- •
Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir.
(Fransız atalar sözləri)
- •
Sevən ürək, daim gəncdir.
(Yunan atalar sözləri)
- •
Subaykən iki gözünü aç, evləndikdən sonra birini bağla.
(Yamayka atalar sözləri)
- •
Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır
(Çin atalar sözləri)
- •
Sağlığında kor fatma, öldü isə badamlı göz olur.
- •
Saqqal ağarsada, könül qaralığı ağarmaz.
- •
Sayqı sayana görədir, düzgü alana görədir.
- •
Samanı yiyən, torbasın tikər.
- •
Savaş bilməyən, atasın yerə vurar.
- •
Sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə.
- •
Sağsağan kəkliyə baxar, öz yerişin itirər.
- •
Sağ göz görür, sol göz yumur.
- •
Sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayaq üsdə ölmək yaxşıdır.
- •
Suyun imanın, odda gör.
- •
Sən kimin üçün ağladığını de, mən
sənin kim olduğunu deyim
- •
Sirrini dosta demə, dostun da bir dostu var.
- •
Sən vurmadın, mən yıxmadım, bəs nə oldu?
- •
Saxsı qab yamaq (ulaş) götürməz.
- •
Səhər durdun, günü görməsəndə, olduğuna inan.
- •
Sevən adam kordu, sevilən korsaq(özün korluğa vuran).
- •
Sevgi qarnı doydurmaz.
- •
Sevmədiyin yarpız, burnunun dibində qoxur.
- •
Siçan balası, torba deşər.
- •
Siçan keçər, yol salar.
- •
Siçan kimi, bir gözü var dəlikdə.
- •
Sözü ağzında bişir, sonra çıxar.
- •
Sən saydığın say, gör fələk nə sayır.
- •
Söhbət ki var, bulağdır, kəsilməsə axacaq.
- •
Sənə vur dedilər, öldür demədilər.
- •
Sözü yaxşı anla,
Sonra qızıb banla.
- •
Sonrakı peşimançılıq fayda verməz.
- •
Sözdən söz götürər.
- •
Su bardağı suda sınar.
- •
Söz vermək asandır, yerinə yetirmək çətin.
- •
Sözün düzünü zarafatda deyərlər.
- •
Söz sözə söykənir.
- •
Sürüdən ayrı düşən qoyunu qurd yeyər.
- •
Su bir dəfə axan yerdən bir də axar.
- •
Soruşurlar: "qardaşını tanıyırsanmı", deyir, "yoldaşlıq etməmişəm".
- •
Su axar, çuxurunu tapar.
- •
Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
- •
Söz verir, bez vermir.
- •
Siçan sığmaz ininə, qəlbir bağlar belinə.
- •
Sinəklə, sınaq olmaz.
- •
Söz var kəsər savaşı,
Söz var kəsdirər başı
- •
Sən çomağını qaldır, suçlu suçunu bildirəcək.
- •
Sınıq qapda su qalmaz.
- •
Sözü olana dil ver, söz eşidənə qulaq ver.
- •
Susuz ağac bar verməz.
- •
Süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.
- •
Soruşan dağları aşar,
Soruşmayan düzdə çaşar.
- •
Siz daş qoyan yerə, mən baş qoyaram.
- •
Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin.
- •
Sözsüz ev olmaz,
çalqısız toy olmaz.
- •
Söz var desən qatar, söz var deməsən yatar.
- •
Su ayağında atılan, su başında yığılar.
- •
Su görməyən, üzmək nə bilir.
- •
Susmaq dinməmək deyil,
çabalamaq ilərləmək deyil,
oturmaq ölmək deyil.
- •
Susmaq, tanımaq deməkdir.
- •
Səfeh susanda, ağıllı görünür.
- •
Saçarsan, biçərsən.
- •
Sağ tutur, sol vurur.
- •
Sapsız balta suya batar, saplı balta buzu qırar.
- •
Satmadan verən, sandığın almaz.
- •
Savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.
- •
Savaşmağa üz tap, barışmağa dil tap.
- •
Səfeyin, böyük kiçiyi olmaz.
- •
Səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.
- •
Sel gücü, damcıdandır.
- •
Suleymanı taxtda, Nuhu gəmidə görüb
- •
Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
- •
Söz vermə, verdin - üstündə dur.
- •
Sözlə yox, işlə göstər.
- •
Sözləşmə puldan bahadır.
- •
Sözü bal təki şirin, könlü buz təki sərin.
- •
Sözün düzünü zarafata salıb deyərlər.
- •
Sözün varsa söz danış, lakin mənə mane olma.
- •
Sözünün ağası ol!
- •
Sözündə hörmət, qəlbində lənət.
- •
Sudan xeyir olsa, qurbağa əjdahaya dönər.
- •
Səbirin axırı xeyir olar.
- •
Susmaq razılıq əlamətidir.
- •
Söz gümüş olsa, sükut qızıldır.
- •
Səhvsiz insan olmaz.
- •
Sənə qeybət edən, səndəndə qeybət edər.
- •
Səni göydə axtarırdım, yerdə tapdım.
- •
Səs-küy ilə iş aşmaz.
- •
Sirkə tünd olanda, öz küpünü (qabını) çatladar.
- •
Sirrini dostuna demə, dostunun da dostu var.
- •
Soruşmaq pulnan deyil ki.
- •
Söyüş boyundan asılıb qalmır.
- •
Söhbət (söz) danışıqdan keçər.
- •
Suyu dənizdən içən, bulağ tanımaz.
- •
Sevgini və kasıblığı gizlətmək çətindir.
- •
Səbir eylə işinə, xeyir gələr başına.
- •
Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
- •
Səbir edən salamat olar.
- •
Səbir kasam dolubdur.
- •
Səbir acıdır, meyvəsi şirin.
- •
Səbir eyləyən çox yaşar.
- •
Səbir edən muradına yetişər.
- •
Səbir cənnət açarıdır.
- •
Səbir ağacı hər bağda göyərməz.
- •
Səbir eyləyən fərəc tapar.
- •
Səbir təkamülün babasıdır.
- •
Səbir ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.
- •
Səbr (səbir) ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
- •
Sadəlik gözəlliyi daha da artırır, daha yüksəklərə qaldırır.
- •
Sadəlövhlük oğurluqdan pisdir.
- •
Sakit axan su dərin olar.
- •
Saqqalım yoxdur, sözüm ötmür.
- •
Saqqal ağarıb, başda ağıl yox.
- •
Sanılı pul durumsuz olar.
- •
Söz məndə, pul ingilisdə.
- •
Sevdanı pul kəsər.
- •
Sayılı gün, sayılı pul, ötər tez, bitər tez.
- •
Su çuxurda durar, pul qıtmırda.
- •
Su axar-axar, yolun tapar.
- •
Sərçə, yağış yağsa - balasını, dolu yağsa - öz başını qoruyur.
- •
Sahibinin yanında pişik də it basar.
- •
Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
- •
Söz var – xalq içində, söz var – xülq içində.
- •
Sərt olma, mərd ol.
- •
Səndən hərəkət, məndən bərəkət.
- •
Soğan yeməmisən, için niyə göynəyir?
- •
Su kiçiyin söz böyüyün.
- •
Subayın malın it yeyər, canın - bit.
- •
Su yatar, düşmən yatmaz.
- •
Suda batan, ilanada sarılar.
- •
Sevgi olmasaydı, kini tanıyan olmazdı.
- •
Sevənin quluyam, sevməyənin sultanı.
- •
Sel gedər, qum qalar.
- •
Söz vermə, verdin – yerinə yetir.
- •
Söz qılıncdan kəskindir.
- •
Söz var – şəkər-şirin bal kimi, söz var ki, zəhərdən də betərdir.
- •
Söz var – gələr keçər, söz var – dələr keçər.
- •
Söz var qulaqardına salarlar (vurarlar).
- •
Söz var xəstəni sağaldar, söz var adamı yaralar.
- •
Söz böyüyün, su kiçiyin.
- •
Söz altında qalan deyil.
- •
Söz var adamı məst eylər, söz var məsti ayıldar.
- •
Söz ağızdan çıxar.
- •
Sevdanın əvvəli!
- •
Sevda arasında nırx qoymazlar.
- •
Sofi soğan yeməz, tapsa qabığını da qoymaz.
- •
Sona qalan dala qalar, dala qalan dana qovar.
- •
Solaxay bərk vurur.
- •
Soyuq dəmir döyülməz.
- •
Soyub-soyub quyruğunda bıçağı sındırdı.
- •
Soğan olsun, nağd olsun!
- •
Soğan eyib açandır.
- •
Soğan acı olsa da süfrədə öz yeri var.
- •
Sovqatın adı birdir.
- •
Sıxıla-sıxıla behiştə getməkdənsə, oynaya- oynaya cəhənnəmə get.
- •
Sıxıb suyunu çıxardarlar.
- •
Sıradan çıxan qotur olar.
- •
Sınsın o baş ki, dost yolunda gərək olmaz.
- •
Sınıq qabda su qalmaz.
- •
Sınanmamış atın dal-qabağına keçməzlər.
- •
Sınan qol sağalar, sınan qəlb sağalmaz.
- •
Sıyıq ilə yıxılan ev, aş bişir, viran olsun.
- •
Sızağanı qaşıma, çiban edərsən.
- •
Siçanın anbara girməsinə yanmıram, başqasına yol göstərməsi məni yandırır.
- •
Siçanı öldürmək pişiyə oyundur.
- •
Siçandan olan torba kəsər.
- •
Siçandan olan kəsəyən olar.
- •
Siçana araq versən, pişikdən pasport istər.
- •
Siçan sidiyinin də dəryaya xeyri var.
- •
Siçan olmamış dağarcıq dəlir.
- •
Siçan olmamış qovurğa yeyir.
- •
Siçan kimi hər deşikdən baş göstərir.
- •
Siçan kimi bir gözü deşikdədir.
- •
Siçan deşiyini satın alır.
- •
Siçan qarasından minarə tikir.
- •
Sifariş ilə həcc qəbul olmaz.
- •
Sirri sirr açar, kiri – kir.
- •
Sirr saxlamaq mərdlikdir.
- •
Sirr vermə dostuna, o da deyər dostuna.
- •
Siması boş, quşqunu boş.
- •
Sildim süpürdüm, silkindim çıxdım.
- •
Silahla oynamaq olmaz.
- •
Silah sahibinə də düşməndir.
- •
Sirkənin öz qabına zərəri var.
- •
Sirkə tünd olanda öz küpünü partladar.
- •
Sizin evdə yeyək, bizim evdə oynayaq.
- •
Sizin qazanınız var, biz vuraq öz güvəcimizi sındıraq?
- •
Sizin aranızda ala qarğa balalamaz.
- •
Siyasət nənə-bacı bilməz.
- •
Sidr-kafuru müftə görsə uzanıb ölər.
- •
Sidqnən qaradaşdan mətləb almaq olmaz.
- •
Səhrada gül bitməz, cahilə söz yetməz.
- •
Səhərin işini səhər gör.
- •
Səhər gününə qızmayan axşam gününə heç qızmaz.
- •
Səhər gedər naxıra, axşam gələr axura.
- •
Səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini düşməninə ver.
- •
Səhvi dəyirmançı eylər, buğda aparar, un gətirər.
- •
Səxavət dövlətdən deyil, təbiətdəndir.
- •
Səfərə gedən su götürər.
- •
Səfər məhək daşıdır.
- •
Səfalət çalışqan adamın qapısından baxar.
- •
Sərçənin cib-cibindən, toyuğu qaqqıldaması yaxşıdır.
- •
Sərçənin nəğməsi yox, cib-cibi yox!
- •
Sərçəni bülbül adına satır.
- •
Sərçəyə cib-cib öyrətməzlər.
- •
Sərçədən qorxan darı əkməz.
- •
Sərçə olsun, əlimdə olsun, göydə uçan qazı neylərəm?
- •
Sərçə nədir ki, bozbaşı nə ola?
- •
Sərçə qazan deyil budunu verim, bir dəvənin nəyini verim?
- •
Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
- •
Sərxoşun nə vecinə, aləmi su aparsın.
- •
Sərxoşun məktubu meyxanada oxunar.
- •
Sərxoşun dəniz topuğundandır.
- •
Sərxoşu meyxanada, mollanı məsciddə, dərvişi təkyədə tapmaq olar.
- •
Sərxoşu it də tutmaz.
- •
Sərxoşdan dəli də qorxar.
- •
Sərxoşa məktub yazma ya oxuyar, ya oxumaz.
- •
Sərxoş sərxoşu meyxanada görər.
- •
Sərxoş biri iki görər.
- •
Sərnic gətir, süd axtar.
- •
Sərv ağacı nə qədər uca olsa, əsli yoxdur, budağında bar olmaz.
- •
Səpilməyən buğda göyərməz.
- •
Sənsiz bir günümüz olmasın.
- •
Səninki səndə, mənimki məndə.
- •
Səninki nəğddir, sən apardın.
- •
Sənin üzün – dəvənin dizi.
- •
Sənin yumurtanın sarısı olmaz.
- •
Sənin ipin ilə şələ bağlamaq olmaz.
- •
Sənin vaxtın keçib, Allah övladına ağıl versin.
- •
Sənin atın mənim arpamın gücünə yorğa gedir.
- •
Səni öküz vursun!
- •
Səni mənim qəbrimə qoymayacaqlar!
- •
Səni istərəm, çox istərəm, bir gözümü yox istərəm!
- •
Səni istəyirəm, özümü səndən artıq istəyirəm.
- •
Səni nə tapan deyər: - Yaşa!
- •
Səni alar da, satar da, xəbər tutmazsan!
- •
Sənətkarın oğurluğun tutmaq olmaz.
- •
Sənətin pisi olmaz.
- •
Sənət insanın xəzinəsidir.
- •
Sənət, qolda qızıl bilərzikdir.
- •
Sənət ayrı, vərdiş ayrı.
- •
Sənə hər kim daş atsa, sən ona çörək at.
- •
Sənə, mənə nə şəriət?
- •
Sənə məndən öyüd, dənini özün üyüd.
- •
Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış?
- •
Sənə bir toy tutaram ki, əlindən it əppəyini alar!
- •
Sənə bir kəlmə söz, mənə bir illik yol.
- •
Səndən mənə yar olmaz.
- •
Səndən kor it xeyir görməyib!
- •
Səndən ehtiyacı olanı, başqasına möhtac eləmə.
- •
Sən çaldın!
- •
Sən haqq ol, haqq da səninlə olar.
- •
Sən tərpənincə qırğı Şirvanı aşar.
- •
Sən sözü at, yiyəsi özü götürər.
- •
Sən sevdanı et, quyruq heybədədir.
- •
Sən sapda durmaz baltasan.
- •
Sən saydığını say, gör fələk nə sayır.
- •
Sən razı, mən razı, nə qələt eləyir qazı?
- •
Sən öldün – borcdan qurtardın.
- •
Sən öl, mən Ağcaqabulda sənin üçün dəvə kəsim.
- •
Sən orda, yaz, mən burda, kor olsun düşmənimiz!
- •
Sən nə hayda, mən nə hayda?
- •
Sən nə bilirsən ayı harada yumurtlar?
- •
Sən mollaya gedəndə, mən molladan gəlirdim.
- •
Sən mənim bir üzümü ağart, mən sənin iki üzünü ağardım.
- •
Sən məndən can istə, mən deyim gözüm üstə!
- •
Sən meyxanaya gedirsən, mən məscidə, bəs bir- birimizi harada görək?
- •
Sən gündüz gedən yolları mən gecə ikən keçmişəm.
- •
Sən güllə atan ol, barıtını mən verrəm!
- •
Sən görən ağacları dibindən kəsiblər.
- •
Sən özünə gün axtar.
- •
Sən get aşıq-aşıq oynamağa.
- •
Sən kim, mən kim?
- •
Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.
- •
Sən yediyini bilmirsən, mən doğradığımı bilirəm.
- •
Sən işi buraxmasan, iş səni buraxmaz.
- •
Sən içini ye, mən qabığını gəmirərəm.
- •
Sən eləsən, mən belə.
- •
Sən duza gedəndə, mən duzdan gəlirdim.
- •
Sən doğru ol, əyri bəlasını tapar.
- •
Sən dədəli, mən yetim.
- •
Sən də bir saqqal tərpət.
- •
Sən deyən olsun, qal yatsın.
- •
Sən deyən olsun, ancaq bazar pozulmasın!
- •
Süfrənin başı-ayağı olmaz.
- •
Süfrəni yuxarı başdan düzərlər aşağı başdan yığarlar.
- •
Süfrədən qalanı itə atarlar.
- •
Süfrədə əlini saxla, məclisdə – dilini.
- •
Sürüvü hürküt, sonra say.
- •
Sürüyə ki, düşdün, qapmasan da, gərək hürəsən.
- •
Sürüyə qurd gələndə, köpəyi yuxu tutar.
- •
Sürüyə qurd düşəndə, vay bir qoyunlunun halına!
- •
Sürüdən ayrılan qoyunu qurd yeyər.
- •
Sürü çobansız olmaz.
- •
Sürü sənə qurbandır, amma çəpişin biri bir tümənə.
- •
Sürü qotursuz olmaz.
- •
Sürü qoyun bizdə, satdıq yağ sizdə.
- •
Sürməni gözə çəkərlər.
- •
Sürməni Allah aparıb paxlanın gözünə çəkib.
- •
Süpürgə gəldi, qonağa cavab eylədi.
- •
Sümükləri sürmə olub.
- •
Sümüyünü it sümüyünə qatma.
- •
Süleymana qalmayan dünya heç kəsə qalmaz.
- •
Sükutla görülən iş, qışqırıqla başa gəlməz.
- •
Sükut ixtiyardadır.
- •
Sükut edən salamat olar.
- •
Südün dadını qısır əmən dana bilər.
- •
Südlünü sürüdən ayırmazlar.
- •
Südlü inək ol, vur dolu sərnici dağıt.
- •
Südlü qoyun sürüdən ayrılmaz.
- •
Südlü aş dadlı olar, bir gün sizdə, bir gün bizdə.
- •
Süddə ağzı yanan, qatığı üfləyə-üfləyə içər.
- •
Süd gölündə üzür.
- •
Südlə gələn, sümüklə çıxar.
- •
Süd igidə halaldır.
- •
Süd verən inəyi kəsməzlər.
- •
Sür get deməmişlər, gör get demişlər.
- •
Subaylıq soltanlıqdır.
- •
Subay adamın yaxasını bit yeyər çörəyini – it.
- •
Susuz aparıb, susuz gətirər.
- •
Susuz ağac meyvə verməz.
- •
Susamış it kəhrizə baxar.
- •
Sulu-sulu yudum, çamurlu-çamurlu sərdim.
- •
Sularınız axar-baxarlı olsun.
- •
Suları bir arxa getmir.
- •
Suyun şırıltısından, arvadın zırıltısından qorxmaq gərək.
- •
Suyun üstə gəmi var, hər bir işin cəmi var.
- •
Suyun lal axanı, adamın yerə baxanı.
- •
Suyun əvvəli bulantı gələr.
- •
Suyun quyuda olsun.
- •
Suyu püfləyə-püfləyə içir.
- •
Suyu ver suzuyana.
- •
Susuz yerdə ördək olmaz, qaz olmaz.
- •
Suya düşsə quru çıxar.
- •
Sudan çıxmış toyuğa oxşayır.
- •
Sudan çıxmış balıq kimi çapalayır.
- •
Sudan qaymaq yığır.
- •
Sudan ayrılan balığı oddan qorxusu olmaz.
- •
Suda batmaz, odda yanmaz.
- •
Suda batan ilana da sarılar.
- •
Su çəkən də mən oldum, bərə gəzdirən də?
- •
Su hər şeyi pak eylər, üz qarasından qeyri.
- •
Su harada – dirilik orada.
- •
Su suyu tapar, su da çuxuru.
- •
Su suya qarışanda güclü olar.
- •
Su sənin dalınca gəlməsə, sən suyun dalınca get.
- •
Su səmtinə axar.
- •
Su olan yerdə abadlıq olar.
- •
Su murdarı pak eylər.
- •
Su götürməklə dəryadan su əskik olmaz.
- •
Su görməyincə ətək çəkmə.
- •
Su görəndə balıqdır, qaya görəndə – keçi.
- •
Sadağa – bəlanı rəf eylər.
- •
Sağsağan kəkliyə baxar öz yerişini itirər.
- •
Sağlığında kor Fatma, öləndə badam gözlü.
- •
Sağlıq soltanlıqdır.
- •
Sağlıq olsun, görərik!
- •
Sağlıq ən böyük nemətdir, demə babam, yoxsulam.
- •
Sağlıq böyük nemətdir, qədrini bilmək gərək.
- •
Sağlıq ən böyük varlıqdır.
- •
Sağlamlığın qədrini xəstələr bilər.
- •
Sağlam ruh sağlam bədəndə olar.
- •
Soldan vurur, sağdan biçir.
- •
Sağa da vurur, sola da!
- •
Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!
- •
Sağ gözün sol gözə etibarı yoxdur.
- •
Sağ yeri qarnı altındadır, onu da örkən kəsib.
- •
Sağ əlin sol ələ ehtiyacı var.
- •
Sağ əlin rənci sol ələ haramdır.
- •
Sağ əlin başımıza!
- •
Sağ əli ilə haraylayır, sol əl ilə qovur məni.
- •
Sağ əl verəni sol əl gərək bilməsin.
- •
Sağ başına saqqız yapışdırma.
- •
Sağ baş yastığa gəlməz.
- •
Saqqızını oğurlayıblar.
- •
Saqqız çeynədikcə çürüyər.
- •
Saqqız çeynəməklə qarın doymaz.
- •
Saqqalını uşaq-muşaq əlinə vermə.
- •
Saqqalıma soğan doğrayır.
- •
Saqqalın çıxmamış, kosaya rişxənd eləmə.
- •
Saqqalımı hələ ələ verməmişəm.
- •
Saqqalımı dəyirmanda ağartmışam.
- •
Saqqalım yoxdur, sözüm keçmir.
- •
Saqqalı hər dəlləyin əlinə verməzlər.
- •
Saqqalı ağarıb, ağlı ağarmayıb.
- •
Saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər.
- •
Saqqala xal düşdü – ürəyə xal düşdü.
- •
Saqqal yox ikən bığ var idi.
- •
Saqqal adama qazılığ verməz.
- •
Saqqal başa qurban olsun.
- •
Saqqal ağarıb, bel bükülüb, başda ağıl yox.
- •
Savab adamı dilli eylər.
- •
Savab gör, hər zaman yaxşılıq eylə.
- •
Savab tökülüb, yığan yoxdur.
- •
Sabun ilə üz yuyan, bir gün göyçək olar.
- •
Sabun qara palazı ağartmaz.
- •
Sabah-sabaha salma.
- •
Sabahın şirin yuxusu yolçunun yoldan eylər.
- •
Sabahın şəri axşamın xeyrindən yaxşıdır.
- •
Sabahın naharı bədənin mismarıdır.
- •
Sabahın da sabahı var.
- •
Sabaha kim ölə, kim qala.
- •
Su gələr ləyləndirər, bağçanı gülləndirər.
- •
Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər.
- •
Su kiçiyindir, yol böyüyün.
- •
Su kimi əziz ol.
- •
Su ki, girdi qaba – oldu içməli.
- •
Su ki, başdan aşdı, istər bir qarış olsun, istər min arşın.
- •
Su yaranıb axmağa, göz yaranıb baxmağa.
- •
Su ilə odun imanı yoxdur.
- •
Su ilə, od ilə zarafat olmaz.
- •
Su dirilikdir.
- •
Su daşı quma döndərər; arvad kişini – muma.
- •
Su dayanar, düşmən dayanmaz.
- •
Su qabını su tanıyar.
- •
Su qabı suda sınar.
- •
Su başından aşıb.
- •
Su başdan bulanar.
- •
Su aşağı axıdır, su yuxarı axtarır.
- •
Su axdığı yerdən bir də axar.
- •
Su axdığı yerə tökülər.
- •
Su axar, çuxuru tapar.
- •
Su axar, dəli durub baxar.
- •
Su axar, arxa gələr.
- •
Su aydınlıqdır – cala öz bağına.
- •
Su aydınlıqdır.
- •
Söhbət üçün çənə, çaqqal üçün həna.
- •
Söhbət ilə qarıyan, qəmdən qüssədən azad olar.
- •
Söhbət darı torbasıdır, deşildi – dağılacaq.
- •
Söndü bizim çırağımız, yandı sizin çırağınız.
- •
Söyüş qəlp puldur, yiyəsinə qayıdar.
- •
Söyüddən səndəl iyi gəlməz.
- •
Söymə nökər atamı, söyməyim bəy atanı.
- •
Söyləmək məndən, dinləmək səndən.
- •
Söyləyənə baxma, söyləyəninə bax.
- •
Sözünü toylarda kəsim!
- •
Sözünü bilməyəni bayıra atarlar.
- •
Sözün balla kəsim!
- •
Sözün cavabı söz olar.
- •
Sözün öz yeri var.
- •
Sözün düzünü uşaqdan xəbər al.
- •
Sözün düzünü de, atı min çap.
- •
Sözün düzü daşdan keçər.
- •
Sözün qısası hörüyün uzunu.
- •
Sözün qısası dəyərli olar.
- •
Sözünü qədəmi yeyin olar.
- •
Sözünü bilməyən ağız başa toxmaq vurdurar.
- •
Sözün acısı zəhərdən də betərdir.
- •
Sözü xiridarı olana deyərlər.
- •
Sözü məndən qabaq gedər.
- •
Sözü məqamında de.
- •
Sözü at yerə, gedər yerini tapar.
- •
Sözü ağzında bişir, sonra de.
- •
Sözlər bir-birinə calanıb gedər.
- •
Sözlə plov bişsə, dağ qədər yağ məndən.
- •
Sözdür, danışır.
- •
Söz üçün – usta, iş üçün – xəstə.
- •
Söz çox olan yerdə yalan da çox olar.
- •
Söz üçün əlini cibinə salmır.
- •
Söz torbaya girməz.
- •
Söz tez yayılar.
- •
Söz sözü gətirər.
- •
Söz söylədiyin adamı tanı, sonra ona söz söylə.
- •
Söz – sahibinin dustağıdır, sahibi – sözün dustağı.
- •
Söz sahibi ölsə də söz qalar.
- •
Söz sandığa girməz.
- •
Söz pəhləvanı olma.
- •
Söz odur ki, haqqa varam.
- •
Söz gəzdirmə.
- •
Söz gəzdirən adamdan qorx.
- •
Söz gəldi, məqamında de gəlsin.
- •
Söz gəldi – deyərlər.
- •
Söz yaş dəridir, haraya çəksən oraya gedər.
- •
Söz deyən azdır, söz çeynəyən çox.
- •
Söz dediyin dəmirdir, döydükcə uzanar.
- •
Söz danış söz eşit.
- •
Söz danış, söz olsun.
- •
Sən deyən qarpızdır, fal-fal yeyərlər.
- •
Sən dalını daşa ver, o qədər daş yığan olar ki.
- •
Sən qoçaq oğlan ol, qaranlıq gecələr çoxdur.
- •
Sən vurmadın, mən yıxılmadım, bəs buna nə oldu?
- •
Sən vuranda su çıxar, mən vuranda – qan?
- •
Sən bir kişisən, mən bir kişi!
- •
Sən bir yeyib içmisən, mən dünyanı gəzmişəm.
- •
Sən atlı, mən piyada.
- •
Sən adını çək, mən nişan verim.
- •
Sən ağacı götür, suçlu özünü bildirər.
- •
Sən ağacı əlinə al, oğrunu it qapacaq.
- •
Sən ağa, mən ağa, inəkləri kim sağa?
- •
Sənə it saxlayanın, bir tikə artıq çörəyi gərək.
- •
Səlbəni meyvəli ağaca vurarlar.
- •
Səkkiz mıxa doqquz at bağlamazlar.
- •
Səksənində yaşayır, indi belin qurşayır.
- •
Səksən, doxsan, bir gün varsan, bir gün yox!
- •
Səkkiz gün ömürə, doqquz gün çalışmaq lazımdır.
- •
Səbəbkarın evi abad.
- •
Seçə-seçə düşdü seçməliyə.
- •
Sel yüz gündə ovanı, dərd bir gündə ovar.
- •
Seyid cəddinə arxalanar.
- •
Sevgilimə çataydım, rahat-rahat yataydım.
- •
Sevgi adamı selə verər.
- •
Sevgi adamı yandırar.
- •
Sevgi od deyil, amma oddan yamandır.
- •
Sevinc sevinc gətirər.
- •
Sevindim – quşum var, quşum var, aralığa çıxdı sərçə balası.
- •
Sevərəm məni sevəni, keçəl ola, daz ola,
Sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola.
- •
Sevənin gözündə pərdə olar.
- •
Sevəni sevilən incidər.
- •
Sevəni sevənə ver.
- •
Sevdanı sevda ilə yuyarlar.
- •
Sev səni sevəni.
- •
Səkkiz yumurta verib, doqquz yumurta istəyir.
- •
Sədaqət qəhrəmanın zinətidir.
- •
Sacı soyuq olanın kündəsi küt gedər.
- •
Saç ürəkdən su içər.
- •
Saç səfadan uzanar dırnaq cəfadan.
- •
Sahibsiz mal yetimdir.
- •
Sahibsiz ev xarabdır.
- •
Sahibsiz qoyunu qurd yeyər.
- •
Sahibindən qabaq bostana girmə.
- •
Saxsıya verə-verə, çıxar misin bahası.
- •
Saxla samanı, gələr zamanı.
- •
Saxla gönü, gələr günü.
- •
Saf armud sapdan düşməz.
- •
Satınalma qulunam!
- •
Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
- •
Sarsaq yaşamaq ömrə yamaqdır.
- •
Sarı yağla yağlayır, sarımsaqla dağlayır.
- •
Sarı yağdan tük çəkir.
- •
Sarı it çaqqalın dayısıdır.
- •
Sarbanla qonaq olanın darvazası gen gərək.
- •
Sarala-sarala yaşamaqdansa, mərd-mərdanə
- •
Sar çalağanın dayısıdır.
- •
Sapın ucunu tapandan sonra iş yaxşı gedər.
- •
Sapdan asılıb.
- •
Sap üzülən yerdən qırılar.
- •
Sancmayanı sancmazlar.
- •
Sandıq tulasıdır.
- •
Samanın tüstüsü göz çıxardar.
- •
Saman qala-qala qızıla dönər, qızıl qala-qala samana dönər.
- •
Saman yeyən eşşək torbasını özü daşıyar.
- •
Saman altından su yeridir.
- •
Sallaqxana köməyi arsız olar.
- •
Salyan arabası kimi cırıldayır.
- •
Salatçının səsi mollaya toy-bayramdır.
- •
Salam-əlek, sağsağan, isti çörək, göy soğan!
- •
Salam verdim, borclu çıxdım.
- •
Salam var baş kəsdirər, söyüş var ənam alar.
- •
Salavata işləyir.
- •
Salavat gücə bağlıdır.
- •
Sakit olan salamat olar.
- •
Sakit başın ağrısı olmaz.
- •
Saymaz it adam qapar.
- •
Saymadığın deşikdən tülkü çıxar.
- •
Sayılan gün tez keçər.
- •
Say, yerinə qoz qoy.
- •
Sazlı ev – sözlü ev.
- •
Sazına bülbül qonar.
- •
Saz şadlıq gətirər.
- •
Saz olan yerdə sözü saza verərlər.
- •
Sadəlik də abadlığın bir növüdür.
- •
Sadə yaşasan – yüz yaşaya bilərsən.
- •
Susadım su istədim, suyun da yandırdı məni.
- •
Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
- •
Suda boğulan saman çöpündən yapışar.
- •
Sınan gəmiyə nə külək.
- •
Samanlıqda iynə axtarır.
- •
Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
- •
Söyləyən olma, dinləyən ol.
- •
Söyləyəndən dinləyən arif gərək.
- •
Söz çeynəyən çox, söz deyən az.
- •
Söz həyatın bəzəyidir.
- •
Sözü sözdən alarlar.
- •
Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
- •
Sözün yaxşısı baldan şirin olar.
- •
Sözün yalanı olmaz, yanlışı olar.
- •
Sözün zahiri zərif, batini lətif olmalıdır.
- •
Sözün doğrusunu zarafatla deyərlər.
- •
Sözün doğrusun de, min atını çap.
- •
Sözün də qanadı var.
- •
Sözün damarı olar, çəkdikcə uzanar.
- •
Sözün başı axırından bilinər.
- •
Sözü yaxşı anla, Sonra qızıb banla.
- •
Sözü at, yiyəsi götürər.
- •
Sözü asta, ürəyi tasvasda.
- •
Sözü ağzında bişir, sonra çıxart.
- •
Söz sözü çəkər, arşın bezi.
- •
Söz sözün dayağıdır.
- •
Söz odur ki, haqqa vara.
- •
Sözü məqamında deyərlər.
- •
Sözlə plov olmaz, yağ ilə düyü gərək.
- •
Söz götürənin, yer oturanındır.
- •
Söz ki var, dəmirdir, vurduqca uzanar.
- •
Söz insanın vuran əlidir.
- •
Söz doğar.
- •
Sözdən söz çıxar.
- •
Sözdən söz götürür.
- •
Söz danışıqdan keçər.
- •
Söz qılıncdan kəsərlidir.
- •
Söz verər, bez verməz.
- •
Söz vaxtına çəkər.
- •
Söz var el içində, söz var ev içində.
- •
Söz bir olsa, dağ oynayar yerindən.
- •
Sözü söz kəsər.
- •
Su bir yerdə qalanda iylənər.
- •
Siçandan törəyən kəsəyən olar.
- •
Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
- •
Səhər gedər naxıra, axşam gələr axıra.
- •
Sənin ipinlə quyuya girmək olmaz.
- •
Sənə vur dedilər, öldür ki, demədilər.
- •
Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
- •
Sən ağa, mən ağa, inəkləri kim sağa.
- •
Saman sənin deyil, samanlıq ki, sənindir.
- •
Sözün ilə işin bir olsun.
- •
Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
- •
Sənət insan üçün xəzinədir.
- •
Savadsız adam kor kimidir.
- •
Sonrakı peşmançılıq fayda verməz.
- •
Sirrini demə dostuna, dostunun da bir dostu var.
- •
Sirr açandan el qaçar.
- •
Sidq ilə dost olan ürəkdən də bir gərək.
- •
Səni bəsləyən əli dişləmə.
(Alman atalar sözləri)
- •
Sülh zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır.
(Alman atalar sözləri)
- •
Sirr saxlayana bəla, sirr saxlamayana dəva yox.
(Özbək atalar sözləri)
- •
Səbir və əmək hər şeyi silər.
(Rus Atalar Sözləri)
- •
Sürətli gedən maşın yana yuvarlanar.
(Yapon atalar sözləri)
- •
Səmimiyyət ən yaxşı siyasətdir.
(Yapon atalar sözləri)
- •
Səbrini basa bilməyəndən müdrik olmaz.
(Yapon atalar sözləri)