizim gündəlik həyatımızdır. Bu təqvim vasitəsilə günlərin, həftələrin, ayların və illərin bir-birini əvəzləməsini izləyə bilirik. Təqvimə nəzər salsaq, orada qırmızı rənglə verilən günləri görə bilərik. Təqvimdə qırmızı rənglə verilən günlər bizim dövlətçilik və milli-mənəvi dəyərlərimizdən irəli gələn bayramlar və istirahət günləridir. Bayramlar xalqımızın və dövlətimizin taleyində çox böyük rol oynamış hadisələri göstərir. Məsələn: 28 may - Respublika günü, 15 iyun - Qurtuluş günü, 26 iyun - Milli Ordu günü, 20-21 mart - Novruz bayramı və s.Lakin elə günlər də vardır ki, onlar təqvimdə qara çərçivəyə alınmışdır. Bu 20 yanvar günüdür. Həmin gün dünyada özünü "sülhün carçısı" elan etmiş bir dövlətin ordusu Bakı şəhərinə təcavüz etmiş, öz vətəndaşlarına misilsiz qəddarlıqla divan tutmuşdur.
Cemi 9 nefer oxuyub
Beyen(3) | Beyenme(2)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018