Musiqi terapiyası

Musiqi terapiyası


Kainatda hər şey titrəyir. Dalğa hərəkətlərini ortaya çıxaran titrəşmələrin hər biri səs dalğaları yaradır. Səs dalğalarının ritmik naxışları musiqi əmələ gətirir. Bu baxımdan varlıqların fəaliyyətləri əsnasında çıxardığı səs titrəyişləri bir musiqidir. Musiqi yalnız insana xas deyil. Hər varlıq musiqisi ilə birlikdə yaradılır. Quş, su və külək səsləri insanlara sakitləşdirici təsir göstərir. Duyğuları və qəlbi oxşayan musiqi növlərindən əsrlərdən bəri müalicədə istifadə edilir. Bu istiqamətdə aparılan bir çox araşdırma həkim və musiqiçilərin depressiyadan tutmuş xərçəngə, yüksək təzyiqdən tutmuş xroniki ağrılara, ağıl xəstəliklərinə, miqrendən narkotik maddə asılılığına qədər geniş bir sahədə müalicə məqsədiylə musiqidən istifadə etdiklərini deyirlər. Musiqinin psixoloji narahatlıqlara müalicəedici təsiri ilk dövrlərdən bu yana bilinən bir üsuldur. Enerjinin formaları vardır - istilik, işıq, səs, maddə, virtual reallıq və ruhi reallıq. Görə bilmədiyimiz, amma hiss etdiyimiz, bəzən də hiss etmədiyimiz enerji lentləri öz dalğaları boyu beynimizə daxil olur. Müvafiq duyğu orqanı tərəfindən elektrik enerjisinə çevrilir. İnsan beynində "musiqini təqdir qabiliyyəti" olduğu körpələr üzərində aparılan təcrübələrlə təsdiqlənmişdir. Musiqini beyində xoşbəxtlik, sevinc, kədər, hirs, nifrət kimi hissləri tezləşdirən bir enerji lenti kimi təyin etmək doğru olar. 1977-ci ildə Amerikada musiqi ilə müalicə elm sahəsi kimi qəbul edilmişdir. Musiqi terapiyasından psixiatrik xəstəliklərdə 1950-ci illərdən bu yana istifadə edilir. Qərb dünyası da 20-ci əsrin ortalarında kəşf etdiyi musiq ilə müalicəni alternativ müalicə üsulu deyil, ənənəvi tibbə uyğun və elmi müalicə üsulu olaraq qəbul etmişdir. Bu gün Qərbdə xəstəxana, klinika, məktəb,
[1] 2 >>
Cəmi 1165 nəfər oxuyub
Bəyənən (246) | Bəyənməyən (209)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024