Üç insan cənnətə girməyəcək

Üç insan cənnətə girməyəcək


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Üç insan cənnətə girməyəcək

Üç insan cənnətə girməyəcək
Uşaqlar valideynlərinə qarşı itaətkar olmalı, onlara qulaq asmalı, onlara minnətdar olmalı, onlarla iltifatlı davranmalıdırlar. Ana xüsusi qayğı və ehtiramla əhatə olunmalıdır, bu onun analıq hüququndan irəli gəlir. O, hamiləlik və doğuş zamanı bütün ağrı və əziyyəti daşıyır, övladlarını yedizdirir, onları tərbiyə edir.

"Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. " (Əraf surəsi, ayə 15)

Sevgili peyğəmbərimiz həzrəti Muhəmməd (c) deyib: "İnsanlardan 3 –ü cənnətə düşməyəcək"

- Öz valideynlərinə itaət etməyənlər

- Kişi və qadınları zinaya sövq edənlər,

- Kişiyə oxşamağa çalışan qadınlar.

Uşaqlar hər zaman valideynləri yaşlananda onların qayğısına qalmalıdırlar:

"Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan."(İsra surəsi, ayə 22)
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra surəsi, ayə 23)
"Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!" – de. "(İsra surəsi, ayə 24)

Həzrəti Muhəmməd (s) deyib: "İnsan oğlunun etdiyi ən qorxulu günah valideyinlərini incitməsidir. "

Müsəlman buna yol verməməlidir.

Müsəlmanların valideynlərinin icazəsi olmadan cihad etməsi də yol verilməzdir. Bir gün bir nəfər peyğəmbərimizə yaxınlaşır və ondan cihadda iştirak etmək üçün icazə istəyir.

Peyğəmbərimiz (c) soruşur: "Sən atandan icazə almısanmı?"

Həmin şəxs cavab verir: "Bəli"

Peyğəmbərimiz (c) deyir: "Əgər o sənə cihadda iştirak etməyə icazə veribsə, onda sən cihadın əsgərisən".

Ancaq islam dini bir halda valideynlərə qulaq asmamağa, itaət etməməyə icazə verir. Əgər onlar sizi dininizdən döndərməyə çalışarlarsa...

"Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!" (Loğman surəsi, ayə 15)

Dostlarınla Paylaş

Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024