Kişi öpüşünün daşıdığı mənalar

Kişi öpüşünün daşıdığı mənalar


The secret of education begins with respect in the child

Kişi öpüşünün daşıdığı mənalar

Kişi öpüşünün daşıdığı mənalar
Kişi öpüşünün daşıdığı mənalar

Kişinin öpüş tərzinə görə xarakteri

Cəld, tezbazar öpüş:

Sənin öpüşün: gərgin, intensiv və əsəbi xarakterlidir. Dodaqlarınız və diliniz çox gərilib, sinirləri yığılıb. Yəqin ki, dişləməyi xoşlayırsız. Yalnız güclü ehtirasın dalğasında sizin öpuşunuz təsirli ola bilər.

Xasiyyətin: Qarşı tərəflə münasibətdə hakimliyi ələ almaq istəsəniz də bacarmayacaqsınız. Özünüzə əmin görünmək istəyirsiz, amma qadınsız işləriniz çox getməyəcək. Həyatı teatr hesab edib, tənha aktyor rolunu oynamaqdan zövq alırsız. Sizin hobbi və əyləncələriniz daimi deyil. Günahlarınızdan keçməyi bacarmayan və küsəyən xanım sizlik deyil.

Özünəəmin öpüş:

Sənin öpüşün: kobud, ritmik və eynitonludur. Sanki hakimlik nümayiş etdirib, özünüzdən əmin və qərar vermiş təsir bağışlayırsız. Öpüşünüz çox az qızın xoşuna gəlməyə bilər.

Xasiyyətin: Sakitsən. Əsl etibarlı kişi xarakterin var. Sizdən qeyri-adi romantik fantaziyalar gözləmək əbəsdir. Qadınların sizi yaxşı tanımadan yaxın ünsiyyət qurması təhlükəli ola bilər. Çünki sonda sizi başa düşmək olduqca çətindir. Sevdiyinizə tez-tələsik evlilik təklifi edirsiz. Sizin tipiniz olan qadınlar sakit, mehriban, ailə ocağı sevən olmalıdır. Macəra axtaran dəlisov qızlar sənlik deyil.

Zərif, incə öpüş:

Sənin öpüşün: ehtiyatlı, dil və dişlərdən istifadə olunmur. Qadının dodaqlarını yaşlamaqdan başqa bir şey deyil. Ona sanki əntiq əşya kimi yanaşırsız. İncə ürəklərin arzuladığı öpüşdür.

Xasiyyətin: qadınlar üçün nəvazişli, diqqətli və qayğıkeş patnyorsunuz. Siz ehtiras vulkanı deyilsiz, amma hər bir ürəkdən xəbər verən sakitlik ümmanısınız. Qadın sizi dəstəkləsə və hər hansı addıma təhrik etsə, münasibətlər möhkəm ola bilər. Siz həyat yoldaşınızla lap ölümə belə getməyə hazır olan kişi tipisiniz. Döyüşkən və kobud kişi arzulayan qadınlar səndən uzaq dursa yaxşıdır.

Həssas, hissiyyatlı öpüş:

Sənin öpüşün: müxtəlif meyvə dadlı buz dənəciklərini xatırladır. Yuxarıda qeyd olunan bütün öpüşləri bir-birinə qatmadan sınaqdan keçirirsən. Qadının arzusuna uyğun hərəkət edirsən.

Xasiyyətin: Sən qadınlar üçün göydəndüşmə kişi tipisən. Amma bu bəxtigətirmənin ömrü az çəkə bilər. Çünki sonradan öz qəribəliyin və xarakterinlə üzə çıxacaqsan. Qadınların xoşuna gəldiyini bilib, bundan istifadə edirsən. Ona görə də qızlar səndən möhkəm yapışır. Özünəinanan, qorxmaz qızlar sənlikdir.

Share with Friends

173 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024