Qiyamət günü nədir?

Qiyamət günü nədir?


Qiyamət günü nə vaxt olacaqdır? - deyə soruşanlar üçün günəşlə ay bitişəcəyi, göy qatlanıb büküləcəyi, dağlar didilmiş yun kimi olacağı, gözlər bərələcəyi, uşaqlar ağsaqqal ahıla dönəcəkləri, dənizlər od tutub alışacağı gün qiyamət qopacaqdır. Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların halına.Məgər onlar öləndən onra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə “ol” deyəcəkdir. Birinci sur çalındıqdan sonra Yer üzündə heç bir canlı qalmayacaqdır. 40 ildən sonra ikinci sur çalınacaq və torpağın altı üstə çevriləcək və insanlar dirildiləcəkdir. Haqq tərəzisi qoyulacaqdır. İnsanların əməl dəftəri tərəziyə qoyulacaqdır. Vay halına əməl dəftəri arxa tərəfdən sol əlinə verilənlərin. Onların üzü qaralacaqdır. Kaş torpaq olaydıq deyəcəklər. Onlar cəhənnəm əhlidirlər. Onlara orada qaynar su, irin içirdiləcəkdir, yeməyi zəhərdən acı zəridən başqa bir şey olmayacaqdır. Onlar “Kaş ki, mən əvvəlcədən axirət həyatım üçün yaxşı əməllər edəydim” deyəcəklər. Amma faydası olmayacaqdır. Vay o namaz qılanın halına ki, namazı səhlənkarlıq üzündən vaxtlı – vaxtında qılmasınlar, zəkat verməni qadağan etsinlər. Elə isə “Quranı” oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl bir borc verin. Özünüz üçün dünyda nə yaxşı
[1] 2 3 >>
Cəmi 684 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023