Dünyada ən qiymətli şey vaxtdır

Dünyada ən qiymətli şey vaxtdır


"Zaman çapır öz atını!" Səməd Vurğun. Zaman dedikdə nəyi nəzərdə tuturuq?İnsan üçün ən zəruri olan anlayışlardan biri də zamandır. Biz deyirik: "Bu, dünən baş vermişdir, o sabah olacaq". Hadisələrin ardıcıllığı, onların əvəzlənməsi, bizim üçün zamanda əks olunur. Zaman-hər şeyi çəkib aparan axındır.İ.Hötenin "Faust" faciəsində "Dayan, ey anım, sən gözəlsən!" - deyə çağıran qəhrəman kimi, digər insanlar da zamanın axarını kəsmək, onu saxlamaq, arxaya döndərmək gücündə deyillər. Bizim dünyamızda zaman dönməz, birölçülü olub, keçmişdən gələcəyə doğru istiqamətlənmişdir. Lakin çox inanamaq istəyirsən ki, Kainatda dünyalar var ki, orada zaman bizdəki kimi axmır. Zamanın dönməzliyi problemi müxtəlif dövr mütəfəkkirlərini maraqlandıran ciddi məsələdir. Məsələn, qədim yunan filosofu Fales demişdir: "Zaman hər şeydən müdrikdir, çünki o hər şeyi aşkarlayır". Həqiqətən də biz zamanla yalan və yanlışlığı aydınlaşdırır, maskalar arxasında gizlənmiş rəzalət və şöhrət düşkünlüyünü dərk edirik. Bütün sirrlər gec-tez aydınlaşır. Zaman dostluğu, etibarı, həqiqəti, sadiqliyi sınaqdan keçirir, itkilərin yarasını sağaldır. Tez-tez belə sözlər işlədirik: " Hər şeyin zamana ehtiyacı var".Zaman biristiqamətli, dönməz bir varlıqdır. Zaman bir daha təkraralanmır. Lakin biristiqamətli zaman daxilində hadisələr təkrarlana bilər. Ona görə də Nizami yazır:Ən uca nöqtəni aşarsa bir xətt,Öz əski halına meyl edər, fəqət.Fikir nə zaman ki, son xəttə çatar,Dayana bilməyib geri qayıdar.Təkrar dolansa da öz dövrəsinə.Birinci nöqtədə dayanar yenə. Zaman ölçüsü. Təqvim.İlk təqvimlər uzaq keçmişdə meydana gəlmişdir. Onların vətəni qədim iki çayarası (Mesopotamiya) və Misirdir. Əvvəlki təqvimlər yöndəmsiz və təqribi idi. Çünki yaddaş və
[1] 2 3 >>
Cəmi 1149 nəfər oxuyub
Bəyənən (227) | Bəyənməyən (185)
Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024