Gündəlik xərclərə qənaət etmək üçün mütəxəssis məsləhəti

Gündəlik xərclərə qənaət etmək üçün mütəxəssis məsləhəti


The secret of education begins with respect in the child

Gündəlik xərclərə qənaət etmək üçün mütəxəssis məsləhəti

Gündəlik xərclərə qənaət etmək üçün mütəxəssis məsləhəti
Mütəxəssislər gündəlik xərclərə qənaət etmək üçün müasir yaşam tərzinə uyğun faydalı məsləhətlər də irəli sürürlər.

Məsələn, əgər əlinizin altında şəhər telefonu varsa, mobil rabitə vasitələrindən istifadə etməyin. Beynəlxalq, şəhərlərarası danışıqlar üçün skayp proqramı quraşdırın.

Piyada gedə biləcəyiniz yerə, avtomobil sürməyin.

Mağazaya mütləq yemək yedikdən sonra gedin, ac olanda bütün məhsullar gözümüzə lazımlı kimi görünür.

Əgər aldığınız və ya evinizdə olan əşya sizə lazım deyilsə, onu internet vasitəsilə satışa çıxara bilərsiniz.

Məsləhətlər yaxşıdır, amma onların real həyatda tətbiq etmək heç də həmişə alınmır. Bununla belə, qazandığınız pulun – yəni zəhmətinizin haqqının dəyərini bilin və onu boş lazımsız yerə sərf etməyin.

Artıq xərclərə yol verməyib ailə büdcəsinə qənaət etməyin hansı yolları var?

1. Büdcədən söhbət düşəndə kredit amilindən yan keçmək olmur. Kredit kartları qənaətin birinci düşmənidir. Düzdür, bəzən problemi kreditsiz həll etmək mümkün olmur. Məsələn, mənzil almaq üçün pul yığmaq hər adamın hünəri deyil. Bu zaman ipoteka daha məqsədəuyğundur. Lakin kreditlə telefon, kompüter və ya kürk almaq bədxərclikdən başqa bir şey deyil. Bu cür kreditlərin faizi büdcəyə böyük zərbədir. Bəzən kreditin sadəcə faizləri iri bir alış-verişə kifayət edəcək həcmdə olur. Kredit kartları, həmçinin insanları əslində o qədər də vacib olmayan əşyaları almağa sövq edir.

2. Mağazaya getməzdən əvvəl alınacaq məhsulların siyasını tutmaq artıq şeylərə pul xərcləməyin qarşısını almağa, eləcə də vaxta qənaət etməyə imkan verir. Ay ərzində edilən alış-verişlərin də qeydiyyatını aparmaq faydalıdır. Cəmi bir-iki ay ərzində ailənin bütün üzvləri gündəlik xərclərini yazılı şəkildə hesablasa gələn pulların hara getdiyi aydın olacaq.

3. Şopinqin zamanını və məkanını düzgün seçə bilmək də çox vacib məqamdır. Məsələn, pal-paltarı mövsümün sonunda endirimlər zamanı almaq məqsədəuyğundur. Məişət texnikasının isə son modelini əldə etməyə çalışmağa gərək yoxdur. Fotoapparat və ya paltaryuyan maşın ötən mövsümün istehsalıdırsa, bu, onun pis işləyəcəyini və ya paltarı təmiz yumayacağını düşünməyə əsas vermir. Ərzaq məhsullarına gəlicə, evinizin yaxınlığında və ya yolunuzun üstündə olan mağaza və supermarketlərdən hansında qiymət daha münasibdirsə onu seçmək lazımdır. Bunun üçün ən çox alınan bir neçə məhsulun, məsələn, süd və unun qiymətini müqayisə etmək kifayətdir.

4. Maaşdan cüzi də olsa saxlaya bilmək ailə büdcəsini formalaşdırmağa xeyli kömək olur. Bu zaman ailənin özünəməxsus "sığorta fondu" və maliyyə qaydaları da formalaşır. Doğrudur, çox vaxt kənara qoyulmuş pullar dərhal lazım olur, onları saxlayıb yığmaq o qədər də asan iş deyil.

Share with Friends

39 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024