- güclü antioksidantdır - orqanizmi sərbəst radikalların təsirindən qoruyur, qocalmanı ləngidir,
- soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanı bir qədər (təxminən 1 gün) tezləşdirir,
- dəridə yara və xoraların sağalmasını tezləşdirir və s.
C vitamini orqanizmdə toplanmır və bu səbəbdən bu vitaminin orqanizmə müntəzəm daxil olunması olduqca vacibdir.
Əksəriyyətimizin fikrinə görə, C vitamini ilə ən zəngin olan məhsullar sitrus meyvələridir. Lakin bu belə deyil. Sitrus meyvələri tərkibində olan C vitamininin miqdarına görə hətta ilk onluğa belə daxil deyil.
Tatli sizə C vitamininin miqdarına görə çempionları təqdim edir:
1. İtburnu
2. Qırmızı bolqar bibəri
3. Qara qarağat
4. Çaytikanı
5. Yaşıl bolqar bibəri, cəfəri
6. Brussel kələmi
7. Şüyüd, ayı sarımsağı
8. Kivi
9. Gül kələmi
10. Papayya
Daha sonra sitrus meyvələri, çiyələk, ağ kələm, ispanaq və s. kimi məhsullar gedir.