Tovuz quşu haqda nə bilirsiniz? | Qarışıq Məqalələr
Geniş Kitabxana
Tovuz quşu haqda nə bilirsiniz?
Tovuz quşları çox köhnə tarixlərdən günümüzə qədər bütün insanların sevimlisi olmuşdur.Həyatımızın bir çox dövrlərində bəzi hekayə və mövzularda adı keçib gözəlliyindən bəhs edilmişdir. Tovuz quşlarını bu qədər maraqlı və məşhur edən gövdəsindəki və uzun quyruğundakı parlaq göz oxşayan rənglərdir. Bu möhtəşəm rənglər hər kəsin böyük marağımı qazanmışdır. Bu möcüzəvi quşların ana vətəni Hindistandır. Ən çox tanınanımavi tovuz quşlarıdır. Həyat sahələri meşələr və bol yemək tapa biləcəkləri əkili sahələrdir. Dişi və erkəklərinsəsləri bir az fərqli olur, olduqca da qışqırıq şəkildədir. Ev mühitində də bəslənə bilən bu quşlara rahatlıqla gəzə biləcəyi böyüklükdə hin hazırlanaraq baxıla bilər. Xüsusilə bağçası olan evlər və ya yetkin erkəklərinquyruqlarını açanda qırılmayacağı şəkildə böyük hinlərin olması vacibdir. Tovuz quşlarının dişiləri 2 yaşlarında yumurta qoymağa başlayır və erkəkləridə 2 yaşında cinsi yetkinliyəçatır. Erkeklerin quyruğunun uzanması 2-3 ilə çəkir. Bu rəngarəng quşları hinlərinə alışdırıb bağça və ya ətrafa da sala bilərsiniz. Ancaq bağçanızdaəkili olan çiçəklər, bitkilər və ya tərəvəz varsa, bunlara zərər verə bilərlər. Baxımı olduqca asan olan bu quşlara buğdavə qarğıdalıkimi müxtəlif qarışıq yemlər verilə bilər, hətta bol-bol göyərti də verə bilərsiniz. Tovuz quşları necə törəyir? Tovuz quşlarının artma vaxtı aprel və avqust ayları arasındadır. Dişilər 15-20 ədədarasında yumurta qoyurlar. Yumurtalarını götürmədiyiniz zaman çox vaxtözləri kürt yatırlar. Hinlərinə yerdən 1.5 metr yüksəklikdəxüsusi yerlərdüzəldilmelidir. Burdarahat yumurtlayacağı alt tərəfi saman doluyuvalarlamöhkəm bir şəkildə yerləşdirilməlidir. Bu möhtəşəm quşların kürt yatma müddəti 28 gündür. Ağ tovuz quşu gördünüzmü? Tarixdən günümüzə qədər araşdırma mövzularında həmişəözyerini alantovuz quşu növləri var:ağ tovuzquşu, mavi tovuz quşu, qara qanadlı tovuz quşu və parçalı tovuz quşu. Ağ tovuz quşlarınınquyruğu və bədəni ağdır. 2 yaşlarında cinsi yetkinliyəbaşlayır. 8-15 ədəd yumurtalayırlarvə kürt müddəti 28 gündür. Mavi tovuz quşuna verilən yemlər ağ tovuz quşuna da veriləbilər. Qara qanadlı tovuz quşları Adından da aydın olduğu kimi qanadları qara və parlaq yaşıl rəngdə olur, dişilərində isə açıq qəhvə və krem rəngindədir. Bala vermə yaşında olur. Aprel-may aylarında yumurtlamağa başlayırlar. Yumurtalar 8-16 ədəd olub kürt müddəti 28 gündür. Baxımı və bəslənməsi digər tovuz quşları kimidir. Mavi-ağ parçalı tovuz quşları Bu cinsin dişi vəerkəyindəmavi, ağ və qəhvə rəngləri bədənin hər bölgəsinə yayılıb. Artırma 2 yaşlarında olub aprel və ya may aylarında yumurtlamağa başlayırlar və illik yumurta qoymaları 8-16 ədəddir. Yenə kürt müddəti 28 gün olub baxımı və qidalanması digər tovuz quşları kimi eynidir.
Cemi 7 nefer oxuyub
Beyen(2) | Beyenme(2)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018