Hamiləliyin son dövründə təhlükə yaradan səbəb

Hamiləliyin son dövründə təhlükə yaradan səbəb


The secret of education begins with respect in the child

Hamiləliyin son dövründə təhlükə yaradan səbəb

Hamiləliyin son dövründə təhlükə yaradan səbəb
Hamiləliyin son dövründə təhlükə yaradan səbəb

Rusiya mətbuatına istinadən verilən məlumata görə, yeni araşdırma göstərib ki, qadınlara hamiləlik zamanı fiziki aktivliyi tam məhdudlaşdırmaq tövsiyə edilmir. Adətən hamilə qadınlarda vaxtından əvvəl tutmalar, arterial təzyiq, dölün böyüməsində problemlər və uşağın düşmə riski olanda məsləhət görülür ki, yataq rejiminə keçsinlər. Ancaq yataq rejimi, demək olar ki, heç vaxt müsbət nəticələr vermir.

Hamiləliyin son dövrlərində bir çox qadınlara yataq rejimi tövsiyə edirlər. Bunun bəzi üstün cəhətləri olsa da, diabet xəstəliyinə səbəb ola bilir. Həmçinin depressiya və əzələ itkisinə səbəb olur. Hamiləlik zamanı çox oturan qadınların övladlarının çəkisi doğuş zamanı aşağı olur.

Tədqiqatlar göstərib ki, yataq rejimi həmin problemlərin aradan qaldırılması üçün faydasızdır. Yataq rejimi əzələ və sümük kütləsini azaltmaqla yanaşı, ayaqlarda trombların və ağciyərlərdə suyun yığılmasına da səbəb ola bilər.

Share with Friends

155 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023