Andaluzit | Qarışıq Məqalələr
Geniş Kitabxana
Andaluzit
Aliminium silikatı olan bu mineral tünd yaşıl, qırmızı, narıncı, sarımtıl, boz və qonur rənglərdə olur. O həm də qeyri-adi qiymətli daşlardan sayılır. Çünki, andaluzit optik pleoxroizm effektinə malikdir, yəni işığın düşməsindən və şüanın sınmasından asılı olaraq, öz rəngini dəyişir. Nadir hallarda şəffaf andaluzitlər də tapılır. Andaluzitin xiastolit növünün qəribə xüsusiyyətləri də var. Bu mineral cilalandıqdan sonra onun səthində xaçı xatırladan şəkil görünür.Buna görə də xaçpərəst din xadimləri onu çox sevirlər. Litoterapevt həkimlər andaluziti ürək-damar sisteminin işini stimullaşdıran, psixoloji və sinir pozuntularını sağaldan, bronxial və ağciyər xəstəliklərindən qoruyan mineral hesab edirlər. Bundan başqa, andaluzit insan orqanizminə ümmunmöhkəmləndirici təsir göstərərək onun müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Mineralın sehr, cazibə xüsusiyyətlərinə gəlincə, demək lazımdır ki, andaluzit kifayət qədər mistik daşdır. Belə hesab edilir ki, andaluzit yalnız saf niyyətli insanlara kömək edir. O, belə insanlara müdriklik, mənəvi güc bəxş edir, hər hansı xoş niyyətləri həyata keçirməkdə onların köməyinə gəlir. Qədim zamanlarda kahinlər onun köməyi ilə tanrılara müraciət edər, bütün zamanların münəccimləri isə ilahi qüvvələr, dünyasını dəyişmiş insanların ruhları ilə daimi əlaqə yaratmaqdan ötrü andaluzit qaşlı zinət əşyası gəzdirərdilər. Lakin çox güman ki, bu daşa cəngavər-rahiblər daha çox meyl göstərirdilər. Bu mineral ilə bəzədilmiş xaç və üzükləri səyahətçilər, hərbçilər, kimyagərlər, filosof və öncəgörənlər də taxmağa başladılar. Orta əsrlərdə yaşamış böyük fransız münəccimi Nostradamus andaluzit qaşlı qoşa üzük taxarmış. Boynundan da eyni daşlı iri kulon taxarmış. Nostradamusun bu minerala etibarı və məhəbbəti o qədər imiş ki, daim əlində bu mineraldan təsbeh çevirərmiş. Bizim günlərin astroloqları da hesab edirlər ki, andaluzit öz sahibinə dərin sirlərdən agah olmaq, düşüncənin ən yüksək qatına yetmək imkanlarını bəxş etmək qabiliyətindədir. Bürcündən asılı olmayaraq bütün insanlar andaluzit qaşlı zinət əşyaları taxa bilərlər. Lakin yadda saxlamaq lazımdır ki, andaluzit onunla yüngül davranışa dözən deyil. Əgər siz andaluzitin imkanlarından kiməsə zərər yetirmək və ya maddi mənfəət əldə etmək üçün bəhrələnmək istəyirsinizsə, mineral sizin köməyinizə gəlməyəcək.
Cemi 59 nefer oxuyub
Beyen(13) | Beyenme(10)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018