Qiyamət günü nədir?

Qiyamət günü nədir?


iş görsəniz , Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Cəhənnəmdəkilər orada sonsuza kimi qalacaqlar. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir – birinə qaş , göz edirdilər. Möminləri gördükdə: “Doğrusu bunlar haqq yoldan azanlardır!” deyirdilər. Halbuki möminlərə nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəkdir. Onlar taxtlar üstündə əyləşib baxacaqlar ki, görsünlər kafirlər öz əməllərinin cəzasını aldılarmı? Əlbəttə alacaqlar. Ölüm sizi haqlamamış Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Kimin əməl dəftəri sağ əlinə verilmişsə, üzü sevincdən parlayacaqdır. Hamıya göstərəcəklər ki, bizim əməl dəftərimiz sağ əlimizə verilmişdir. Onlar Cənnətdə taxtlara söykənəcək, orada nə günəş, nə də sərt soyuq görəcəklər. Cənnət ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. Cənnətdəki xidmətçilər onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Onlara orada zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu)badə də içirdiləcəkdir. Orada hara baxsan nemət və böyük bir mülk görərsən. Cənnət əhlinin əyinlərində taftadan və atlasdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirəcəkdir. Onlara belə deyiləcək: ”Bu, sizin dünyada etdiyiniz yaxşı əməllərə görə mükafatınızdır. Zəhmətiniz məqbuldur”. Cənnətdəkilər orda heç bir boş söz (lağlağı), nə də ki yalan eşitməyəcək. Qiyamət günü Allah-Təala mömin kimsəyə belə buyuracaqdır: ”Ey (öz imanından, əməlindən və Allahın
<< 1 [2] 3 >>
Cəmi 695 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024