Gül bayramı

Gül bayramı


Bildiyimiz kimi, artıq 2004-cü ildənbaşlayaraq hər il10maytarixindəAzərbaycanda Gül Bayramı keçirilir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdi. Bunlar da bayramda sizin üçün çəkdiyim şəkillər, buyurun baxın. Güman edirəm ki, xoşunuza gələcək. Bu kompozisiyanı xüsusi ilə bəyəndim, güllərdən hazırlanmış milli geyimdə bir xanımdır. Bu isə oğlanların ən sevdiyi cizgi filmindən maşın. Bu gülləri isə dibçəklərə qoyub yuxarıdan asmışdılar. Çox fərqlı görünürdü. Bayramda müəyyən vaxtlarda rəqslər də nümayiş olunurdu. Dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklər həm insanın ruhunu oxşayır, həm də gözləri şənləndirirdi. Parkda güllərin qoxusu sözün əsl mənasında insanı valeh edirdi. Parkda çiçəklərdən hazırlanmış keçidə isə söz ola bilməz. Heydər Əliyevin çiçəklərdən hazırlanmış böyük portreti isə görənləri heyran qoyurdu. Bir sözlə, bu ilki bayramda ideyalar ötən illərdən qat-qat daha möhtəşəm idi. Güllərdən hazırlanmış möhtəşəm əsərlər, həmçinin Vətənimizin tarixi abidələrinin miniatürləri həqiqətən təqdirəlayiq idi.
Cəmi 1116 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024