Araxçının məndədir

Araxçının məndədir


The secret of education begins with respect in the child

Araxçının məndədir

Araxçının məndədir
Əvvəllər qadınlar üst paltarlarının altından ağ, sadə köynək geyinərdilər. Bu paltarlar, daha dəqiq desək köynəklər isti havada təri özünə çəkdiyi üçün ona araxçın deyilərdi. Araxçın fars mənşəlli söz olub "ərəqçin" sözündən götürülmüşdür. Təri özünə çəkən (ərəq – tər, çin fars dilində "çidən" sözüdən götürülmüşdür, nəyisə səliqə ilə bir – birinin üzərinə yığmaq)mənasını verir.

Bəs xalq mahnısında "araxçının məndədir, qara xal yar, sərmişəm çəməndədir, qara xal yar" deyildikdə nə nəzərdə tutulur? Qədim zamanlarda subay qızlar köynəklərini (araxçınlarını) yuyb çəməndə sərdikdə onları sevən cavan oğlanlar onu "oğurlayar" və qızlara sevgilərini bildirmək üçün evlərinin yanında sərərdilər... Və bindan sonra elçi göndərərdilər.

Araxçın kişilərin də geyim növü olub. Kişilərin istifadə etdikləri araxçınlar bugünkü mənaya yaxın olsa da istifadəsi bir qədər fərqlidir. Belə ki, qədim zamanlarda buxara papaqların altından nazik parçadan tikilən ağ papaq qoyulardı ki, buna da təri özünə çəkdiyi üçün araxçın deyilərdi.

Qeyd edək ki, qədimdə qadınlar araxçından deyil, təsək adlı baş geyimindən istifadə edərdilər.

Share with Friends

53 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023