Abraham Lilkolnun oğlunun müəlliminə yazdığı məktub | Qarışıq Məqalələr
Geniş Kitabxana
Abraham Lilkolnun oğlunun müəlliminə yazdığı məktub
Bilirəm ki, insanların hamısının dürüst və ədalətli olmadığını öyrənməlidir. Ancaq ona “hər alçağa qarşı bir qəhrəmanın və hər özünü düşünən siyasətçiyə qarşı özünü ətrafdakılara həsr etmiş lider olduğunu” da öyrət. Ona hər düşmənin əvəzində bir dost olduğunu da öyrət. Bilirəm ki, bu sənin vaxtını çox alacaq, ancaq öyrədə bilsən, qazanılan bir dolların tapılan beş dollardan daha da qiymətli olduğunu öyrət. Ona hər zaman uduza bilməyi və qələbəsi ilə sevinə bilməyi öyrət. Onu qısqanclıq hissindən kənarlaşdırmağa çalış. Əgər bacarsan ona səssiz çəkilən qəhqəhələrin sirrini öyrət. Qoy iri cüssəli adamların yalnız görünüşdə qalib olduqlarını uşaqkən öyrənsin. Öyrədə bilsən, ona kitabların möcüzələrini öyrət. Ancaq imkan ver ki, göydə uçan quşların, günəş şüaları altında uçuşan arıların və yaşıl yamacdakı çiçəklərin əbədi sirrini də düşünsün. Məktəbdə səhv etməyin hiyləyə əl atmaqdan qat-qat qürurlu olduğunu öyrət ona. Ona, hər kəs onun səhv olduğunu dediyi anda belə öz düşüncələrinə inanmağı öyrət. Ona yaxşı insanlara qarşı yaxşı, pis insanlara qarşı da pis olmağı öyrət. Hamı bir-birinin fikrini dəstəkləyib eyni axınla gedərkən oğluma o axının əksinə gedə biləcəyi gücü aşılamağa çalış. Ona bütün insanların fikrini diqqətlə dinləməyi, eşitdiklərini də doğru bir şəkildə təhlil etməyi və yalnız doğru olanları etməyi öyrət. Əgər bacarsan, ona kədərləndiyi zaman gülə bilməyi öyrət. Göz yaşlarında utanılacaq heç bir şeyin olmadığını öyrət ona. Ona güc və beynini baha qiymətə satmağı, amma ürək və ruhuna heç bir zaman qiymət qoymamağı öyrət. Ulayan insan toplusuna qarşı qulaqlarını bağlaya bilməyi, kar olmağı öyrət ona. Əgər özünü haqlı hesab edirsə, dik duraraq, əyilmədən dalaşmağı öyrət. Çünki dəmiri od saflaşdırar. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun və cəsur olacağı qədər də səbri olsun. Ona hər zaman nə olursa-olsun özünə inanmağı öyrət. Beləcə, insanlara qarşı da içində inam daşımış olacaq. Bu böyük bir tələbdir. Baxaq, görək, bunun nə qədərini həyata keçirə bilərsən. O necə də gözəl, necə də kiçik bir insandır. Oğlum... Bu da böyük liderin oğlunun tərbiyəçisindən etdiyi tələblər. Sizcə o nə dərəcədə doğru və ya yanlış düşünürdü? Ancaq təhlil etməzdən əvvəl yetişəcək olan oğlanın bir siyasətçi kimi yetişməli olduğunu da unutmayın.
Cemi 21 nefer oxuyub
Beyen(6) | Beyenme(5)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018