Cinsi münasibətlərdə halal və haramlar

Cinsi münasibətlərdə halal və haramlar


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cinsi münasibətlərdə halal və haramlar

Cinsi münasibətlərdə halal və haramlar
Haramdan çəkinmək, Allahın nemətindən halal şəkildə istifadə etmək, edəcəyi xeyirli işlər üçün beynini məşğul edən cinsi arzunu sağlam şəkildə yerinə yetirməyi düşünmək, ər arvadının, arvad da ərinin haqqını ödəmək və ən əsası müsəlman nəsli yetişdirmək məqsədilə edilən qanuni bir cinsi əlaqə ibadətdir və insana aldığı zövqlərlə yanaşı savab da qazandırır.

"İnsanın zövqünü yaşamasında heç savab olarmu"? -deyə soruşan səhabəyə Allah Rəsulu (s); "O nüftəni haram bir yerə axıtsaydı, günah olmayacaqdımı? Elə isə qanuni axıtması savabdır"-deyə buyurmuşdur (Müslim, zəkat 52; Əbu Davud, tatavvu 12; Ədəb 160; Müsned V/167,168).

Digər tərəfdən insan, arzu və şəhvətinin əsiri olub, sırf zövqü üçün yaşamaq halına gəlməməlidir. Bu, ondakı heyvani hissləri inkişaf etdirir, insani hissləri zəiflədir və insanı alçaldır. Halbuki, bütün zövqlər kimi cinsi əlaqə zövqü də bir məqsəd deyil, müəyyən bir məqsəd üçün yaradılmış insana Allahın bir hədiyyəsidir.

Insandan, nəslini davam etdirməsi istənilmiş və bunu Allahın istədiyi istiqamətdə etməsi təqdirdə ona cənnət vəd edilmişdir. Ona cinsi əlaqə zövqü kimi bir imkan da verilmiş və sanki o biri aləmdə dadacağı zövqlərdən bu dünyada ikən ona barmaq ucunda azacıq da olsa daddırılmışdır.

Və yaxud da yorucu səylərlə uca bir məqsədə çatması istənilən insana, könül əyləndirmə növündən nemət təqdim edilmiş və əsl ziyafətin sonda olduğu bildirilmişdir. Eynilə çətin bir işə qoşulan uşaqlara, işi sonuna qədər aparmaları üçün verilən oyuncaqlar kimi. O uşağın verilən işi buraxıb bu oyuncaqla əylənməsi, oyuncağın verilmə məqsədinə nə dərəcədə ziddirsə, insanın cinsi zövqlərini məqsəd olaraq görüb, sırf onlarla məşğul olması da yaradılış məqsədinə o dərəcə ziddir.

Ər-arvad arasında bir-birinin cinsi orqanlarına baxma və toxunma arasında heç bir maneə göstərilməmişdir.

Xanımı ilə əlaqədə olarkən, onu tanıdığı gözəl bir qadın deyə xəyal edib, onunla sevişirmiş kimi xəyal etməsinin haram olmadığını deyənlər var. Ancaq Ibn Abidin:" Bizim qaydalarımıza görə bunun halal olmaması lazımdır, çünki bu, suyu şərab olaraq düşünüb içməyə bənzəyir. Onun haram olduğu aydındır. Elə isə, o birisi də halal olmamalıdır" deyir. (Ibn ilbidin VI/372). Cinsi əlaqədə istifadə edilən kremlər, ya da yağlandırıcılardan istifadənin halal olmadığını göstərən bir dəlil yoxdur. Ancaq bu normal cütlüklərə tövsiyə olunmayacaq bir haldır. Allah bu iş üçün təbii nəmləndirici yaratmışdır .

Cinsi əlaqənin qadağan olunan, ya da tövsiyə edilən bir forması yoxdur. Təbiilik dini olan İslamın, bu məsələdə də təbii olanı seçim edəcəyi aydındır. Ər və arvad hansı növ əlaqədən zövq alırlarsa onu da həyata keçirirlər. Ayaq üstə, oturarkən, yatarkən, altda, üstdə; Hansını istəsələr belə edərlər. Ancaq üzərlərinin örtülü olması Islamda bir ədəb və əmrdir".
Arvadına arxadan yaxınlaşmaq çox çirkin bir hərəkət və haramdır. Insanın təbiətinə, şərəf və ləyaqətinə ziddir.

Kişinin şəhvətini oyandırmaq və zövq almaq üçün, əli və ya da budları ilə öz-özünü təmin etməsi halal sayılmamışdır. (Bu barədə Möminin (23) 7 və Mearic (70) 31 ayələri və təfsir kitablarına baxmaq olar). Bunun haram oluduğunu bəziləri yüngül, bəziləri də sərt şəkildə qiymətləndirmişlər. Ancaq kişinin yanında arvadı yoxdursa, ya da evli deyilsə, qəlbi bununla məşğul olursa və harama düşmə qorxusu varsa, özünü boşaltmanın, bunu adət halına gətirməmək şərtilə caiz olduğunu deyənlər var. Hətta, ciddi olaraq harama düşmə qorxusu varsa və bu yolla buna mane olacaqsa, bunun vacib olduğunu deyənlər də var. (Geniş məlumat üçün bax. Mahluf, Fətvaları I/117,118. Ancaq Peyğəmbərimizin (s) bu mövzudakı tövsiyəsinin, şəhvəti oruc tutmaqla yatırmaq olduğu unudulmamalıdır. (Sözügedən hədislərində Rəsulullah (s): "Gənclər! Evliliyə hansınızın gücü çatırsa evlənsin". Etməyən oruc tutmalıdır. Çünki onun (nəfsi) qamçısı vardır"( Buxari, ideyam 10, nikah 2, 3; Müslim, nikah 1, 3; Əbu Davud, nikah 1). Bu yolla həm haramdan xilas olacaq, həm də savab qazanacaqdır.

Kişinin əli və s. şeylərlə özünü təmin etməsi caiz olmadığı kimi, qadının da bu yolla təmin olunması caiz deyil. Ancaq ər, arvadının əli ilə, ya da bədəninin digər yerləri ilə təmin ola bildiyi kimi, arvadını da bu yolla təmin edə bilər. (Serahsi, Məbsut X/159). Xəstəlik, zəiflik və gücsüzlük kimi səbəblərdən cinsi əlaqəyə dözə və bu üzdən istəməyən qadınla cinsi münasibətə girmək haramdır. (Ibn Abidin, el-ukudüd-dürriyye I/26). Evlənəndə arvadı ilə əlaqəyə gücü çatmayan kişi bir il gözlənilir. Bir il boyunca da, bir dəfə də olsun, cinsi əlaqəyə gücü çatmasa, arvadı istədiyi halda ayrıla bilər, qadın kişini gözləməyə məcbur edilə bilməz. (Ibn Abidin, el-ukudüd-dürriyye I/30).

Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024