Ailə qurmaq sərvət və xoşbəxtlikdir

Ailə qurmaq sərvət və xoşbəxtlikdir


The secret of education begins with respect in the child

Ailə qurmaq sərvət və xoşbəxtlikdir

Ailə qurmaq sərvət və xoşbəxtlikdir
Ailə qurmaq sərvət və xoşbəxtlikdir

Ailə olmadan xoşbəxt və varlı olmaq mümkün deyil. Ən azından amerikalılar belə düşünürlər "Gallup" təşkilatının apardığı sorğunun nəticələrinə əsasən, ABŞ-da ailəli vətəndaşlar tənhalara və ya boşanmışlara nisbətən öz həyatlarından daha çox razıdırlar. Bu barədə Rusiya KİV-i xəbər verir.

Belə ki, sosioloqlar altı parametri nəzərdə tutan xoşbətlik indeksi tərtib ediblər. Bunlar həyatdan razılıq, emosional vəziyyət, fiziki sağlamlıq, iş şəraiti, sağlam həyat tərzi sürmək və baza tələbatlarından (məsələn, tibbi yardım) istifadə imkanlarıdır. Hər bir sorğu iştirakçısına onun cavabından asılı olaraq 1-dən 100-dək bal verilib. Qeyd edək ki, xoşbəxtlik indeksi ABŞ-da 2008-ci ildən başlayaraq hər il ölçülür.

Sorğuda yüz minlərlə adam iştirak edib. Nəticədə məlum olub ki, ailəli amerikalılarda bu indeks 68-69 bal (ən aşağı göstərici 2009-cu ildə qeydə alınıb və 68,7 bal olub) təşkil edib.

İkinci yeri tənha vətəndaşlar tutub. Onlarda indeks 64-dən 65 baladək təşkil edib. Dul amerikalılar öz xoşbəxtliklərini 63-64 bal və mülki nikahda olanlar isə 62-63 balla qiymətləndiriblər. Boşanmış və ayrılmış cütlüklər isə özlərini daha pis hiss ediblər (müvafiq olaraq, 59-60 və 55-56 bal).

Tədqiqatçıların qeyd etdikləri kimi, sorğu zamanı ailəli amerikalıların xoşbəxt olmaqla yanaşı, həm də başqalarından varlı olduqları da məlum olub. Belə ki, 2011-ci ildə ailəli vətəndaşların 22 faizinin gəlirləri 90 min dolları ötüb. Halbuki bu, boşananlar arasında cəmi 8 faiz təşkil edib.

Buradan nikahın xoşbəxtliyə və zənginliyə doğru birbaşa yol olması barədə nəticə çıxarmaq olar. Lakin buna baxmayaraq, sosioloqlar bu barədə yekun fikir söyləməyə tələsmirlər. İstisna olunmur ki, varlılar və xoşbəxtlər sadəcə olaraq daha tez-tez evlənir və ərə gedirlər. Həmçinin, həyatdan razılığa başqa amillər, məsələn, yaş və dini mənsubiyyət də təsir göstərə bilər.

Share with Friends

97 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024