Nihat Hatiboğlunun həyatı

Nihat Hatiboğlunun həyatı


Nihat Hatipoğlu 1955-ci ildə Diyarbəkirdə anadan olub.Diyarbəkir, Sirt və Malatyada ibtidai təhsilini alıb.1975-ci ildə İmam-Xətib Liseyini bitirib.1981-ci ildəAnkara Universiteti İlahiyyət Fakültəsini qurtarıb. 1985-1987-ci illər arasında Misirdə ərəbcə təhsil alıb. İmam-Xətib, Quran Kursları Müdirliyivəzifələrində çalışıb.Hal-hazırdaDiniİşlərBaşçılığı Din İşləri Ali təşkilatı Mütəxəssisivəzifəsində çalışır. Bir çox kanal və radiolardadini proqramları hazırlayıb, təqdim edib. Qırxa yaxın kaset, CD, VCD-i var. Ölkədən xaricdə də ardıcıl olaraq konfranslar aparır.Yazı və məqalələri dini jurnal,islami Araşdırmalarvə buna oxşar jurnallarda nəşr olunub. Hatipoğlu evli və üç uşaq atasıdır. Dosent Dr.Nihat Hatipoğlunun izahı ilə atasıHeydər Hatipoğlu: Atam, Rəsulullah (s.a.v)-ın qonşusu olub...23 may 1995-ci ildə gecə yarısı biz Esenboğa aerodroma gələcək təyyarəni gözləyərkən Mədinetür - Rəsula zəng edən diş həkimi qardaşım Fateh titrək səsiylə belə dedi: "Biz atamızı kürəkən etdik. Aşiqi Məşuqa, Rəsulullaha təslim etdik. Cənnətül Baki qəbiristanlığındaqonaq edəcəyik." Mən o anda əlimizdən nəyin getdiyini çox yaxşı bilirdim.1987-ci ildə Misirə gələndə Əzhər üləmasının: "Sizin kimi bir alimin Türkiyədə ola biləcəyini düşünə bilməzdik" dedikləri Heydər Hatipoğlu müəllimimin - atamın getdiyini anladım.Hədis, təfsir, fiqh, fəraiz, bədii, Məani, bəyan, nəhayət, bütün dini sahələrdə hüccət olan bir alimin torpağa gedəcəyini bilirdim. O, həmişə Mədinəliydi.Yatarkən, yemək yeyərkən, oturarkən, kitab oxuyarkən həmişə Ravzadaydı. Allah da şahiddir ki Hz. Məhəmməd (s.a.s) adını istifadə etdiyi hər səfərində boğazı düyümlənirdi. Əfəndimizin adını rahat istifadə edəndə mütləq ağlayardı.Gecə yarıları qalxar, təhəccüt namazı qılardı.
[1] 2 3...5 >>
Cəmi 1210 nəfər oxuyub
Bəyənən (217) | Bəyənməyən (207)
Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024