Ad gününü de, necə bir sevgili olduğunu öyrən

Ad gününü de, necə bir sevgili olduğunu öyrən


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ad gününü de, necə bir sevgili olduğunu öyrən

Ad gününü de, necə bir sevgili olduğunu öyrən
Doğum gününüzün sevgi həyatınız üçün çox ciddi təsirləri var. Mütəxəssislərin fikrincə, rəqəmlər partnyorların fiziki, romantik, məntiqi və ruhi əlaqələrini müəyyən edir.

Qadinsayt.az ad gününüzə uyğun olaraq necə bir sevgili, həyat yoldaşı və ya partnyor olduğunuzu müəyyən etmək üçün maraqlı test təqdim edir.

Əməliyyat çox sadədir, bunun üçün yalnız ad gününüzü bilməyiniz vacibdir.

Məsələn, ayın 4-də anadan olmusunuzsa, fərdi nömrəniz "4" deməkdir.

Əgər cüt rəqəmli bir gündə, məsələn, ayın 15-də doğulmusunuzsa, nömrəniz "6", yəni 1 + 5 = 6,
ayın 29-da doğulmusunuzsa, fərdi nömrəniz "2" , yəni 2 + 9 = 11, 1 + 1 = 2 olur.

Alınan rəqəmlərə görə necə bir tərəf müqabili, sevgili olduğunuzu aşağıdakı variantlardan müəyyən edə bilərsiniz.

* Eqoist 1-lər
Doğuşdan liderlik xüsusiyyətiniz var. Münasibətinizdə və ya ailə həyatınızda idarəni əlinizə ala bilməyə qadirsiniz. Bu liderlik həyatınızın digər sahələrində olduğu kimi sevgi həyatınızda da özünü göstərir. Çətin adamsınız, çünki "Həmişə mən, həmişə mən!" deyirsiniz. Bu eqoist xasiyyətiniz insanların sevgililərini ələ keçirməyə qədər də davam edə bilər.

* Romantik 2-lər
Romantizm sizin üçün ən öndə gəlir. Sevildiyinizi hiss etməyə ehtiyacınız var. Siz də qarşılığında sevgi bəxş edirsiniz. Sevgilinizin əlini tutmaqdan xoşunuz gəlir, çünki onu o qədər sevirsiniz ki, bu, hətta ruhunuzun digər yarısıyla əlaqə qurmağınızı təmin edir. Duyğularını çox qabardan, qarşı tərəfə hiss etdirən, sevginizlə tamamilə ona bağlanan bir insansınız, amma bunun qarşılığını tələb etməyi də öyrənməlisiniz.

* Eşqbaz 3-lər
Eşqbazlıq tam sizin üçün yaranıb deyə bilərik. Amma bu xüsusiyyət çox vaxt başınızın bəlaya girməsinə gətirib çıxarır. Ətrafınızı qucaqlamasını istədiyiniz yaraşıqlı kişilərdən, əsassız dedi-qodulara qədər bir çox mövzu sizi məşğul edir. Bu əyləncə ilə həyatın gerçəklərindən uzaqlaşmaq istəyirsiniz.

* Ehtiraslı 4-lər
Çox romantik və ehtiraslı bir insansınız. Həm özünüzün, həm də partnyorunuzun ehtiyaclarını qarşılamaq və təmin etmək üçün əlinizdən gələni edirsiniz. İnam sizin üçün çox əhəmiyyətlidir. Daha təbii və rahat davranaraq əlaqənizə həyəcan qata bilərsiniz.

* Dəyişkən xasiyyətli 5-lər
Külək kimi dəyişkənsiniz. Bu xasiyyətinizə tab gətirəcək bir sevgiliyə ehtiyacınız var. Sizin üçün həyatda hər gördüyünüz, tanış olduğunuz insan bir macəradır. Sevgi mövzusunda çox səbrsizsiniz və rastlaşdığınız hər kəslə birlikdə olma meyliniz var.

* Şəfqətli 6-lar
Ev işlərində çox qabiliyyətlisiniz və birinə aşiq olduğunuzda şəfqətli və sadiqsiniz. Məntiqinizlə deyil, ürəyinizlə hərəkət edirsiniz. Həyatınızda heç olmazsa bir dəfə sındırdığınız bir ürəyi ələ almağa çalışın.

* Xəyalpərəst 7-lər
Özününzü tamamilə sevgilinizə həsr edirsiniz, onun özünü mükəmməl hiss etməsini təmin edirsiniz. Xəyal qurmağı sevən bir insansınız. Gerçəklər sizi buna məcbur edir. Buna görə uzaqdan sevəcəyiniz birini seçirsiniz. Xəyalpərəst xüsusiyyətiniz sizə özünüzə uyğun bir sevgili tapmaqda çətinliklər yaradır.

* Oyunçu 8-lər
Ətrafınızı ovsunlayırsınız. Sevdiyiniz sizinlə birlikdə olmaqdan böyük xoşbəxtlik duyur və özünü bu mövzuda şanslı hesab edir. Münasibətdə idarəni əlinizdə tutursunuz, oyun oynamaqdan xoşunuz gəlir. Qürurlu və eqoist ola bilirsiniz. Buna görə də qarşı tərəfə təsir etmə gücünüz və zəkanızdan istifadə edin.

* Güclü 9-lar
Çox sadiq bir sevgilisiniz. Mükafatınız isə yoldaşınızı xoşbəxt görməkdir. Oyun oynamaqdan xoşu gələn bir insandan dəli və vəhşi bir varlığa çevrilə bilirsiniz. Çox tez əsəbiləşirsiniz, nə yaxşı ki bu hirsiniz qısa müddətdə soyuyur.

Dostlarınla Paylaş

Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024