Vikipediya:İnzibatçılar
İnzibatçılar, adminlər, sisop (sistem operatoru; ing. sysop, system operator) və ya keçmiş adı ilə idarəçilər — Azərbaycanca Vikipediyada müxtəlif texniki alətləri istifadə etmək hüququ olan redaktorlar. Bu alətlərə istifadəçiləri bloklamaq, tam mühafizə edilmiş səhifələri redaktə etmək, səhifələri mühafizə etmək və mühafizəni ləğv etmək, səhifələri silmək və bərpa etmək, səhifələrin adını heç bir texniki məhdudiyyət olmadan dəyişmək, səhifələrdə versiyaları gizlətmək aiddir.
İnzibatçılar müvafiq səsvermədən sonra könüllü olaraq bu məsuliyyəti öz üzərlərinə götürürlər. Vikimedia Fondunun işçisi kimi fəaliyyət göstərmirlər. Müvafiq funksiyalar qeyri-müəyyən müddətə verilsə də, istifadəçi öz iradəsi ilə və ya Meta-da qüvvədə olan qlobal siyasətə uyğun olaraq 2 ildən artıq müddətdə töhfə vermədikdə, inzibatçı hüququ ləğv edilə bilər. Onlardan heç vaxt alətlərindən istifadə etmələri tələb olunmur və iştirak etdikləri mübahisədə üstünlük qazanmaq üçün istifadə etməməlidirlər. İnzibatçı Vikimedia sistem administratorları ("sysadmins") ilə qarışdırılmamalıdır.
Azərbaycanca Vikipediyada hal-hazırda 13 inzibatçı var (inzibatçı hüququ olan istifadəçilərin tam siyahısı).
İnzibatçıların siyahısı
Hazırkı inzibatçılar
Keçmiş inzibatçılar
Qrafik
İnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr
İnzibatçı statusunun alınması ilə bağlı səsvermələr
Qeydlər
- ↑ Daha əvvəl 1 iyul 2019-cu ildən 2 oktyabr 2021-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
- ↑ Daha əvvəl 5 yanvar 2022-ci ildən 22 oktyabr 2022-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa