Osmanlı sarayının gözəllik sirləri | Qarışıq Məqalələr
Geniş Kitabxana
Osmanlı sarayının gözəllik sirləri
Professor Dr. Aytən Altındaş, Osmanlı tibbinin və gözəllik sirlərinin bir çox qabaqcıl dünya ölkələrinin mədəniyyətində əsas yer tutduğunu söyləmişdir. Bu isə inandırıcı görünməsə də həqiqətdir. Altındaşa görə Topqapı sarayındakı kitabxana dünyanın ən dəyərli əl yazmalarının qeydə alındığı kitablarla zəngin idi. Çünki o dövrün ən güclü padşahına ən təzə və yeni məlumatlarla dolu kitablar göndərilirdi. Buna görə də Altındaş o kitablara vaxtında "Kaş ki lazımınca qiymət verilsəydi", deyərdi. Son 10 ildə Osmanlı tibbi üzərində araşdırmalar aparmış Altındaşın "Osmanlıda sağlıqlı yaşam" və "Sarayın gözəllik sirləri" adında 2 kitabı var. Heç demə bizim həkimlərimiz hind və tibetlilərin sağlam həyat sirlərini öyrənməyə çalışarkən min illərdən bəri Osmanlının tibb dağarcığında xəzinə yatırmış. Axır ki Altındaş bu toz basmış rəflər və çürüməkdə olan kitablar arasından bir xəzinə tapıb çıxartdı. O, uzun müddət Osmanlı sarayının gözəllik sirlərini öyrənmişdi. Tez-tez getdiyi Topqapı saray kitabxanasından, "Bu sarayda dünyanın ən gözəl qadın və kişilərinin yaşadığını öyrənmişdir. Bəs onlar gözəlliklərini necə qoruyurdular?" deyə düşünmüş və buna dair araşdırmalar aparmışdı. Osmanlı həkimlərin hamısı və həmçinin də xalqın özü xəstə olmazdan qabaq çarə yollarını bilirdilər. İndi məhz Osmanlı tibbində olan yeniliklər min illər bundan əvvəl yazılıbmış və istifadə olunubmuş. Prof. dr. Aytən Altındaş sponsor tapmadığı üçün aldığı məlumatları kitab halında çap etdirə bilməyib, amma biz sizinlə o sirlərdən bir neçəsini paylaşmaq istəyirik. Sarayda bir nömrəli gözəllik təmizlikdir, hamam mədəniyyəti də bu məqsədlə yaradılıb, hamamda mütləq kisələnərdilər. Təmizlikdə sabun ən önəmli idi. Buna görə də iri sabun sektoru vardı. Saraya gələn sabunlar əridilir, istifadə edən şəxsin zövqünə uyğun gül və meyvə şəkli verilirdi. Sarayın sabunları mütləq xoş qoxulu olurdu. Saçlar sabunla yuyulmurdu, çünki belə olduqda sərt olurdu. Bunun üçün əməköməcidən və s. bitkilərdən istifadə olunurdu. Bu bitkiləri qaynatdıqda alınan su indiki saç kremlərindən daha effektli idi. Buna görə saraya kilolarla qurudulmuş bitkilər gətirilirdi. Saç və bədən üçün gil işlənirdi. Gili qaba qoyub, üzərinə su əlavə edərdilər, gil asağıya çökdükdən sonra üstdə qalan sudan istifadə olunurdu. Bədən üçün yağlar da çox işlədilirdi, hamamdan çıxdıqdan sonra yağ bədənə çəkilirdi. Ayaq və dırnaq üçün süsən və zeytun yağı işlənərdi. Gül yağını da süsən və zeytun yağının içində bir az saxlayırdılar, sonra süzüb bədənə çəkirdilər. Osmanlı sarayında gül suyu da çox işlənirdi. Gül suyu üzü nəmləndirir, təmizləyir, qırışları azaldır. Eləcə də gözəl qoxulu olduğu üçün ruhi xəstəliklərdə də istifadə olunub. İbn Sina da ondan istifadə edirmiş. Gözəl parfum qabları var idi, elə ən sadəsi gümüşdən hazırlanardı, spirtsiz parfümlər hazırlayardılar. Limon da çox önəmli olmuşdur, o üzü ağardır, yaraları sağaldır. Osmanlıda qoxular çox vacibdir. Saraya nə vaxt daxil olsan, müşk və ənbər qoxardı. Osmanlıda bədənin ağ, saçların qara olması əsas idi. Açıq rəng saç sevilmirdi. Ağ bədən gözəllik sayılırdı. Çox qidalanmazdılar, əsas da yazda yüngül çərəzlər yeyər və bağırsaqları boşaltmaq üçün duzlu su içərlərmiş
Cemi 8 nefer oxuyub
Beyen(3) | Beyenme(1)
Paylaş:
Qarışıq Məqalələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018