Çiçəklərə qulluq

Çiçəklərə qulluq


Çuha çiçəyi Çuha çiçəyi, çuha çiçəkkimilər (Primulaceae) ailəsindən Primula cinsini meydana gətirən bağça bəzək bitkiləri kimi istifadə edilən bitki növlərinin ortaq adıdır. Əhəmiyyətli olan başlıca növləri P. vulgaris və P. verisdir. Toxumlar May sonlarından İyul sonlarına qədər əkilir. Toxumların üzəri örtülməməlidir, yüngülcə basdırılmalıdır. 15-18 ° C (ən yaxşı 17 ° C) istilikdə becərilsə 14-20 gün sonra cücərmə reallaşar. Şitil oktyabrdan 4-6 həftə sonra (yəni cücərmədən 3-4 həftə sonra və ikinci gerçək yarpaqlar çıxdığı zaman) 5 sm. arayla əkilir. Toxumdan çiçəklənməyə qədər keçən müddət 20-28 həftə müdətindədir. Sentyabr-Oktyabr ayında əkilir. Əkin əsnasında bitkilər arasındakı məsafə 20 sm olmalıdır. 30-35 dərəcədə yetişdirlərsə qırmızı rəngli olurlar. 15-20 dərəcədə yetişsə ağ rəngli olurlar. İstiliyə bağlı olaraq Noyabrın ortalarından Maya qədər çiçəklənirlər. Saf halda cücərmənin meydana gəlməsində, ağac altında istifadə edilməyə və zoğlar meydana gətirməyə uyğundur. Ayrıca, daxili məkan bitkisi olaraq istifadə edilərkən geniş və qab içərisində eyvan və pəncərə bitkisi olaraq da qoyula bilir. Bağçalarda da istifadə edilə bilər. Becərilməsi üçün lazım olan normalar: İstilik norması: şitillər bir müddət də 15-18 ° C -də tutulduqdan sonra, çiçək tumurcuqlarının əmələ gəlməsi üçün istiliyin 5° C-dən (bəzi növlərində 0° C-dən) aşağı salınması lazımdır. Yaz boyunca mümkün qədər sərin yerdə saxlanılmalıdır. İşıq norması: Kölgə yerlərdə yaxşı inkişaf edirlər. Ancaq günəşli mühitlərdə da zərər görmədən saxlanıla bilirlər. Torpaq norması: torf (və ya yarpaq çürüntüsü) ilə zənginləşdirilmiş yüngül quruluşlu torpaq qarışımlarında yetişdirilir. Su norması: yetişdirilərkən torpaq nəmli
[1] 2 3 >>
Cəmi 1169 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023