Louis Vuitton kimdir? | Qarışıq Məqalələr
Geniş Kitabxana
Louis Vuitton kimdir?
Louis Vuitton 4 Avqust 1821-ci ildə Fransanın şərqində yerləşən Anchay adlı kiçik bir kənddə doğulmuşdur. Atası əkinçi, anası dərzi olan Fransız stilist anasını hələ 10 yaşında olarkən itirir. Anasının vəfatından sonra atası yenidən evlənir. Ancaq evə yeni gələn ögey ana olduqca sərt və xain bir qadın olur. Əzmli və inadçı şəxsiyyətiylə daha kiçik yaşda diqqət çəkən fransız stilist ögey anasıyla aralarındakı söz-söhbəttən bezərək 14 yaşında tək başına evi tərk edir və Parisə doğru gedir. Bu səfər əsnasında qarın doyuracaq işlərdə işləyir və harada bir sığınacaq tapsa orada da qalırdır. İki il müddətində təxminən 470 km yol qət edərək sonda 1837-ci ildə xəyallarının şəhəri olan Parisə çatır. Parisə gələndə XIX əsrdə Avropada olduqca prestijli bir iş sahəsi olan sandıq istehsalı və qablaşdırma sektorundakı ən məşhur fabriklərdən Monsieur Marechalda şagird olaraq işə başlayır. Vuittonun Parisə gəlişindən təxminən 17 il sonra 1852-ci ildə Napoleon BonapartınIIINapoleon adıyla Fransa İmperatoru olaraq taxta keçməsi Vuittonun həyatında bir dönüş nöqtəsi yaradır.IIINapoleonun həyat yoldaşı ispan Kontes Eugenie də Montijo Luois Vuittonu şəxsi sandıq emalatçısı olaraq saraya alır. Bundan belə Vuitton kral ailəsinə xidmət edəcəkdir. Onu bu yolda tək qoymayan həyat yoldaşı da ona əlindən gələn köməliyi əsirgəmir. Vuitton irəlidə beynəlxalq moda tarixinə damğasını vuracaq olan Louis Vuitton Malletier moda evini isə 1854-cü ildə Parisdə açır. 1858-ci ildə su keçirməyən, boz rəngdəki Trianon kətandan, daşımağı asan olan yüngül və düz formalı sandığı icad edir. O dövrdə çemodan olaraq da istifadə edilən sandıqlar Vuittonun bu icadından sonra daha asan aparıla bilən bir hala gəlmişdir və bu zaman dövrün digər sandıq emalatçıları tərəfindən təqlid edilməyə başlamışdır. Bu məhsulun təqlid edilməsindən xoşlanmayan Vuitton boz Trianon naxışını bej və qəhvəyi xətlərdən ibarət olan naxışla dəyişdirir. 1885-ci ildə Londonda Oxford Streetdə açdığı mağazanın dərhal ardından təqlidçilərə maneə törətmək üçün başqa bir fikirlə "marque L. Vuitton déposée" (L. Vuitton qeydə alınmış ticarət nişanıdır) logolu Damier kətan naxışını çıxarmağa başlayır. Ancaq bu logo da günümüzə qədər LV markasının çatmasına əngəl olmayacaqdır. 1892-cii ildə günümüzün ən trend markasının qurucusu Louis Vuitton həyata vida deyir. Louis Vuittonun ölümündən sonra şirkət rəhbərliyi Louis Vuittonun oğlu Georges Vuittona keçmişdir. Atasının ölümünün ardından Georges Vuitton LV markasını dünyaya tanıtmağı hədəf tutaraq 1893-cü ildə Chicago Worlds Fair LV məhsullarını sərgiyə qoymuşdur. Aradan 3 il keçdikdən sonra isə şirkət LV simvolu və dörd yarpaqlı çiçək naxışlı Monogram kətan bazara təqdim etmişdir. Hal-hazırda da hələ sevilərək istifadə edilən LV çemodan, çanta və pulqabılarında tez-tez rast gəlinən bu naxış Yapon və Şərq mədəniyyətindən qaynaqlanmışdı. 1901-ci ildə şirkət Louis Vuitton çemodanlarının içinə yerləşdirmək üçün daha kiçik bir çantanı "steamer bag" olaraq bazara təqdim etmişdir. Parisin məşhur Champs-Elysees küçəsində böyük Louis Vuitton mağazası dövrünün ən geniş səyahət məhsulları mağazası olaraq 1913-ci ildə açılır. Bu böyük mağazadan Nyu York, Bombey, Vaşinqton, London, İsgəndəriyə və Buenos Ayresdə da istifadəyə verildi. Daha sonrakı illərdə, indiki vaxtda da gündəlik həyatımızda və hətta məşhur ulduzlarda da gördüyümüz fərqli çanta modellərinin istehsalı başlayır. Tədricən dəri bütün LV məhsullarında istifadə edilir. 1970-ci illərin sonlarına doğru Yaponiyada açılan LV mağazası ilə Asiya Bölgəsində də məşhur bir marka olaraq irəliləyir. Daha sonra növbəylə Tayvan və Cənubi Koreyada açılan mağazalar LV markasının bu bölgədəki məşhurluğunu artırmışdır. 1987-ci ildə şampan və konyak istehsalçısı olan Moet et Chandon və Hennessyin LV ilə birləşməsiylə lüks məhsulların firması olaraq tanınan LVMH qurular. Beləcə şirkət çox istiqamətli olaraq öz yolunda böyük bir addım atır.1997-ci ildə dünyanın ən məşhur moda dizayneri Marc Jacobs Louis Vuittonun "Artistic Director"u olur. Beləcə şirkət tarixində ilk dəfə geyim məhsulları hazırlanmağa başlayır. Marc Jacobs Louis Vuitton kolleksiyası üçün amerikalı rəssam Richard Prince, Kanye West, Yapon sənətçi Takashi Murakami və amerikalı məşhur stilist Stephen Sprouse kimi bir çox məşhur insanlarla birlikdə işləmişdir. Marc Jacobsun yuxarıda adlarını saydığımız müvəffəqiyyətli sənətçi və stilistlərlə olan işləri LV markasını tam fərqli bir ölçüdə inkişaf etdirərək bu günümüzə qədər gətirmişdir. Bu fərqli işlər arasında saat dizaynları və aksessuarlar böyük yer tutur. 2001-ci ildə də Marc Jacobsun Stephen Sprouse ilə birlikdə hazırladığı və "Louis Vuitton" adının yazıldığı çantalar məhdud sayda satışa çıxarılmışdır. LV naxışlı çantalar indiyə qədər istifadə edilən ən məhşur çantalardandır. Xüsusilə Madonna, Paris Hilton kimi məşhurlar bu məhdud saydakı çantalara böyük maraq göstərmişdir. Daha sonra Takashi Murakami və Marc Jacobsun birlikdə hazırladıqları "Cherry Blossom" naxışı indiyə qədər ciddi LV naxışlarına daha gözəl bir rənq qatmışdır. 2007-ci ildə "Marc Jacobs and Louise Vuitton" adlı bir sənədli film də çəkilmişdir. LV markasının hər sahədə ən trend markalardan biri olduğunu 2010-ci ildə Cənubi Afrikada təşkil edilən FİFA Dünya Kuboku finalında da təkrar görmüşdük. 2010-cu il Dünya Kubokunu alan, 2006-cı ildə dünya çempionu olan İtaliya milli komandasının kapitanı Fabio Caanavaro tərəfindən səhnəyə xüsusi dizayn LV qutusunda gətirilmişdir.
Cemi 60 nefer oxuyub
Beyen(14) | Beyenme(12)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018