Dahi bəstəkarlarımız - I hissə | Qarışıq Məqalələr
Geniş Kitabxana
Dahi bəstəkarlarımız - I hissə
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 31-mart 1861-ci ildə Şuşada anadan olmuşdur. Xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti olub, yaddaşlara həkk olan sənətkarlardan biridir. Əzəmətli səsi ilə "Segah" , "Heyratı", "Şahnaz", "Qatar"-a möhür vurmuşdur. Bəzi xanəndələr bunları Cabbar Qaryağdı oğlundan sonra oxumağa cəhd etməmişdir. Ədəbiyyatı dərindən bilən bu xanəndə daima deyərmiş: "Əruzu bilməsən xanəndə ola bilməzsən, cəhd et ədəbiyyatı dərindən öyrən, yoxsa xanəndə olmaq çətindir". O dövrün ən savadlı, adlı-sanlı xanəndələri məhz Cabbar Qaryağdı oğlunun yetirməsi olmuşlar. 20-aprel 1944-cü il Bakıda vəfat etmişdir. Bu gün də Cabbar Qaryağdıoğlu unudulmayıb, xalqımız onu böyük məhəbbətlə xatırlayır. Azərbaycan profissional musiqisinin və milli operasının banisi Üzeyr Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Ağcəbədirayonunda anadan olub. O, Şərqdə ilk opera bəstəçisi, professor, Milli Elmlər Akademiyasının akademiki olub. SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun deroktoru olmuşdur.Bir çox bəstələrin müəllifi olan Hacıbəyov "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" "Əsli və Kərəm", "Harun və Leyla", "Koroğlu" operalarının müəllifi olmuşdur. "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da Üzeyr Hacıbəyov yaradıcılığındandır. Bu günümüzdə övladlarımıza fəxrlə, qururla öytətdiyimiz Azərbaycan himninin müsiqisi də məhz Üzeyr Hacıbəyovundur. O, 1948-ci il, 23 Noyabrda haqq dünyasına qovuşmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakıda dünyaya gəlmişdir. Hələ uşaqlıqdan musiqi istedadı olub və musiqi məktəbinin fortepiano sinfində oxuyur. 1938-ci ildə dahi bəstəkar Üzeyr Hacıbəyovun təşəbbüsü ilə Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Bəstəkarlığı ilə şöhrət qazanmış, hamı tərəfindən sevilən seçilən bir insan olmuşdur. Tofiq Quliyevin bəstələdiyi mahnıları bu gününmüzdə də dinlənilməkdədir. İki Qırmızı Əmək Bayrağı Ordeni və Şərəf Nişanı Ordeni ilə təltif edilmişdir. Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. O bir çox kinofilmlərə musiqi, çoxlu sayda lirik mahnılar bəstələmişdir. Onlardan "Sənə də qalmaz", "Axşam görüşlərinə", "Bəxtəvər oldum ", "Sevgilim" mahnılarının müəllifidir. "Ögey ana", "Qızmar Günəş altında", "Nəsimi", "Telefonçu qız"- bu kinoların musiqiləri də məhz Tofiq Quliyevə aiddir. O, həm də bir neçə operattonun müəllifidir. 4 oktyabr 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ələkbər Tağıyev 1922-ci ildə Gəncə şəhərində, əkinçi ailəsində dünyaya gəlmişdir. Hələ uşaqlıqdan müsiqiyə böyük həvəsi olan Tağıyev hüqüqşünas olub, 34-il prokruorluq orqanlarında çalışıb. Sənətini sevdiyi üçün, düzgün obyektiv insan olduğu üçün O, insanlar arasında böyük hörmət qazanmışdır. İstər iş yoldaşları, istər insanlar ona böyük rəğbət bəsləyirdilər. Elə bütün bunlara rəğmən Ələkbər Tağıyev işlədiyi müddətdə çoxsaylı Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Onun musiqiyə olan həvəsi onu mahnı bəstələməyə məcbur edir. Bu günə qədər sevilərək dinlədiyimiz mahnıların müəllifi Ələkbər Tağıyevdir. Onlardan "Sən gəlməz oldun", "Qonşu qızı", "Gözləyəcəyəm", "Ay ellər" və. s adlarını sadalamaq olar. Ələkbər Tağıyevin ilk mahnılarını Zeynəb Xanlarova daha çox oxumuşdur. Onun "Sən gəlməz oldun" adlı mahnısını mənfur düşmənlər öz adlarına çıxır bu gün, lakin buna sübut gərək deyil. sözləri Mədinə Gülgünün, musiqisi Ələkbər Tağıyevin olan bu mahnı bizimdir, bizim olaraq da qalacaq. Elza İmadəddin qızı İbrahimova 1 Yanvar 1938-ci ildə Hacıqabulda dünyaya gəlib. Uşaq vaxtlarından musiqiyə böyük marağı olub və valideynləri onun bu marağına böyük dəyər veriblər. Beləliklə, onu musiqi məktəbinə qoyublar. Elza xanım musiqinin dərinliklərinə yiyələnmək üçün Azərbaycan Dövlər Konservatoriyasına qədər gedir. Bu gün sevə-sevə dinlədiyimiz mahnıların müəllifi bu gözəl xanımdır. Onun mahnılarına dəyər verərək ifa edən muğənnilərimizdən Rəşid Behbudovu, Gülağa Məmmədovu, Akif İslamzadəni, İslam Rzayevi və.s nümunə göstərmək olar. Elza İbrahimova Azərbaycanın incəsənət xadimi, Azərbaycanın və Dağıstanın xalq artisti olmuşdur. 11 fevral 2012-ci ildə vəfat etmişdir. Bakıda 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Cemi 61 nefer oxuyub
Beyen(15) | Beyenme(12)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018